Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Vəhy evinə olunan hücum barəsində tarixin mühakiməsi
Səqifədən sonrakı hadisələr islam tarixinin və Əmirəl-möminin Əli (ə)-ın həyatının ən acı və ən kədərli hadisələrindən idi. Bu barədə bəziləri tərəfindən həqiqətin əks etdirilməsi bu hadisənin əsl səbəbkarlarına və onu təşkil edənlərə təəssüblə yanaşan şəxslərin "inciməsinə" səbəb oldu. Onlar heç olmazsa istəyirdilər ki, əlləri bu işə bulaşmasın, paklıq və müqəddəslikləri qorunub saxlansın, Eləcə də haqqı gizlətmək və hadisələri əksinə cilvələndirmək həm tarixə, həm də gələcək nəsillərə xəyanət sayılırdı. Azad bir yazıçı bu xəyanətin rüsvayçılığını öz üzərinə götürmür və kiminsə nəzər-diqqətini cəlb etmək üçün haqqı tapdalamırdı.
Əbu Bəkr xilafətə seçiləndən sonra ən böyük tarixi hadisə vəhy evinə–Fatimə (ə)-ın evinə hücum, həm də etiraz əlaməti olaraq bu evə yığışanlardan beyət almaq məqsədi ilə məscidə aparmaq məsələsi idi. Bu mövzunun düzgün şəkildə şərh olunub qiymətləndirilməsi üçün üç mövzunun düzgün olub-olmamasını mötəbər mənbələrə əsaslanmaqla araşdırırıq, sonra isə hadisələrin nəticələri barəsində insaflı mühakimə yürütmək lazımdır. Bu üç mövzu aşağıdakılardır:
1) Xəlifə məmurlarının Fatimə (ə)-ın evini yandırmaq qərarına gəlmələri düz bir işdirmi? Və onlar bu işdə hara kimi irəlilədilər?
2) Əmirəl-möminin Əli (ə)-ı faciəli bir vəziyyətdə məscidə, beyət almaq üçün aparmaları düzgün bir iş idimi?
3) Bu hadisə zamanı Peyğəmbər (s)-in əziz qızının hücum edənlər tərəfindən zərbə alması və nəticədə bətnindəki uşağın düşməsi düz bir iş idimi?
Bu üç məsələ bu hadisənin ən ümdə və həssas qismlərindəndir və biz sünnü alimlərinin mənbə və sənədlərinə istinad edərək bunları araşdırırıq:
Islamın mütərəqqi və dəyərli təlimlərinə əsasən, heç bir müsəlmanın (əvvəlcədən icazə almadan) başqasının evinə daxil olmağa haqqı yoxdur və əgər ev sahibi qonaqları qəbul etməyib üzr istəsə, gərək onun üzrünü qəbul edib incimədən geri qayıtsın. Qurani-məcid bu əxlaqi göstərişdən əlavə, səhər-axşam Allahın adı zikr olunan və Ona pərəstiş edilən hər bir evi möhtərəm sayır: "Pak insanların səhər-axşam Allaha təsbih deyib Onu təqdis etdikləri evlərin təzim və təkrim olunmasına Allah fərman vermişdir."("Nur" surəsi, ayə:36 )
Bu evlərə hörmət qoyulması onlarda yerinə yetirilən ibadət və pərəstişə, həmçinin onlarda Allahın təsbihinə və təqdisinə məşğul olan insanların ehtiramına görədir. Əks halda, kərpic və suvağın heç vaxt ehtiramı olmamış və olmayacaqdır da. Qurani-Kərim bütün müsəlmanların evləri içərisində Peyğəmbər (s)-in evi barəsində müsəlmanlara xüsusi bir göstəriş verib buyurur:
"Ey iman gətirənlər, Peyğəmbərin evlərinə icazəsiz daxil olmayın!"("Əhzab" surəsi, ayə:53 )
Şəkk yoxdur ki, Fatimə (ə)-ın evi möhtərəm və yüksək məqamlı evlər sırasındadır ki, orada Zəhra və onun övladları Allaha pərəstiş edirdilər. Ayişənin, yaxud Həfsənin evinin Peyğəmbər evi olmasını iddia etmək olmaz. Amma o Həzrətin əziz qızının, başqa sözlə, dünya qadınlarının ən əzizinin evi hökmən Peyğəmbər (s) evidir. Indi görək xilafət məmurları Peyğəmbər (s) evinin hörmətini nə dərəcədə saxlamışlar.
Xilafətin ilk günlərində baş verən hadisələrin araşdırılması sübut edir ki, xəlifə məmurlarının hamısı bu ayələri ayaq altına salmış, Peyğəmbər (s) evinin şən və hörmətinə ümumiyyətlə riayət etməmişlər. Sünnü tarixçilərinin çoxu vəhy evinə edilən həmləni müəmmalı, az qismi isə müəyyən qədər aydın şəkildə yazmışlar. Xəlifələrə xüsusi təəssübü olan Təbəri yalnız bunu yazır ki, Ömər bir qrup adamla Zəhra (ə)-ın evinin qabağına gəlib dedi:–"Allaha and olsun, içəridə yığışıb oturanlar beyət üçün evi tərk etməsələr, evi yandıracağam!" Amma ibni Qüteybə Dinəvəri həqiqətin dərinliklərinə varıb deyir ki, xəlifənin məmuru təkcə bu sözü demədi, həm də əmr etdi ki, evin ətrafına odun yığsınlar, sonra dedi:–"Ömərin canı əlində olan Allaha and olsun, ya evi tərk etməlisiniz, ya da onu yandıracağıq!" Ona "Peyğəmbər (s)-in əziz qızı Fatimə evin içindədir" - deyiləndə, "Eybi yoxdur"!- deyə cavab verdi.
"Iqdül-Fərid"in müəllifi həqiqəti bir az da açaraq yazır: "Xəlifə Ömərə əmr etdi ki, evə yığışanları çıxartsınlar, əgər müqavimət göstərsələr, onlarla döyüşsün. Buna görə də, Ömər od gətirdi ki, evi yandırsın. Bu vaxt Fatimə (ə) ilə qarşılaşdı. Peyğəmbərin qızı ona dedi:–Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən?!"
O dedi:–Bəli! Amma başqaları kimi xəlifə ilə beyət etsəniz yandırmaram.
Şiə alimlərinin kitablarına müraciət etdikdə hadisəni daha aydın və aşkar şəkildə dərk edərik. Süleym ibni Qeys öz kitabında vəhy evinə olan hücum hadisəsini ətraflı şəkildə qələmə almış, həqiqəti faş etmişdir. O yazır: "Xəlifənin məmuru od qaladı və zorla qapını açıb evə daxil oldu, lakin Fatimə (ə)-ın müqavimətinə rast gəldi."
Görkəmli şiə alimi mərhum Seyid Mürtəza bu hadisəni geniş şəkildə araşdırmışdır. O, həzrət Sadiq (ə)-dan nəql edir ki, Əli (ə) beyət etmədi, nəhayət, qalın tüstü onun evini bürüdü.
Elə buradaca o hadisə barəsində olunan ilk sualı yekunlaşdırıb, mühakimə yürütməyi düşünən qəlblərin öhdəsinə qoyur, sünnülərin mötəbər mənbələrinə istinad edərək hadisənin ardını qələmə alırıq:
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |