Həmd olsun aləmlərin RƏBBinə
+5
Müəllif:
huseynciyem | 31-01-2014, 07:07 | Baxılıb: 863
O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir."
(Ənam Surəsi, 101)
"Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı."
(Əraf Surəsi, 11)
"Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir."
(Furqan Surəsi, 2)
"Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan ALLAH onlar kimisini də yaratmağa qadirdir? ALLAH onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər."
(İsra Surəsi, 99)
"Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, (ALLAH) kökslərdə olanları bilir. Yaradan Lətif və Xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin?"
(Mülk Surəsi, 13-14)
"Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?" (Ənbiya Surəsi, 30)
"Axı sizi də, sizin düzəltdiklərinizi də ALLAH yaratmışdır."
(Səffat Surəsi, 96)
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.