Paklıq prinsipi
Varlıq aləmində, ilahi rəhmətin cilvələrindən biri paklıq və saflanma nümunəsidir. Yaradılış sistemi yumaq və paklaşdırmaq xüsusiyyətinə malikdir. Dəniz və bitgilərin karbon qazını udaraq havanı təmizləmələri paklıq və saflaşdırmanın nümunələrindəndir. Əgər canlı varlıqların tənəffüsü və yanacaq maddələrinin tüstüsü ilə çirklənən hava, bitgi və dəniz kimi saflaşdırma «dəzgahları» vasitəsi ilə təmizlənməsəydi, yer kürəsi çox qısa bir müddətdə yaşamaq üçün yararlı olmaq xüsusiyyətini əldən verərdi. Çünki, onda nəfəs almaq qeyri-mümkün olardı. Ölü heyvan cəsədlərinin parçalanması və həmçinin canlı varlıqlardan ayrılan maddələrin dağılması yaradılışın paklaşdırma və saflaşdırma xüsusiyyətinin digər bir nümunəsidir. Maddiyyat və təbii qanunlarda olduğu kimi, mənəvi məsələlərdə də paklaşdırma və saflaşdırma nümunələri vardır. Bağışlama və günahın pis nəticələrinin aradan qaldırılması da bu qəbildəndir. Əfv və bağışlanma məsələsi də qəlb və ruhların, yuyulma imkanları qədər yuyulması və günahın pis nəticələrindən təmizlənməsi deməkdir.
Əlbəttə, bəzi ürəklər təmizlənmək qabiliyyətini elə əldən verirlər ki, heç bir şeylə təmizlənmək imkanına malik olmurlar. Onlar sanki murdarlanmış əşyaya deyil, murdar şeyin özünə çevrilirlər. Allaha qarşı olan şirk və ya küfr, qəlbə yol tapıb orada yuva salanda ürəyin pak olaraq təmizlənmək qabiliyyətini aradan aparır. Küfrün ürəkdə qalması Qurani-kərimin dilində ürəyin, ilahi təbiətin və fitrətin möhürlənməsi adlandırılıb.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.