Qurban olum
Nə cənnəti tanıyan ,nə cəhənnnəmi bilən,
Etdiyi yaxşılıqdan qəlbi sevinib gülən,
Ağzının tikəsini yetimlərə yedirən
"Dinsizin-imansızın" dininə qurban olum.
***
Alış veriş edirik muzdur ibadətindən,
Dilənirik Allahın geniş səxavətindən,
Xəsislikdən əl çəkib , Onun bərəkətindən
Məzluma əl tutanın dininə qurban olum.
***
Ruhun ehtiyacıdır nəvaziş, mehribanlıq,
Bəşəriyyət məhv olar, zəfər çalsa yamanlıq.
Sevginin işığında yox olacaq qaranlıq,
Vəhdətin ,qardaşlığın dininə qurban olum.
***
Tənha Bulud, sən də bir qəlbini gözdən keçir,
Mərhəməti ,qayğnı ,sevgini gözdən keçir,
Deyirsən müsəlmanam ,dinini gözdən keçir,
Qalıbsa insanlığın , dininə qurban olum .
Müəllif: Tamara Rüstəmova, Şirvan şəhər 21 saylı məktəbin müəllimi "Tənha Bulud"