![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Niyə seyidlərin adlarinin əvvəlinə “mir” artırılır?
Hazırda dünyada onmilyonlarla seyid yaşayır. Bunlardan bəzisi İmam Həsənin (a) nəslindəndir və “şərif” adlandırılır, digər qismi isə İmam Hüseynin (a) və onun (ə) məsum övladlarının nəslindəndir və “seyid” adlandırılırlar. Yəni onlara adlarını çəkməzdən əvvəl nəsəblərinə ehtiram əlaməti kimi “Şərif” və ya “Seyid” - deyə müraciət olunur. Lakin bəzi ölkələrdə, məsələn, Hindistan, Pakistan, Türkiyə, o cümlədən bizim Azərbaycanda yaşayan bir çox seyidlərin adlarına “Mir” prefiksi əlavə olunur. Məsələn, Mirəli, Mircavad və s. Bunun kökü haradan gəlir?
Məlum olur ki, “mir” ərəb dilindəki “əmir” sözündən götürülüb və mənası “başçı”, “rəhbər”, “əmr sahibi” və s. deməkdir. “Əmir” titulu Peyğəmbər (s) nəslinin nümayəndələrinin adlarına 11-13-cü əsrlərdən etibarən əlavə edilməyə başlayıb. Bu yolla bu mübarək nəsildən olmayanlar seyidlərə öz ehtiramlarını bildirmək istəyirdilər.
Sonradan söz ixtisarlanaraq, “mir” halını aldı və birbaşa adın əvvəlinə artırılmağa başladı. Məsələn, Seyyid Mirəbulfəth Gürgani (əllamə) və ya Seyyid Mirəli ibn Şəhab Həmədani (zamanın məşhur arifi) və s.
Səfəvi dönəmində isə xüsusilə hörmətli seyidlərə hətta “Mir Miran”, yəni “əmirlərin əmiri” deyə müraciət olunurdu.
Peyğəmbərin (s) mübarək nəslinə sevgi və ehtiram dünyanın dord bir yerində bu gün də yaşamaqdadır. Allah cəmi seyidlərə bu nəcib irsi layiqincə daşımağı nəsib eləsin, inşəallah!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









