Hüseynin yoluna canım fədadır
Hüseynin yoluna canım fədadır
Çatdı Hüseyn karvanı Kərbubəlaya,
Neynəvada bir qoşun çıxdı qabağa.
Eşq karvanını yoldan saxladı,
Hüseynin yoluna canım fədadı
Fəratın qabağın əskərlər aldı,
Hüseynin əshabı bi teşnə qaldı.
Aclıq həmdə susuzluq taqətin aldı
Hüseynin yoluna canım fədadı.
Hüseynə ağlamaq nuri şəfadır,
Onun şəfaəti dərdə dəvadır.
Onun məhəbbəti qəlbə səfadır,
Hüseynin yoluna canım fədadır.
Zeynəb dayaq oldu qardaşlarına,
Başçılıq eylədi qəm karvanına.
Yetim balalara nəvaziş etdi,
Hüseynin yoluna canım fədadır.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.