Bir qadın comərd olduğu deyilən yaşlı bir müdrikə gedib:
- Bu şəhərdə məndən kasıb insan yoxdu, demiş mənə bir az kömək edərsinizmi?
Müdrik adam, qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:
-
Demək kasıbsan, demiş həm də çox kasıb, amma qarşılıqsız kömək etmək,
adətim deyil! Əgər kömək istəyirsənsə, uşağının barmağını satmağın
lazımdır.
Qadın əvvəl müdrikin dəli olduğunu sanmış, daha sonra da
pis bir zarafat etdiyini. Amma adam ciddi görünürmüş. Qadına bir kisə
qızıl uzadıb:
- Ayaq barmağına da razıyam demiş. Onsuz zatən cərrah olduğumdan, ona acı çəkdirmərəm.
Qadın bütün qanını donduran bu təklif üzərinə qaçmağı düşünərkən, adam:
- Yalnız dırnağını söksəm də olar deyə davam etmiş. Bilirsən? Zamanla yenisi çıxar.
Qadın bu ruh xəstəsinə daha çox səbr edə bilməmiş və qapını çırpıb uzaqlaşarkən, adam onun arxasından:
-
Necə bir kasıb olduğunu anlaya bilmədim, deyə qışqırmış. Qucağındakı
xəzinənin dırnaq qədər bir parçasını, bir kisə qızıla dəyişmirsən...