İmam Hüseynin (ə) hərəmində matəm bayrağının taxılacağı tarix açıqlandı
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) mütəhhər hərəminin qızılı günbəzindəki qırmızı bayrağın matəm bayrağı ilə - qara bayraqla əvəzlənəcək vaxt açıqlanıb.
Hərəmin rəhbərliyindən Seyid Əfzəl Əş-Şami açıqlama verərək, Məhərrəmlik əyyamının başlanması əlaməti kimi, qara bayrağın cümə axşamı günü (sentyabrın 21) axşam namazından sonra hərəmin qızılı günbəzindən asılacağını bildirib.
Bu arada İmam Hüseynin (ə) mütəhhər hərəmində matəm hazırlıqları davam etdirilir. Aşağıdakı videoda hərəmdə asılan matəm bayraqlarının necə hazırlanması ilə tanış ola bilərsiniz.