Zühurunu gözlərik
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir
Ey şəmsi zülmətin yanan çırağı
Cahanın Höccətullahı, möhkəm dayağı
Məhv olar hərisi xudpəsənd zalım mərağı
Nurunla kölgələr itər, Allah kərimdir
Zühurunu gözlərik, gələr, Allah kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir
Qalxıbdır ərşə nalələr zillət əlindən
Xar olub mömünün xiffət əlindən
Nə olar gəl, qurtar, bizi xiffət əlindən
Cəmali İslam dirçələr, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir
Əmirəlmöminin kimi şücaətinlə
Aləmlər bərqərar olsun ədalətinlə
Xudanın izni ilə bəlağətinlə
Xilqət haqq yolda birləşər, Allah Kərimdir
Zühurun gözlərik, gələr, Allah Kərimdir
Möhnəti ilə intizar bitər, Allah Kərimdir
Xudayi möhtərəm, mənim çoxdur günahım
Nəbi, Əmirəlmöminin, Hüseyndir şahim
Rəhimi Rəhmansan, Əhli-Beyt pənahım
Əhli-Beytə xatir rəhm edər, Allah Kərimdir.