"Ali-İmran” surəsi (117-118)
117. مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ
"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş qövmün əkin sahələrinə əsən, şiddətli soyuq və ya istisi olan küləyə bənzər. (Bu külək həmin əkin sahələrini) məhv edər. Allah onlara zülm etmədi, onlar özləri özlərinə zülm edirlər.”
Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur.
Ayədəki "sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.("Ət-Təhqiq fi kəlimatil-Quran”. )
Kafirlərin batil yolda sərf etdiyi büdcə yandırıcı küləyin məhv etdiyi əkinə bənzəyir. Elə əvvəl gündən indiyədək İslama qarşı hücumlar, təbliğatlar və qurğular məğlubiyyətə uğramışdır. İlahi din hər gün genişlənməkdədir və nəhayətdə qələbə İslamındır.
1. Əqidə əmələ təsirlidir. Küfr insanı infaqın bərəkətindən məhrum edir.
2. Təbii hadisələr və bəlaların amillərindən biri insanların günahlarıdır.
3. Günah insanın yaxşı işlərini puça çıxarır.
4. Allahın qəhr-qəzəbi zülm deyil. Bu qəzəbi doğuran insanların öz əməlləridir.
118. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ
"Ey iman gətirənlər! Özünüzdən qeyrisini sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!”
"Bitanə” qarına yapışan alt libasa deyilir. Bu söz sirdaş mənasına da bir işarədir. "Xəbal” sözü isə düşüncə və ağılın puçluğu mənasını bildirir. "Ənət” çətinlik və əziyyət, "yəlun” bir işin icrasında tənbəllik, boş dayanmaq mənasını ifadə edir.
Düşmən bizə nə arzulayır?
Əgər Quranda "vəddə” sözünə nəzər salsaq, düşmənin bizim haqqımızdakı arzularından agah olarıq:
1. Düşmən bizim xeyir və sərmayəmizdən qəflətdə qalmağımızı istəyir.("Nisa”, 102. )
2. Düşmən bizdən sazişçilik və həlimlik istəyir.(Qələm”, 9. )
3. Hətta bir müsəlman özgə sayılırsa, onu sirdaş seçmək olmaz. Çünki müsəlmanlar arasında da fitnəkar və satqın fərdlər var.
4. Müsəlmanların başqa cəmiyyətlərlə dostluq və rabitə meyarı iman olmalıdır.
5. İslam cəmiyyəti qeyri-islami cəmiyyətlərdən üstündür. "Dunikum”, yəni "özünüzdən başqaları” təbiri qeyri-müsəlmanların aşağı mərtəbədə olduğunu göstərir.
6. Düşmənin ilkin hərəkəti və təhlükəsi onun ideoloji hücumudur. Düşmən müsəlmanların düşüncəsinə zərbə vurmaqda tənbəllik göstərmir.
7. Düşmənlər bizimlə cürbəcür üsullarla rəftar edirlər: Fəsad və günah vasitəsi ilə, təzyiqlər vasitəsi ilə, nifaq salmaq vasitəsi ilə.
8. Düşmənlərinizi tanıyın və ayıq olun. Onlar sizə qarşı fitnə-fəsad törətməkdə süstlük göstərmirlər.
9. İlahi əmrlərin dəlili və fəlsəfəsi var. Əgər sizə düşmənlərlə səmimi rabitələr qadağan olunursa, bunun səbəbi odur ki, düşmənlər sizə qarşı fitnə-fəsad törətməkdə fəaldırlar.
10. Kuzədəki nəm onun içindəkindəndir. Düşməndən yalnız kin-küdurət gözləyin.
11. Düşmənləri onların təbliğatından tanıyın.
12. Fitnəkar düşmənlə səmimi əlaqə ağılsızlıq nişanəsidir. Düşmənlə xoş rəftar səfehlikdir.
13. Allah hamının qəlbindəkindən xəbərdardır. O, İslam düşmənlərinin planlarını ifşa edir.
14. Sizin düşmənləriniz münafiqdirlər. Onların zahiri ilə batini fərqlidir.
15. Allah düşmənin ruhiyyəsini tanıtdırmaqla sizə olan höccəti tamamlayır, suala yer qalmır.
16. Mömin olmaq bir məsələdir, aqil olmaq digər bir məsələ. Ona görə Allah bu ayədə möminlərə buyurur: Əgər ağlınız varsa, düşmənə sirr verməyin.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti