53. وَكَذَلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولواْ أَهَـؤُلاء مَنَّ اللّهُ عَلَيْهِم مِّن بَيْنِنَا أَلَيْسَ اللّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ
"Bu sayaq xalqın bəzilərini digərləri vasitəsi ilə sınadıq ki, (istehza ilə) desinlər: «Bizim aramızdan Allahın minnət qoyduğu kəslər bunlarmıdır?» Məgər Allah şükür edənlərin halını daha yaxşı bilmirmi?”
Quran dəfələrlə sərmayədarların, varlıların yuxarıdan getməsini, tələbkarlığını bəyan və məhkum etmişdir. Onlar umurdular ki, vəhy və Quran onlara nazil olsun. Onlar deyirdilər: "Bizim aramızda onamı vəhy nazil oldu?!” Başqa bir ayədə bu etiraz belə bəyan olunur: "Nə üçün vəhy həmin iki yerdən olan böyük bir şəxsə nazil olmadı?!”
Həqiqi möminlər iman nemətinə görə şükür edirlər. Bir şəxs imam Kazimə (ə) öz yoxsulluğundan şikayət etdikdə həzrət buyurdu: " Sənin nəzərincə ən varlı adam kimdir?” Həmin şəxs dedi: "Xəlifə Harun ər-Rəşid.” İmam (ə) soruşdu: "İmanını verib onun sərvətini almağa hazırsanmı?” Yoxsul dedi: "Xeyr.” İmam (ə) buyurdu: "Demək, sən ondan varlısan. Çünki səndə onun sərvəti ilə dəyişmək istəmədiyin bir şey var.”
1. İctimai fərdlər bəzən sınaq və inkişaf vasitəsi olur. Varlılar cəmiyyətdəki kasıblarla sınağa çəkilir.
2. Varlılar yoxsulları təhqir edir və özlərini daha dəyərli sayırlar.
3. İmanlı yoxsullar Allahın seçilmişləridir.
4. Kafirlərin təhqirlərinin cavabı möminlərlə ilahi nəvaziş və məhəbbətlə verilir.
5. Allahın fəqirlərə minnəti onların şükrünün nəticəsidir.
6. Allah xalqın istəyi əsasında yox, Öz hikməti əsasında iş görür.
7. Peyğəmbərlər şükür edənlərin bariz nümunələridirlər. Peyğəmbərlərin hidayətini qəbul edən fəqirlər də hidayət nemətinə şükr edənlərdir.
54. وَإِذَا جَاءكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلاَمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَن عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيمٌ
"Nə vaxt ayələrimizə iman gətirənlər yanına gəlsələr, de ki, salam olsun sizə! Rəbbiniz Özü üçün rəhməti müəyyənləşdirmişdir ki, sizlərdən hər hansınız nadanlıq üzündən pis iş gördükdə, tövbə qılıb özünü islah etsin. Şəksiz, Allah bağışlayan və mehribandır.”
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti