» » İbrətli bir hekayə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İbrətli bir hekayə
    0
    Müəllif: Fatimə Nuri Xuda | 13-01-2018, 16:00 | Baxılıb: 4 734

     

     

    İbrətli bir hekayə

     

    Nicat yerinə yenicə əyləşmişdi ki, sol tərəfdə əyləşən xanım soruşdu:
    — Bağışlayın, Nizami 31-ə getmək üçün hansı dayanacaqda düşməliyəm?
    Nicat fikirli idi deyə diksindi. Bəli... – təkrar etməsini istədi.
    — Nizami 31-ə deyirəm, necə gedə bilərəm?
    — Hə, deməli belə...
    Mənimlə düşərsiz, mən yolun davamını sizə izah edərəm.
    — Çox sağolun. Siz də ora gedirsiz?
    — Xeyr, amma sizə yolu göstərəcəm, narahat olmayın.
    Birazdan avtobus dayandı. İkisi də endilər. Bir xeyli birgə addımladılar. Ayrılacaqları yerə çatdıqda Nicat üzünü o xanıma tutub, yolun davamını izah etməyə başladı: – Qarşıdan sağa dönərsiz, orada önünüzə bir hündür bina çıxacaq, restorandı. Onun sol tərəfindən keçib
    , düz axıra kimi gedərsiz...
    Xanım Nicatı sanki heç dinləmirdi.
    – Dayanın, olar sizə bir sual verim, deyə gülə-gülə soruşdu.
    — Əlbətdə olar.
    — Düzünü deyin, siz bütün bu canfəşanlığı niyə edirsiz? Məndən xoşlanırsınız yoxsa?
    — Necə..?! – Nicat qəfil sualdan çaş-baş qaldı.
    — Deyirəm, yəqin bütün bu canfəşanlıqdan sonra “padxod” başlayacaq, yoxsa elə bu özü də «padxod»un bir növüdü..?
    Nicatın qırıldı,çox pis oldu.Bunu gözləmirdi. Dərindən bir ah çəkib, biraz susdu. Və sonra özünü toparlayıb dilləndi: — Xanım, sizdə günah yoxdur.
    — Bəs kimdi günahkar?
    – xanım Nicatın romantik bir cavab deyəcəyini zənn edərək nazlandı.
    — Yəni demək istəyirəm ki,bütün günahlar təkcə sizdə deyil..sizin ətrafınızda, dostlarınızda, qohumlarınızda və ailənizdə olan kişilərdədir. Əgər onların arasında bircə nəfər belə ən azı mənim qədər kübar bir kişi olsaydı indi siz mənim etdiyim kiçik bir insani jestdə bu qədər dərin və iyrənc mənalar axtarmazdınız...
    Cavab xanımın düz sifətindən dəydi. Dinməzcə döndü və getdi...

     

    Günün Epiloqu

     

    İnsani dəyərlər o qədər cılızlaşıb ki, ən adi hərəkətlərdə də hər hansı bir mənfəət axtarılır. Qarşılıqsız edilən yaxşılığa dırnaq arasından baxılır. İnsanlar biribirinə şübhə ilə yanaşır. – Xeyir ola, o mənə filan yaxşılığı etdi..?
    Artıq bir çox dəyərlər arxaik dəyərlər toplusuna qatışıb, onlara ancaq kitablarda, filmlərdə və s. rast gəlmək mümkündür. Aşırı rasionallaşma mənəviyyatı tamamı ilə sıradan çıxarıb.
    Bu hardan qaynaqlanır? –deyə soruşsam, tez — savadsızlıqdan, məlumatsızlıqdan, kitab oxumamaqdan və s. deyəcəksiz. Axı təkcə oxumaqla da məsələ həll olmur. Elə sizli-bizli o qədər oxuyanlar görmüşük ki...elə çoxusu da oxuyanlardır

    Oxuduğum cild-cild kitablar məni başqalarından fərqləndirmirsə, mən də hamı kimi bir yönlü düşünür, tufeyli həyat sürürəmsə, mən də başqaları kimi yolumu, yöntəmimi və istiqamətimi tapmayan sərgərdan biriyəmsə, üst-başım həyat əvəzinə içki qoxuyursa, dediklərimdən, danışdıqlarımdan yalnız puçluq, heçlik sədası eşidilirsə, mən də cahilin yekəsi deyiləmmi? “Nihilizm” adlı fəlsəfəni yaradanlar məgər “oxumuşlar” deyilmiydilər? Demək hər oxuyan Molla Pənah Vaqif olmurki heç, hər oxuyan adam da olmur...

    Nə virusdu belə bu cahillik? Nə dərddi...

    Görürlər Həzrəti İsa (ə) həyəcanla qaçır. Hara qaçırsan, ya İsa? –soruşurlar. — Xəstələrə şəfa verən, ölüləri dirildən mən cahillərə bata bilmədim, onların əlindən qaçıram deyir...

    Əhli-beyt (ə) -da da belə idi. Əlinin (ə) məzlumiyyəti xilafət məsələsindən daha çox onun anlaşılmamasına görə idi. Əli (ə) məzlum idi çünki “Məni itirmədən öncə istədiyinizi məndən soruşun!” –dedikdə cahilin biri durub ondan başındakı saçın sayını soruşurdu. Məhz buna görə Malik Əştər Əliyə (ə) o tarixi sözü dedi: Ya Əli! (ə) kaş əlimdə imkan olaydı səni elə bir dövrana aparaydım ki, səni anlayaydılar...

    Aydınlar həmişə cahillikdən, anlaşılmamazlıdan əziyyət çəkiblər. Baxın, cəhalət Sokratın sinəsinə elə bir dağ çəkir ki, təngə gəlib deyir: -Dünyada cəmi-cümlətani bir şər var, o da cahillikdir...

    Ən acınacaqlısı budur ki, yeni tip cahillər peyda olub. – “savadlı, əliqələmli” cahillər. Gedib öz cahilliklərinin dərdini çəkməkdənsə gəlib başqalarını da o zülmətə sürükləmək istəyirlər. Axı cəhənnəmə gedən özünə yoldaş ax

    tarar. Bir qara-qəpik dəyəri olmayan biriləri əllərinə qələm, kağız, mikrofon alıb xalqın dəyərlərini “eleştirirlər”. O düşüklükdü, bu geridəqalmışlıqdı deyə bar-bar bağırırlar. Təsəvvür edirsiz, vəfanı, sədaqəti, fədakarlığı geridəqalmışlıq kimi qələmə verirlər. Biz isə qulaqlarımızı tutub, susuruq. Guya ki, “tolerant” olmuşuq. İstənilən sözə, fikirə dözümlüyük...Qorxmuruqmu? Hər kəsə haq verə-verə haqqın özünü itirmərikmi? Görürük biri əlində küt bir lom, hamımızın sakini olduğumuz gəminin göyərtəsini dayanmadan döyəcləyir — deşir. Dinmirik, özü bilər, qoy deşsin deyirik, hətta özümüzə tolerant bir görkəm alıb dahiyanə gülümsəyirik də. Axı gəmiyə su sızsa, bütün bir xalq batacaq, fərqində deyilikmi? Kim qaytaracaq bu dəyərləri insanlarımızın arasına? Hara gedirik biz?


    @islamda_aile

     
     
    Bölmə: Hekayələr
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: maryam | Status: İstifadəçi Offline | 12 Haziran 2022 21:47 | İstifadəçi | Şərh yazdı
    indiki bezi cahillere aiddir 
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yarali zeyneb | Status: İstifadəçi Offline | 14 Şubat 2018 00:42 | İstifadəçi | Şərh yazdı
    Telefonla oxuyuram hekayeni... nicatin qirildi yazilib neyi ureyi qirildi yazilmalidi duzelderdiz...)
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.