» » Şəfaət Allaha məxsusdur


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəfaət Allaha məxsusdur
    0
    Müəllif: Huseynci Medine | 17-11-2017, 11:00 | Baxılıb: 1 487

    Şəfaət Allaha məxsusdur
    Həqiqi şəfaətlə yanlış şəfaətin fərqi bundadır ki, Həqiqi şəfaət Allahdan başlayaraq günahkarda bitir, amma səhv şəfaətdə məsələ bunun əksinədir.
    Həqiqi şəfaətdə vasitəni, yəni şəfaət edəni işə salan, yanında şəfaət edilən Allah-taaladır. Amma yanlış şəfaətdə onu işə salan şəfaət edilən, yəni günahkardır. Səhv və batil şəfaətlərdə, şəfaətçi vasitəçilik sifətini günahkardan alır, çünki vasitəni oyadaraq şəfaət etməyə vadar edən və vasitəni vasitə edən o (günahkar) olur. Amma Peyğəmbərlər, övliyalar və Allah dərgahına yaxın olan şəxslərə nisbət verilməsi düzgün olan haqq şəfaətlərdə, şəfaətçinin şəfaət etməsi Allah tərəfindəndir. Vasitəni vasitə edən Allahdır. Başqa sözlə desək, səhv şəfaətdə şəfaətçi şəfaət edilən, yəni günahkarın yanında şəfaət edilən (qüdrət sahibi) isə şəfaətçinin təsiri altına düşür. Lakin düzgün şəfaətdə məsələ bunun əksinədir. Yəni yanında şəfaət edilən qüvvə, yəni Allah şəfaətçidə təsir edən səbəb olur və şəfaət edən Onun təsiri və istəyi ilə günahkara təsir edir. Şəfaətin səhv növündə rəhməti oyadan silsilənin başında günahkar durur. Onun düzgün növündə isə həmin silsilənin başında duran Allahdır.
    Molla Sədranın «Hədid» surəsinin təfsirində səhv və düzgün şəfaətin bir-birindən ayrılması, batil şəfaət adlandırdığımız şeyin bu dünyada olması axirət quruluşunda isə olmaması və belə bir şeyin orada olmasının qeyri-mümkünlüyü barəsində çox incə və elmi bir sözü var.
    O, söhbəti genişləndirməklə zati və təsadüfi səbəblər və zati və ərəzi hədəflər (qayət) məsələsini irəli sürərək mövzuya bu dünyada, (özü də təkcə insan cəmiyyətlərində yox) təsadüfi səbəblərin bir şeyin müqəddaratını müəyyənləşdirməsinin və ya bir şeyin zati hədəflərə çatmaqdan məhrum olaraq ancaq ərəzi hədəfə çatmasının mümkünlüyü, axirət dünyasının isə təsadüfi səbəblər və ərəzi hədəflərin təsirlərindən uzaqlığının necə olması ilə başlayır. Bu mövzunun səviyyəsi çox yüksək olduğu üçün onu şərh etməkdən çəkinərək elm əhlinə Molla Sədranın təfsirinə müraciət etməyi tövsiyə edirəm.
    Qurani-kərimin Allahın izni olmadan şəfaətin mümkün olmamasını deyən ayələri həmin nöqtəni nəzərdə tutur. Bu ilahi kitab xüsusilə bu barədə çox maraqlı ifadələrə malikdir, o cümlədən:
    «De ki: Bütün şəfaət yalnız Allaha məxsusdur...» (Zumər-44.)
    Bu ayə tam aydınlıqla şəfaət və vasitəçilik məsələsini təsdiqləyir və bütün şəfaətləri Allaha aid edir. Çünki şəfaətçini şəfaətçi edən Allahdır. Bu ayənin yalnız qiyamətdə həyata keçəcək şəfaəti nəzərdə tutması və necə deyərlər, yüksələn olan qövsə aid olması da mümkündür. Həmçinin onun bütün rəhmət vasitələri barəsində olması, yəni azalan qövsə aid olması da mümkündür. Hər halda axirət şəfaətinə aid olduğu üçün bu mənanı verir ki, günahkarın Allahın istəyi olmadan şəfaətçini işə salmaq qüdrəti yoxdur və həmçinin şəfaətçi də Onun izni olmadan dəm vurmaq gücünə malik deyil.
    Bu mətləbin əqli dəlili, ilahi fəlsəfədə isbata yetirilmiş «vücudu zati cəhətdən vacib olan varlıq bütün cəhət və heysiyyətlərdən vacibul-vücuddur», yəni vücudu öz zatında vacib olan varlıq başqasının nəticəsi olmadığı kimi, öz sifət və işlərində də başqa səbəbin təsiri altına düşə bilməsinin qeyri-mümkünlüyüdür. O, mütləq təsir göstərəndir və heç nədən təsirlənmir.

    Kitabın adı: İlahi ədalət

    Müəllif: Ustad Mürtəza Mütəhhəri

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.