Təşəkkür edirəm Sənə ki, örpəyinlə belə agıllısan...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə həqiqi Müsəlmansan...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ürəkləri şad edirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə öz milli mədəniyyətini qoruyursan.
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Allahı, Peyğəmbərləri, Məsumları, Sənin kimi
sadə, amma Səni özü kimi çox sevənləri insanlar arasına çıxarkən xosbəxt
edirsən, sevindirirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Islamın bayrağını ucalara qaldırırsan...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Analıq vəzifəsinə layiq olduğunu göstərirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə öz şəxsiyyətini mənfur baxışlardan gizlədib, yalnız yaxınların və sevdiklərinə aşkar edirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə ailə ocağını möhkəmləndirib, bunu edə bilməyənlərə dərs verirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Allahı, Qurani - Kərimi, nə üçün yaradıldığını
yada salırsan, təbliğ edirsən, nümunə olursan, Rəbbin fərmanını aşkar
edirsən...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə özunü yad gözlərdən qoruyaraq, əsl azadlığın carçısısan...
Təşəkkür edirəm Sənə ki, örpəyinlə Xanım Zəhra (ə.s) - nin örpəyini qoruyub, əsrimizin Imamı Mehdi (ə.s) - in qəlbini şad edirsən...
Qaranlıq gecədə ulduzlar parlayan kimi, Işıqlı sübhdə Günəş kimi bu cəmiyyətdə parlayırsan...