Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Uşaqları necə tərbiyə edək?
Bu gün hər bir uşaq ən pis şeyləri belə asanlıqla öyrənə bilər. Bunun qarşısını almaq mümkün deyil; ancaq burada əsas olan “yaxşılıq adına nə öyrədə bilərik”sualına cavab tapa bilməkdir. Uşaq televiziyadan, internetdən, qəzetlərdən, jurnallardan, küçələrdən və ən əsası da məktəb yoldaşlarından (yanlış olanlardan) pislik adına nə varsa öyrənir. Pislik insanın nəfsinə daha xoş gəldiyindən və bədən üzvləriylə bütünlük təşkil etdiyindən öyrənmək daha asan və zövqlü olur. Yumuruğu olan vurmaq istəyir, gözü olan baxmaq... və nəzarət olunmayan zövq və mənfəət insanı uçuruma aparır. Əgər din bu məsələləri tənzimləməsə vücudumuz və nəfsimiz hər cür pisliyi etməyə meyillidir. İndiki dünyada mütəxəssislərə görə hər hansısa bir dinin təsir gücü olmayan cəmiyyətlərdə cəmiyyəti təşkil edən fərdlər insani xüsusiyyətlər aşılanmadan, yalnız şəhvət və nəfsi istəklər əsas alınaraq yetişdirilir. Bunu açıq bir şəkildə Amerika, Avropa və İslami sistemin tətbiq olunmadığı hər yerdə görmək olar. Çünki, İslamın tətbiq olunmadığı yerlərdə dindən uzaq sistemlər, zülmət, küfr və pislik adına hər şey ayaq açmış və kök salmışdır. Təəssüflər olsun ki, maddi mədəniyyət, pab klublar, barlar uşaqların bu zülmətdə yollarını itirmələri, cəmiyyətlərin öz sabitliklərini, nizamlarını, sahib olduqları dəyərləri itirmələri üçün hazırlanmış böyük bir tələdir. Bir cəmiyyətin pozulması üçün o, cəmiyyətin gəncliyini və ailə həyatını iflic etmək kifayətdir. Bu günki bütün cəmiyyətlərdə bu az və ya çox olsun özünü biruzə verməkdədir. İslamın gəliş səbəbi də budur; Cəmiyyətləri zülmətdən nura çıxartmaq, insanları qullara qul olmaqdan xilas edib Tək olan Allah Təalaya qul-bəndə olmağa çağırmaqdır.
Sonda belə bir sual ortaya çıxır. Biz sadalanan hər bir ziyan və fəsadları müşahidə edirik. Yaxşı bəs necə uşaqları düzgün tərbiyə edək? Hamı gəlir deyir düzgün tərbiyə edin uşaqları, gündə neçə formada bu sözləri eşidir və ya oxuyuruq. Amma necə tərbiyə edək, Ilk olaraq nədən başlayaq?
Cavab
Islamın insanlara təqdim etdiyi sistem sağlam bir cəmiyyət qurmağın əvvəlcə insanın öz nəfsində olanı dəyişməsini, sonra ən yaxınlarından başlayaraq ətrafındakıları Allah Təala tərəfindən son olaraq göndərilən və heç bir nöqsanı olmayan sistemə (İslama) dəvət etməklə olacağını bildirir.
“Hər hansı bir tayfa (cəmiyyət) öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz” (ər- Rə’d, 13/11). Buradakı dəyişmə yaxşı və pis ola bilər. İndiki halımızı yaxşıya doğru dəyişmək istəyiriksə əvvəlcə özümüzü dəyişməli, sonra isə gələcəyimiz olan uşaqları Allahın əmrləri, İslamın əxlaq prinsipləri əsasında müsəlman bir fərd kimi yetişdirməliyik. Başqa çıxış yolu yoxdur. Əgər bu uşaqlar kiçik yaşlarından belə yetişdirməsək, qorumasaq öz gələcəyimizi təhlükəyə atmış olarıq ki, bunu da yenidən düzəltmək heç də asan olmaz. Pozulan hər bir fərd aid olduğu cəmiyyəti pozar. Bunun nəticəsində də pozulmuş bir cəmiyyət, millət, dövlət ortaya çıxmış olar. İnsanların yaradılışına, cəmiyyətlərin quruluşuna zidd olan bəşəri sistemlərin gətirdiyi fərdiyyətçilik hər kəsi öz həyatını yaşamağa sövq edir. Burada isə biri üçün doğru olan, digərinə görə yanlış olacaqdır. Bu isə cəmiyyətdə baş verəcək xaosun əsasını təşkil edəcəkdir. Bunun qarşısını almaq üçün yaxşını və pisi, halalı-haramı, insanlar üçün ən yaxşını və faydalını seçəcək ümumi bir sistem lazımdır. Cəmiyyəti sağlam qurmaq istəyən sosialoqlara, müsəlmanlara görə bu sistem İslamdır. Yaradanın yaratdıqları üçün seçdiyi bir sistem. Cəmiyyətlərin stabilliyi üçün ortaq dəyərlərin olması vacibdir. Bəs uşaqlarımıza yaxşılığı necə öyrədəcəyik?
