Nübuvvətin və imamətin bünövrəsini bir şey təşkil edir. Bu iki məqam zəncirvari halqa kimi bir-birinə birləşmişdir. İslami hədislərdə İmam Zaman ağanın (ə.f) bəzi peyğəmbərlərə (ə) aid bənzər cəhətlərinə işarə edilmişdir. (Tebyan)
İmam Zaman ağanın (ə.f) Nur peyğəmbərə (ə) bənzərliyi.
Həzrət Nuh (ə) Şeyxul-ənbiyadır. İmam Sadiqdən (ə) və İmam Hadidədən (ə) nəql edilir ki, Həzrət Nuh (ə) iki min il ömür sürmüşdür. Həzrət Məhdi (ə.f) - Şeyxul-övsiyadır. O Həzrət (ə.f) 255-ci ilin şəban ayının 15-də dünyaya gəlmişdi. İndiyə qədər də sağdır. İmam Səccad (ə) buyurur: "Qaimdə (ə.f) Nuhun (ə) üslubu vardır və o, ömrünün uzunluğudur”.
Nuh (ə) öz nurani kəlamları ilə yer üzündəki kafirləri pak edir. "Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»”. ("Nuh” 26). Həzrət Məhdi (ə.f) də yer üzünü qılıncı ilə kafirləri pak edəcəkdir. O yerə qədər ki, onlardan heç bir əsər qalmayacaqdır.
Allah Həzrət Nuh (ə) ilə səhabələrinin fərəcini o qədər təxirə salmışdı ki, ona inananların bir çoxu ondan ayrılmışdılar. Həzrət Məhdinin (ə.f) fərəci də o qədər təxirə düşəcəkdir ki, ona inam bəsləyənlərin bir çoxu ondan ayrılacaqlar. Hər kim Nuhdan (ə) ayrıldı, həlak oldu. Hər kim İmam Zamandan (ə.f) ayrılarsa, o, da həlak olar.
Həzrət Nuhun (ə) səsi şərqə və qərbə çatırdı. Bu, Həzrətin (ə) möcüzələrindən biri idi. Həzrət Məhdi (ə.f) də zühur edən zaman elə fəryad çəkəcəkdir ki, səsi ənsarlarına çatacaqdır. Baxmayaraq ki, öz yataqlarında, xalçalarını üzərində olsa belə.
Həzrət İdris (ə) Nuhun (ə) zühur edəcəyini müjdə vermişdi. Həzrət Məhdinin (ə.f) zühurunu isə Allah mələklərinə, Peyğəmbərə (s) və Məsum İmamlara (ə) və keçmiş peyğəmbərlərə (ə) müjdə verər.
Həzrət İlyasın İmam Zaman ağaya (ə.f) bənzərliyi.
Allah Həzrət İlyasın (ə) ömrünü də Həzrət Xızr (ə) və Həzrət Məhdi (ə.f) kimi uzun etmişdir. Həzrət İlyas (ə) da Həzrət Xızr (ə) kimi hər il həccə gedər. Orada bir-biri ilə görüşərlər. Həzrət Qaim (ə.f) də hər il həccə gedər. Allahın izni ilə Həzrət İlyas (ə) üçün maidə nazil olmuşdu. Həzrət Qaim (ə.f) üçün də səmadan maidə nazil oldu.
Allah Təala Həzrət İlyasın (ə) duası ilə Həzrət Yunisi (ə) uşaq olduğu halda və ölümündən 14 gün keçməsinə baxmayaraq, diriltdi. Qaim (ə.f) də Allah Təalanın bərəkəti ilə uzun illər keçməsinə baxmayaraq, Həzrətin (ə.f) duası ilə çox sayda ölüləri dirildər.
Həzrət İlyas (ə) dağda sakin olmuşdu. Əli ibni Mehzyar Əhvazinin nəql etdiyinə görə, Həzrət Məhdi (ə.f) buyurmuşdur: "Atam mənə əmr etmişdi ki, ən çətin dağlardan və ən alçaq yerlərdən başqa ölkə seçməyim”.
Nəql edilir ki, Həzrət İlyas (ə) darda olanların fəryadına çatar və yolunu azmışlara düz yolu göstərər. Həzrət Xızr (ə) da insanlara dənizdə yardım edər. Həzrət Qaim (ə.f) də darda qalanlara yardım edər, quruda və dənizdə olan yolunu azmışlara düz yolu göstərər.
Onu öldürmək istəyən zaman Həzrət İlyas (ə) qəbiləsindən uzaqlaşmış və nəzərlərdən qeyb olmuşdu. Həzrət Məhdi (ə.f) də bu cür idi.