Dünya malı dünyada qalacaq
+5
Müəllif:
miryaqub | 23-01-2014, 10:57 | Baxılıb: 2 175
Çox varlı bir adam ölümünün yaxılaşdığını hiss edib oğlunu yanına çağırır. "Öləndə məni corablarımla basdırın” deyə vəsiyyət edir. Oğlu səbəbini bilməsə də razılaşır. Sonra adam oğluna bir məktub verir və "Mən öldükdən sonra bir çətinə düşsən bu məktubu oxuyarsan” deyir.
Vaxt gəlir və adam ruhunu tapşırır. Qohum əqraba yığışırlar. Oğlu "İndi mən onu corabları ilə necə basdırım” deyə narahat olmağa başlayır. Bir molla tapıb dərdini ona danışır. Ancaq molla bu işə heç cürə razılıq vermir. Oğlan digər mollalardan da bu cavabı aldıqda çarəsiz halda qalır və nə edəcəyini bilmir. Birdən atasının ona verdiyi məktub və dediyi sözlər yadına düşür. Məktubu açır və bu sözləri oxuyur : "Oğlum görürsən ki, bu qədər var dövlətim olsa da yanımda bir corab belə apara bilmirəm. Artıq gerisini özün fikirləş.”...!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.