Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bismillah`ın faydalarından bir neçə misal
Bir gecə-gündüzdə 24 saat vardır.Allah-təala beş vaxt namazı beş vaxt içində vacib etmişdir,yerdə 19 saat qalır.
«Bismillahir-rəhmanir-rəhim »-də 19 hərfdir. Bunu demək zikrdən qəflətdə qalmağən kəffarəsidir. Peyğəmbər (s) buyurmuşdur: Hər kəs cəhənnəm odundan azad olmaq istəyirsə gərək işlərində «bismillahir » desin! Çünki,bu zikr 19 hərfdən ibarətdir. Bununla da Allah-təala hər bir hərfi cəhənnəm oduna qarşı sipər vermişdir.Mö’min siratdan keçəndə «Bismillahir » deyərsə cəhənnəmin alovu sönər və dil açıb deyər: Ey mö’min! Keçə bilərsən,sənin nurun mənim alovumu söndürdü.Dəstəmaz aldıqda Bismillahir-rəhmanir-rəhim de ki,qurtarmıyınca mələklər sənin savabını yazıb başa vura bilməzlər. Cima etdikdə Bismillahir-rəhmanir-rəhim de ki,cənabət qüslünə qədər mələklər sənin üçün savab yazarlar. Əgər övlad dünyaya gəlsə onun nəfəsi qədər savab yazılar. Bir miniyə mindikdə Bismillahi vəlhəmdullah de ki,qədəmlərinin sayı qədər sənin üçün savab yazılar. Gəmiyə(ya təyyarəyə) mindikdə Bismillahi vəlhəmdullah de ki,ordan çıxana qədər sənin üçün savab yazılar.
İmam Zeynul-Abidin(ə) buyurur:Bir il hər bir namazın ardınca Allah-təaladan istəyirdim ki,bizə ismi-ə’zəmi öyrətsin.Bir gün fəcr namazından sonra birdən bir nəfəri qarşısında gördüm.O,mənə deyirdi: Sən Allah-təaladan ismi-ə’zəmi öyrənməyi istəyirdinmi?
Mən cavab verdim:Bəli!
O,dedi:O zaman de! Əllahummə inni əs’əsəlukə bismillahil-lahil-lahil-lahil-lahil-lahil-ləzi la ilahə illa huvə rəbbul-ərşil-əzim.
And olsun Allaha!Mən bu zikri nə vaxt oxudumsa tə’sirini gördüm.
Əta ibn Yəsar Səlmandan rəvayət olumur ki,Peyğəmbər(s)buyurmuşdur:Bismillahir-rəhmanir-rəhim-in icazəsi olmadan heç kəs cənnətə daxil olmayacaq.Bu Allah tərəfindən olan bir məktuddur ki,filankəsi cənnətə daxil edin!Elə bir cənnət ki,onun uca məqamları vardır.Oranın meyvələri həmin şəxsə yaxın olar.(oturan və uzanan halda onlardan faydalanar)
Hər bir halda ən yaxşı zikr,gözün qarasından ağına yaxın olacaq qədər ismi-ə’zəmə yaxın olan kəlmə Bismillahir-rəhmanir-rəhim-dir.Bu zikri demək səadət və xeyirlərin açarı,dünya və axirət əzabından nicat tapmağa səbəbdir.Şərtlərinə riayət etməklə onu bir dəfə demək yeddi yüz il ibadətin savabına bərabərdir.
Hər bir hacətdən ötrü bir dəfəyə 786 dəfə oxuyub ardından bir o qədər də salavat göndərilsə İnşAllah istənilən şey yerinə yetər.Mühüm bir iş üçün 12000 dəfə (əgər bir dəfəyə mümkün olmasa on iki gün ərzində)bu zikr deyilsin,sonra iki rək’ət hacət namazı qılıb hacət istənilsin.Bəladan nicat tapmaq üçün hər namazdan sonra 19 dəfə deyilsin:Nicatən minkə ya səyyidəl-kərimi nəccina və xəlisna bihəqqi bismillahir-rəhmanir-rəhim.Bismillah-ı 786 dəfə demək də çox tə’sirlidir.3 dəfə salavat sonra təharətli halda üzü qibləyə 77 dəfə deməyin isə çox qəribə tə’siri vardır.Şöhrət tapmaq üçün sübh namazından sonra qırx gün ərzində hər gün 100 dəfə demək tə’sirlidir.Zalımı həlak etmək üçün 1000 dəfə Bismillahir-rəhmanir-rəhim,1000 dəfə Əlhəmdullah,1000 dəfə La ilahə illəllah,Muhəmmədun rəsulallah,1000 dəfə salavat göndərib zalıma nifrin olunsa ya həlak olar,ya da zəlil.Hər kəs bu zikri öz evinin qapısı üstünə bayır tərəfdən yazsa,kafir olsa da həlakətdən imanda qalar.Belə ki,Fir’ona Allahlıq iddiasına baxmayaraq möhlət verdi.Musa(ə) onun həlakını istədikdə Allah-təala vəhy edib buyurdu: Sən onun küfrünə baxırsan,mən isə onun qapısı üstündə yazılana.Peyğəmbər(s) buyurmuşdur:Bəndə yatmaq istədiyi zaman Bismillahir-rəhmanir-rəhim desə Allah-təala buyurar: Ey mələklərim! onun nəfəsini savab olaraq yazın!
Bir arif Bismillahir-rəhmanir-rəhim-i yazıb dedi ki,onu kəfənin içinə qoysunlar.Bunun səbəbini soruşduqda o,belə cavab verdi: Qiyamət günü deyəcəyəm,İlahi Sən bir kitab göndərmisən,onun ünvanını isə Bismillahir-rəhmanir-rəhim qərar vermisən.Öz kitabının ünvanı ilə mənimlə rəftar et.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |