Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İxtilafların və qiyamların kökü
Osmanın on üç illik xilafətindən Əli (ə)-a "irs" çatan bol nemətlər və qənimətlər mühiti müsəlmanların müxtəlif ölkələrdəki müvəffəqiyyətlərindən əldə edilmişdi. Bol nemətin və qənimətin varlığı deyil, onların necə bölüşdürülməsi çətin bir məsələ idi. Çünki Ömərin hakimiyyətinin axırlarında və Osmanın bütün hakimiyyəti dövründə Peyğəmbər (s)-in sünnəsi və birinci xəlifənin getdiyi yol tamamilə dəyişdirilmişdi. Qolu qüvvəlilər, yaxud xilafət sülaləsinə bağlı olanlar hərbi qənimətləri özlərinə götürürdülər. Bunun nəticəsində, kəskin sinfi ziddiyyətlər və dərin narazıçılıqlar yaranmışdı. Peyğəmbər (s)-in dövründə və həmçinin, birinci xəlifənin zamanında on beşinci("Kamil" (Ibni Əsir) 2-ci cild, səh.194 ) (yaxud da iyirminci) hicri ilinə qədər qənimətləri və mal-dövləti yığıb saxlamır,("Tarixi-Yəqubi", 2-ci cild, səh.143 ) ələ düşən kimi dərhal bərabər şəkildə bölüşdürürdülər. Lakin üçüncü xəlifə öz dövründə "Beytül-mal"ı təsis etdi və ayrı-ayrı şəxslərə onların rütbələrinə uyğun olaraq maaş təyin etdi. Bu iş üçün bir idarə də yaratdı.
İbni Əbil-Hədid müsəlmanların maaşlarının miqdarını belə yazır: Peyğəmbər (s)-in əmisi Abbas üçün ildə 12000 dirhəm, Peyğəmbər (s)-in zövcələrinin hər biri üçün 10000 dirhəm (Ayişəyə bundan əlavə 2000 dirhəm də) verilirdi. Mühacirdən olan Bədr səhabələrinə 5000, ənsardan olan Bədr səhabələrinə 4000, Ühüddən Hüdeybiyyəyə qədərki döyüşlərdə olan səhabələrə 4000, Hüdeybiyyədən sonrakı səhabələrə 3000, Peyğəmbər (s)-in vəfatından sonrakı cihadlarda iştirak edənlərə isə rütbələrinə uyğun olaraq 2000-2500, 200-1500 dirhəm pul verilirdi.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 3-cü cild, səh.154 (Misir çapı) )
Ömər iddia edirdi ki, o bu yolla zadəgan sinfini (əyan-əşrafı) islama cəlb etmək istəyir. Lakin ömrünün axırıncı ilində deyirdi ki, əgər sağ qalarsa, Peyğəmbər (s)-in mal-dövləti bərabər böldüyü kimi, o da bərabər şəkildə böləcəkdir.(Həmin mənbə, 2-ci cild, səh.143 )
Ömər bu işi ilə islamda sinfi ixtilaflar və ziddiyyətlərin əsasını qoydu, Osmanın dövründə bu ixtilaf daha da kəskinləşdi. Məhz belə bir mühit Əli (ə)-a bir növ "irs" yetişmişdi, o həzrət camaatı Peyğəmbər (s)-in sünnəsinə qaytarmaq, sinfi imtiyazları və ayrı-seçkilikləri aradan qaldırmaq və qənimətləri bərabər şəkildə bölüşdürmək istəyirdi. Təbiidir ki, bu yolda müxtəlif çətinliklərlə qarşılaşırdı. Çünki qənimətlərin bərabər şəkildə bölünməsi bəzilərinin mənafeyinə zərər vururdu.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |