![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Dəlidən ağıllı söz
Allahın adıyla başladım sözə,
Maraqlı əhvalat danışım sizə.
Bir dəli keçərkən məscid yanından,
Eşidir müəzzin oxuyur azan.
Tez tələsik gedib alır dəstəmaz,
Ta ki, camaatla o qılsın namaz.
Daxil olan zaman məscidə dəli,
Hərəkətlər edir xeyli gülməli.
Hamıya birbə-bir diqqətlə baxır,
Birdən nə üçünsə bayıra çıxır.
Bir şələ odunu alır dalına,
Məəttəl qalırlar onun halına.
Bu vəziyyətdə də qayıdır geri,
Şələsi belində girir içəri.
Niyyət eyləyərək qiyama durur,
Əyilir, düzəlir, qalxıb, oturur.
Namaz əsnasında bütün camaat,
Odunlar düşdükcə, olur narahat.
Bu minvalla namaz yetişir sona,
Hamı narazılıq bildirir ona.
Hamısı deyinir, belə şey olar,
Belində şələylə namaz qılarlar?
Nəhayət pişnamaz eşidir bunu,
Səsləyib yanına çağırır onu.
Deyir: axı oğul belə şey olmaz,
Belində odunla qılmazlar namaz.
Dinləyir deyilən hər bir kəlməni,
Deyir: danlayırsız niyə tək məni.
Namazda hərənin belində bir yük,
Birində balaca birində böyük.
Birinin belində alma ağacı,
Birinin belində padşahın tacı.
Kiminin belində arvad, uşağı,
Kiminin belində bostanı, bağı.
Bəzisi dalına alıb külfətin,
Bəzisi sayırdı varın, dövlətin.
Biri fikirləşir evdə uşağın,
Biri fikirləşir bəhərin bagın.
Biri fikirləşir görəsən tutar,
Əkdiyim almalar bu gələn bahar?
Padşahdı bəzisi öz xəyalında,
Hamının xəyalı yükdür dalında.
Cərgədən qabağda sən durmuşdun tək,
Belində varidi bir xəstə inək.
Deyirdin görəsən sağalar haçan,
Südiylə külfəti saxlayan heyvan.
Sizin hamınızı gördükdə belə,
Belimə bağladım böyük bir şələ.
Sözünü bitirib şələsin yığır,
Bağlayır belinə məsciddən çıxır.
Odur ki, namaza duran hər adam,
Azad olmalıdır yüklərdən tamam.
Başqa bir fikirdə olmasın insan,
Allahla rabitə yaradan zaman.
Ömürə e'tibar eyləmək olmaz,
Bəlkə sonuncudur qıldığın namaz.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |