» » Tutumların fərqi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Tutumların fərqi
    0
    Müəllif: Huseynci Medine | 6-08-2017, 13:00 | Baxılıb: 509
    Tutumların fərqi
    Dediyimiz kimi, insan cəmiyyətlərində bəzən fərd ilə cəm arasında qarşıdurma və ziddiyyət yaranır, yəni bəzən fərdin, cəmiyyətin mənafeyi üçün öz hüququndan məhrum olması lazım gəlir. Amma dünyanın təbii quruluşlarında məsələ belə deyil. Orada dünyanın ümumi quruluşunun gözəl olması üçün heç bir fərd və hissəyə zülm edilməyib.
    İkinci fəsildə «Fərqlərin sirri» adı altında etdiyimiz söhbətdə məlum oldu ki, dünyanı kamil və gözəl tablo şəklinə salmış fərq və ixtilaflar, zatidirlər. Yaradılışda varlıqlar üçün müəyyənləşdirilmiş yer və mövqeylər dəyişilə bilən ictimai mövqe və vəzifələr kimi deyil.
    Həmin vəzifə və yerlər həndəsi fiqurların xüsusiyyətləri kimi, zati xüsusiyyətlərdir. Bizim «üçbucağın bucaqlarının cəmi iki düz bucağa (yəni 180 dərəcəyə) bərabər olmasını, dördbucağın bucaqlarının cəmi isə dörd düz bucağa (yəni 360 dərəcəyə) bərabər olmasını» deməyimizin mənası bu deyil ki, ona 180 dərəcə olmaq, digərinə isə 360 dərəcə olmaq (xaricdən) verilib. Buna görə də «nə üçün üçbucağa zülm edilərək ona dörd bucağın xususiyyəti verilməyib?» sualı mənasızdır. Bəli, üçbucaq həmin müəyyən xüsusiyyətdən başqa heç bir xüsusiyyətə malik ola bilməz. Üçbucağı heç kəs üçbucaq etməyib, yəni məsələ belə deyil ki, o, əvvəl başqa bir şəkildə və başqa xüsusiyyətlərə malik bir şey olub və sonra kimsə gəlib onu üçbucaq edib və yaxud üçbucaq, dördbucaq və sairə öz varlıqlarının hansısa bir mərhələsində və öz həqiqi məqamlarının hansı birindəsə heç bir xüsusiyyətə malik olmayıblar və sonra məcburi bir qüvvə gəlib həmin xüsusiyyətləri onların arasında bölüb və üçbucağa bucaqlarının cəminin 180 dərəcəyə bərabər olması xüsusiyyətini, dördbucağın bucaqlarının isə 360 dərəcəyə bərabər olma xüsusiyyətini verməyib. Buna görə də «nə üçün ayrı-seçkilik edilib?» sualının yaranmasına heç bir yer yoxdur. Yaxud üçbucaq «mənə cəfa edilib, gərək mən də dördbucaqlının xüsusiyyətlərinə malik olum!» etirazını edə bilməz.
    Dünyanın varlıqları arasındakı fərqlər də bu cürdür. Cansız əşyaların inkişaf və dərk etmə qüvvəsinə malik olmamaları, bitgilərin isə inkişafa malik olaraq dərk etmə qüvvəsindən məhrum olmaları, heyvanın həm inkişaf və həm də dərk etmə qüvvəsinə malik olmasının səbəbi cansız əşya, bitgi və heyvanın vücudunun məqam və dərəcəsinin zati xüsusiyyətlərindəndir, yəni məsələ belə deyil ki, onların hamısı əvvəl bir olublar, amma yaradan sonra birinə dərk etmə və inkişaf xüsusiyyəti verib, digərinə isə heç nə verməyib və üçüncüsünə digər bir şey verərək digərini həmin şeydən məhrum edib. Əbu Əli ibni Sinanın məşhur bir cümləsi var ki, həmin cümlə bu həqiqəti açıqlayır. O deyib: «Allah əriyi ərik etməyib, onu yaradıb!»
    Burada ərik misal olaraq qeyd edilib və məqsəd bütün varlıqlardır. Allah əşyaları yaradıb və onların xilqətdə bir-birləri ilə fərq və ixtilafları var. Allah ərik, alma, nar və sairəni yaradıb. Amma məsələ belə deyil ki, məsələn. onların hamısı əvvəl bir cür olublar və Allah onların arasında fərq qoyub.
    Allah zamanı yaradıb. Zamanın keçmiş, indi və gələcək kimi müəyyən xüsusiyyətləri vardır. Allah zamanı necə yaradıb? Görəsən zamanı, əvvəl bütün hissələri bir toplum şəklində olan sap yumağı kimi yaradıb və sonra onu çəkib açaraq bu şəklə salıb? Allah cismi də yaradıb. Cismi məsələn, əvvəl həcm, uzunluq və tutumsuz yaradıb və sonra ona həcm və tutum verib, yoxsa cismi yaratmaq tutum, həcm və uzunluğun yaranması ilə bərabərdir və cismin yaradılması ilə uzunluq və tutumun yaranması arasında hansınınsa əvvəl və ya sonra olması və ikilik yoxdur.
    Qurani-kərimin bu barədə də çox incə bir ifadəsi var. Quran Musa ibni İmranın dilindən nəql edir ki, Firon ondan və qardaşı Harundan sizin Rəbbiniz kimdir? deyə soruşanda Musa belə cavab verir:
    «...Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır.»(Ta-ha 50.)
    Burada, «xələqəh» kəlməsində maraqlı bir nöqtə var. Kəlmənin əvəzliyə izafə edilməsindən belə başa düşülür ki, hər bir şeyin xüsusi bir yaradılışı var və həmin yaradılış yalnız həmin şeyə məxsusdur. Belə ki, hər bir şey yaradılışın yalnız bir formasını qəbul edə bilər və Allah, ona həmin yaradılışı əta edir. Belə fikirləşmək olmaz ki, məsələn əşyalar hansısa başqa bir formada olublar və Allah onları indi olduqları şəklə salıb. Həmçinin bu fikir də səhvdir ki, əşyalar heç olmasa indikindən pis və ya yaxşı başqa cür və başqa yaranışda ola bilərlərmiş, amma həmin imkanların mövcud olmasına baxmayaraq, Allah bu xüsusi formanı seçib. Həqiqət budur ki, dünya yalnız mövcud forma və quruluşda ola bilərdi və onun hər bir hissəsi yalnız müəyyən yaradılış formasında olmaq imkanında olub və Allah hər bir şeyə həmin mümkün formanı verib.
    Quran bu mətləbi çox ali və lətif bir təmsillə bəyan edib. Quran, yuxarıdan tökülərək tədricən sel yaradan və müxtəlif çay və arxların axarlarında yer tutan yağış suyunu misal çəkərək belə buyurur:
    «Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı...» (Rəd-17.)
    Yəni Allahın rəhməti şərait və istedada malik heç bir varlığı məhrum etmir, amma varlıqların istedad və tutumları da bərabər deyil. İstedadlar müxtəlifdir, hər bir qab Allahın rəhmətindən öz tutumu qədər bəhrələnə bilər.
    Bu nöqtə, bizim ikinci fəsildə «fərqlərin sirri» adı ilə bəyan etdiyimiz mətləb idi. Onu burada təkrar etmək təkmilləşdirmə faydasından əlavə, dünyanın yaradılışında cəmiyyətin əsalətinin nəzərdə tutulmasının və ümumi quruluşun gözəlliyi üçün bəzi hissələrə zülm edilməsinin güman edilməməsi məqsədi daşıyırdı. Bəli, burada gözəl bir toplum yaranıb və onun gözəlliyi fərq və ixtilafların olmasına borcludur. Burada həm fərdi haqlara və həm də şəxsi mənafelərə riayət edilib.
    Şərlər məsələsinə edilmiş iradların cavabında yalnız, ümumi quruluşda fərqlərin olmasının lazım və zəruriliyinə istinad edənlərin cavabları naqisdir, çünki, belə olan surətdə nöqsanlı yaradılan fərd və hansısa bir hissənin nə üçün məhz onun naqis olması məsələsinə etiraz etmək haqqı var. Bəli, həmin naqis şəxs «əgər ümumi quruluşda biri kamil, digəri isə naqis yaradılmalı idisə, nə üçün başqası deyil, məhz mən naqis yaradıldım?» sualını verə bilər. Nə üçün iş bunun əksi olmayıb? Həmçinin çirkin olan da etiraz edə bilər ki, «indi ki, yaradılış aləmində həm gözəl və həm də çirkin olmalıydı, nə üçün mən çirkin, başqası isə gözəl oldu? Nə üçün bunun əksi olmayıb? Əgər vücuddan biri çox, digəri isə az bəhrələnməlidirsə, nə üçün məsələn «A»-ya çox «B»-yə isə az çatmalı idi?»
    Buna görə də dünyanın ümumi quruluşunda, gözəllə çirkinin, kamillə naqisin birlikdə olmasının zəruriliyini demək məsələni həll etmir və tutulan irada cavab olmur. Bu mətləbi də artırmaq lazımdır ki, bütün bunlarla yanaşı varlıqların hər biri və dünyanın hər hansı bir hissəsi, özünün ala bilməsi mümkün olan haqq və payını alıb.
    Başqa sözlə desək, şərlər və pisliklər üçün «fayda», «hikmət» və «mənafe» adı ilə zikr edilən şeylərin hamısı, bizim səbəblərlə nəticələr, həmçinin müqəddimə ilə nəticə və hədəflə nəzərdə tutulan şey arasındakı əlaqələrin zəruriliyi və ilahi sünnənin dəyişməzliyini başa düşməyimizdən sonradır.

    Kitabın adı: İlahi ədalət

    Müəllif: Ustad Mürtəza Mütəhhəri

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.