İntizarın fəziləti
Bir çox hədislərdə İmam Mehdinin(ə.) qeybdə olduğu müddətdə ona etiqad bəsləməyin və onu gözləməyin fəzilətinə təkid edilmişdir. Məsələn,İmam Sadiqdən(ə.) nəql edilən bir hədisdə deyilir:
مَن ماتَ مِنكُم وَ هُوَ مُنتَظِرٌ لِهَذَا الامرِ كَمَن هُوَ مَعَ القَائِمِ فِي فُسطَاطِهِ قَالَ ثُمَّ مَكَثَ هُنَيئَةً ثُمَّ قَالَ لأَ بَل كَمَن قَارَعَ مَعَهُ بِسَيفِهِ ثُمَّ قَالَ لأَ وَ اللّهِ إِلاَّ كَمَنِ استُشهِدَ مَعَ رَسُلِ اللّهِ
"Sizlərdən hər kəs zühuru gözləyən halda dünyadan köçsə,Qaimin (ə.) çadırında onunla birgə olan şəxs kimidir".
Bir anlığa dayanıb sonra əlavə edir: " Xeyr,onunla birlikdə qılınc çəkib düşmənlərlə döyüşən şəxs kimidir".
Sonra yenidən buyurur: " Allaha and olsun ki,yox! allahın rəsulu ilə birlikdə döyüşüb şəhid olan şəxs kimidir".
Habelə bir çox hədislərdə qurtuluşu gözləmək ən böyük ibadət hesab edilmişdir.
Kitabın adı: Kəlam elmi
Müəllifin adı:Dr. Məhəmməd Səidimehr
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.