Bismillahir rəhmanir rəhim
Həzrət Rəsuli Əkrəm səlləlahu əleyhi və alihi və səlləm meyl eylədi ki, Əmirəl mö`minin dövlətxanasına təşrif gətirdi. Xatuni Qiyamət Fatimeyi Zəhradan xəbər aldı ki, Əli ibni Əbutalıb haradadır?
- Fatimeyi Zəhra ərz elədi, bir saat olar ki, xaricə təşrif apardı.
Həzrət Rəsul(s) buyurdu:
- Fatimə, Həsəni və Hüseyni hazır eylə ki, atasının ətrini onlardan alım. Xatuni Qiyamət Həsəni və Hüseyni hazır elədi.
həzrəti Hüseyni qucagına alıb cox mərhəmət və nəvazişlər elədi. Bu halidə Səlman Farsi qapıda hazır oldu. Salamdan sonra əyləşdi.
Xatuni-Qiyamət süfrə salıb bir nurani və rövşən kasa, səfa bal ilə dolu, bir nazik tük də üstündə, o həzrətin hüzuruna qoydu. həzrət kasaya, bala və tükə baxıb, buyurdu:
- Ya Həsən, ya Hüseyn, Ya Fatimeyi Zəhra, ya Səlman hər biriniz bu kasadakı bala və tükə baxıb, bir təşbih söyləyin.
Səlman söylədi:
Dindar o şəxsdir ki, bu kasadan işıqlıdır, onun imanı bu baldan şirindir. İmanla qəbrə getmək isə bu tükdən nazikdir.
İmam həsən (ə) buyurdu:
Padşahlıq bu kasadan işıqıdır. Bu məmləkətin mənafeyinə ömür sərf etmək bu tükdən nazikdir.
İmam Hüseyn (ə) buyurdu:
Elm bu kasadan işıqlıdır, elmi anlamaq, bu baldan şirindir. Elmə əməl etmək, bu tükdən nazikdir.
Fatimeyi Zəhra (ə) buyurdu:
Saleh övrətlər bu kasadan işıqlıdır, onların həyası bu baldan şirindir. Özünü naməhrəmdən gizlətmək bu tükdən nazikdir.
Bu dəmdə Əli əleyhissəlam təşrif gətirdi. həzrət Rəsul(s) buyurdu ki, ya Əli sən dəbu kasaya təşbih gətir. Əli əleyhissəlam buyurdu ki, birdən dör nəfər əshab gəlib hüzura inz istəyirlər. həzrət izn verdi. Əbuzər, Əmmar, Cabir, Əbdullah daxil oldular. həzrət onlara buyurdu: siz də bir təşbih deyin.
Əbuzər ərz elədi:
- Ya Məhəmməd, sənin şəriətin bu kasadan işıqlıdır. Şəriətlə getmək bu baldan şirindir. Şəriətə əməl etmək bu baldan şirindir.
həzrət Rəsul (s) buyurdu:
Mə`rifət bu kasadan işıqlıdır. Həqiqəti anlamaq bu baldan şirindir. Amma əməl etmək bu tükdən nazikdir.
həzrət istədi ki, əlini kasaya uzatsın, bu dəmdə cənab Cəbrayıl nazil olub həzrətə səlam etdi. Ərz elədi ya Rəsulullah, mənimdə bir təşbihim var.
Cənab Cəbrayıl buyurdu:
- Xudavəndi aləm bu kasadan işıqlıdır. Allah rizası ilə rəftar etmək bu baldan şirindir. Allahı özündən razı salmaq bu tükdən nazikdir.
Bu dəmdə pərvərdigari aləm tərəfindən nida gəldi ya Məhəmməd, behişti səndən və sənin ümmətindən ötəri xəlq etmişəm. Behişt bu kasadan işıqıdır. Behiştin ne`mətləri bu baldan şirindir. Amma pirusiratdan kecmək bu tükdən nazikdir.
Əmmar ərz elədi:
- Qur`an bu kasadan işıqlıdır. Qur`anı oxumaq bu baldan şirindir. Qur`anın hökmünə əməl etmək bu tükdən nazikdir.
Cabir ərz elədi:
Namaz bu kasadan işıqlıdır. Namaz qılmaq bu baldan şirindir. Namaza təmiz qəlbli olmaq bu tükdən nazikdir.