Yaşanmış bir hadisə
+7
Müəllif:
BENİADEM | 1-02-2014, 17:43 | Baxılıb: 1 765
Bir gün dostlarımdan biri mənə zəng etdi ki, mənimlə "Qurani-Kərim"
kitabı almağa gedə bilərsən? Anamdan razılıq alıb evden cıxdım. Evdən
cıxanda anam mənə 1 manat pul verdi ki, evə gələndə cörək alım. Dini
dükanda qiyməti 1 manata olan bir dua kitabı aldım və fikirləşdim ki,
evə qayıdıb yenidən anamdan pul alıb çörək alaram. Evə gəldim, anama dua
kitabı almışam pul ver gedim çörək alım deyəndə, anam əsəbləşdi və
dedi: Evdə son pulumuz o idi, niyə xərclədin? Və bir azda mənə deyindi.
Həqiqətən çox pis oldum. Keçdim otağıma və birdən yatağın altında bir
manat pul gördüm. Sevincək və həyəcanlı halda gedib anama dedim budur
Allah bu pulu geri qaytardı, bizi çörəksiz qoymadı. Həmin dua kitabında
hər gecə Məhəmməd Peyğəmbərin (svs) yatarkən oxuduğu duanı oxuyaraq
yatırdım. Bir gecə yuxuda nəfəsim kəsilir, sanki boğulurdum. Ətrafımda
isə şeytanlar var idi. Həm oyaq həm də yatmış kimi idim, yəni evdəki
danışıqları eşitsəmdə tərpənə bilmirdim. Ya Səbr... Ya Səbr deyərək
Allahım! Mənə kömək ol deyirdim. Birdən başımın üstünə ağ işıq düşdü və
mənə dua oxunuldu. Bu duada tez-tez minşərri sözü təkrarlanırdı. Dua
bitən kimi mən yuxudan ayıldım. Allaha şükür etdim və tez həmin dua
kitabını açaraq sadəcə yadımda qalan minşərri sözünü axtardım. Çox
vərəqlədim və kitabdan bu sözü tapdım... Duanın adı belə yazılmışdı:
Şeytan vəsvəsələrindən qorunmaq üçün oxunacaq dua...
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.