Uşaq qulaqla deyil, gözlə tərbiyə olunar. Deməli, əvvəlcə nümunə olmalıyıq. Çünki, uşağın beyni kifayət qədər inkişaf etmədiyi üçün nəsihəti başa düşə bilməz. Ancaq uşağın hafizəsi boş disket ki
midir, gördüyünü yadda saxlayar. Valideynlər şüurlu müsəlman olarsa uşaq da yaxşı ilə pisi ayırmağa başlayar. Quranın bir adı da Furqandır. Yəni, haqla batili ayıran. Belə ki, Furqanın nuru möminin beynini açar, haqla batili ayırd etməsini təmin edər. Bunun üçün də valideynlərin Quran, Rəsulullah (s) əxlaqı ilə əxlaqlanmaları lazımdır. Belə olmadığı təqdirdə nəsihətlər fayda verməz. Bunu sözdə müsəlman olan cəmiyyətlərdə aydın bir şəkildə görə bilirik. Bu dövrdəki müsəlmanların Quran və Rəsulullahın (s) əxlaqını əsas almaları lazımdır. Çünki Qurani-Kərimdə “Həqiqətən, Allahın Rəsulu , qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir” (Əhzab 33/21) ayəsi vardır.
Qərb cəmiyyətlərinin əxlaqi tərəfdən çöküş və mənəvi boşluqlarının səbəbi dini (Xristianlığı) həyatlarından çıxarmaları olmuşdur. İndi isə bu cəmiyyətlər bu boşluqların yerini doldurmaq üçün pislik adına hər şeydən istifadə edirlər. Bu cəmiyyətlərdə din ancaq kilsədə qalmışdır. Bu hal müsəlman cəmiyyətlərdə də mövcuddur. Çünki, müsəlman cəmiyyətlərində də din məsciddə qalmış və sadəcə namaz qılan, oruc tutan şəxslərin əməl etmələri lazım olan bir sistem olaraq dəyələndirilir. Bu cəmiyyətlərdə elmi - texnoloji inkişaflarla bərabər insanlığın, mənəviyyatın, əxlaqın çöküşü görülməkdədir. Çünki, halal-haram demədən nəfslərinə xoş gələn hər hərəkəti edirlər. Hər haram, insanı və cəmiyyəti bərbad etməyə, pozmağa kifayət edər, artar belə.
İslam ilahi bir sistem olaraq mükəmməldir. Ancaq hər bir sistem insana bağlı şəkildə qurulduğu üçün sistemlərin fəaliyyəti insanların o sistemi nə dərəcədə istifadə etdiklərindən asılıdır. İslam da belədir. Nə qədər ilahi bir sistem olsa da müsəlmanlar tərəfindən layiqincə tətbiq olunmadığında müsəlman cəmiyyətləri bu cür bataqlıqlardadır. İslam həyatın hər sahəsinə nüfuz edən və İlahi prinsiplər əsasında cəmiyyəti yenidən imar edən bir sistemdir. Müsəlman cəmiyyətlərinin bu günki vəziyyətinin səbəbi isə İslamın bu xüsusiyyətini unutmaq (unutdurdular) və İslamı sadəcə məscid dini kimi görmək olmuşdur. Bunu unutmamaq lazımdır ki, əgər bir məsələdə din yoxdursa burada halalla haram ayırd edilməz, yaxşılıqla pislik bir- birinə qarşışar. Unutmamaq lazımdır ki, Qərb cəmiyyətlərinin inkişafı dindən (Kilsəndən) ayrıldıqları zaman, Müsəlman cəmiyyətlərinin ən üstün dövrləri Qurana və Məsumların (s) Sünnəsinə bərk- bərk sarıldıqları, dövrün və dünyanın şərtlərinə əməl etdikləri zaman olmuşdur. Bu günki vəziyyətimizdən çıxış yolu da buradan məlum olur; Quran və Məsumların (s) Sünnəsinə sarılmaq.
Hər şeyin ən doğrusunu Allah bilir.
@islamda_aile
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |