Adamın biri əlində böyük bir bıçaqla məscidə girər və soruşar:
- Aranızda müsəlman varmı? Qorxudan kimsə bir şey deyə bilməz. Bir azdan yaşlı adam ayağa qalxar və deyər:
- Mən müsəlmanam. Bıçaqlı adamla yaşlı adam məsciddən çıxarlar. Adam sürünü göstərib deyər:
- Qurban edəcəm, amma bacarmıram kömək edə bilərsiniz? Yaşlı adam bir heyvan kəsdikdən sonra "yoruldum başqasını tap" dəyər. Adam qanlı bıçaqla təkrar məscidə girib soruşar:
- Varmı aranızda müsəlman olan? Az əvvəlki yaşlı adamı doğradığını düşünən camaat çox qorxar. Və hamı məscidin imamına baxar. İmam:
- Nə baxırsız mənə, 2 rükət namaz qıldıq deyə elə müsəlman olduq ? Müqəddəs M\ry\m\ and olsun 1 dənə müs\lman var idi-onu da sən apardın.
P.s: Həqiqətən də çox şey həyatda göründüyü kimi deyil, ALLAH imanımızı güclü etsin!