Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ər-Rahmən
“Ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın...”(Əraf sürəsi 180-ci ayə)
Qurani Kərimdə Allah-Təala Onu daha gözəl tanımamız üçün Özünün bəzi adlarını bizlər üçün sadalayır. İmam Sadiq (ə) bu adlar barəsində buyurur:”Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər.”
Ər-Rahmən dünyada yaxşı-pis, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamıya qarşı sonsuz mərhəmətli olan mənasını verir. Bu ad daha çox dünya ilə əlaqələndirilir. Rəhman Allahın həm ismi, həm də sifətidir. Buna görə də Rəhman adı Allahdan başqasına verilə bilməz. Bu ad insanlara verilərkən, mütləq qarşısına “əbdül” sözü əlavə edilməlidir. Bu - Əbdürrəhman “Rəhmanın qulu” mənasını verir və dini prinsiplərə zidd deyildir.
Bu ad barəsində Allah Qurani Kərimin İsra sürəsinin 110-cu ayəsində buyurur: “De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi də işlərinin sifətlərinə dəlalət edir). Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan və ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini də yavaş qıl).”
Qurani Kərimdə bu ad 57 dəfə işlənmişdir. (Fatihə sürəsi 3-cü ayə, Bəqərə sürəsi 163-cü ayə, İsra sürəsi 110-cu ayə, Məryəm sürəsi 45,61, 69, 78, 85,87,88-ci ayələr, Taha sürəsi 108-ci ayə, Ənbiya sürəsi 26,42,112-ci ayələr, Furqan sürəsi 60-cı ayə, Şuəra sürəsi 5-ci ayə, Yasin sürəsi 11, 15,23,52-ci ayələr, Fussilət sürəsi 2-ci ayə, Zuxruf sürəsi 20,81,82-ci ayələr, Qaf sürəsi 32-ci ayə, ər-Rahmən sürəsi 1-ci ayə, Həşr sürəsi 22-ci ayə, Mülk sürəsi 19,29-cu ayə, Nəbə sürəsi 37-ci ayə )
Qurani Kərimin 55-ci sürəsi də məhz bu adla bağlıdır (ər-Rəhman surəsi). Sürədə bəzi İlahi nemətlər sadalanmışdır. Bu nemətlərdən bəziləri dünya,bəziləri isə axirət həyatına aiddir. Belə görünür ki, cin tayfası da bu nemətlərdən hansısa bir şəkildə birbaşa və dolayısı ilə faydalanır. Ona görə də Allah həm insanlara, həmdə cinlərə müraciət edərək 31 dəfə buyurur: “Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!” Məcməul bəyan kitabının 24-cü cildinin 54-cü səhifəsində bu sürə Quranın gəlini adlandırılır. Bu sürə barəsində İmam Sadiq (ə) buyurmuşdur:” Namazlarınızda "ər-Rəhman" surəsini oxumağı tərk etməyin. Çünki qərar tapmaz. Qiyamət günü Allah onu ən gözəl və xoş iyli adamlar sifətində gətirər, və elə bir yerdə dayanar ki, Allaha nisbət ondan yaxında heç kəs dayanmaz. O zaman Allah ona xitab edər: Səni oxuyanlar kimlərdir, və namazda həmişə səni tilavət edərdilər? Sonra o deyər: Filan və filan. Beləliklə onların çöhrəsi ağ və nurlu olar, və onlara (onu oxuyanlara) deyər, hər kimi istəyirsiniz şəfaət edin. Onlar da bacardıqları qədər şəfaət edərlər, və bir kəs nəzərdən kənarda qalmaz. Sonda Allah buyurar, Behiştə daxil olun, və onun hansı yerində istəyirsiniz özünüzə mənzil seçiniz.”
Allahın hər bir adının bir xidmətçi mələyi mövcuddur. ər-Rahmən isminin də xidmətçi mələyinin adı Zəryaldır və əmrində dörd mələk daha vardır ki, bunların da hər birinin altında (398) mələk var. Bu mələklərin hamısı (Rəhmətə) əvəz edirlər.
Allahın bu isminin çoxlu fayları vardır və biz onlardan bir neçəsini zikr edirik.
1. Bu adın zikri ilə məşğul olan şəxsin üzərindən dünya stressi, sıxıntısı və depressiya qalxar. İçinə dinclik və rahatlıq, könlünə aramlıq dolar.
2. Daim oxumağı adət edən şəxsin istək və ehtiyacları yerinə gəlir. Cənabı Haqqın lütf və kərəmi təzahür olar.
3. Xəsis bir kimsəyə oxunsa cömərtləşər.
4. Davamlı oxuyan kimsə məqam və mənsəb sahiblərinin yanında məqbul bir şəxs olur. İstədiyi işi olur. Çox dəfə sınanmış və hər dəfə gözlənilən problem alınmışdır.
5. Bu mübarək isim, mübarək aylardan birində, bir qab içinə yazılıb yağış və ya mənbə suyu ilə pozularaq, içində şər və pislik edən kəsə içildilsə, qəlbindən pislik və şər hissləri qalxar, yumşalar.
6. Cümə günü Əsr namazından sonra qibləyə qarşı oturub günəş batana qədər ", Ya Allah, Ya Rahmən" zikrinə davam edən kimsə, günəş batdıqdan sonra Allahdan nə istəsə, istəyi yerinə yetər.
7. Bir kimsənin qəlbini qazanmaq və sevgisini əldə etmək istəyən kimsə, o adamın adının hərflərini tək-tək kəsik hərflərlə bir kağız üzərinə yazıb, sonra da eyni şəkildə ər-Rahmən adını yazır və hərflərini bir-birinə qarışdırıb üzərinə (774) yeddi yüz yetmiş dörd dəfə ", Ya Rahmən" oxusa, Allahın izniylə istəyi yerinə gələr, arzu etdiyi sevgi və dostluğu qazanar.
8. Gündə 100 (yüz) dəfə zikr edənin qəlbində mərhəmət duyğuları inkişaf edir,
9. Rəhman adını, 298 (iki yüz doxsan səkkiz) dəfə yazıb üzərində daşıyan, hər cür bəla və fəlakətdən qorunur.
İlahiyyatçı, araşdırmaçı Məhəmməd İbadlı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |