Sual 33: Bəziləri dəyərli dini əsərlər müəllifi olan doktor Şəriətini İslam dinini qılınclayan Mirzə Fətəli Axundova bənzətmişlər. Guya onların hər ikisi islami protestantlıq ideyasını müdafiə etmişdir. Bu həqiqətdirmi?
Cavab: Protestantlıq xristianlığın üç məzhəbindən biridir və özünə qədər olan dini ayinləri kobudcasına rədd edir. “Protestantlıq” “yeniçilik”, “geriyə qayıdış”, “keçmişin inkarı” mənalarında da işlədilir.
Mirzə Fətəli Axundov yazır: “Protestantlıq Allahın haqlarını, bəndəlik vəzifələrini tam aradan götürən, yalnız insan haqlarını tanıyan bir məzhəbdir”. Bəli, bu şəxs islami protestantlıq dedikdə, dinin ictimai həyatdan kənarlaşdırılmasını nəzərdə tutur.
Doktor Əli Şəriəti isə islami protestantlıq dedikdə həqiqi İslama qayıdışı nəzərdə tutur. Axundovun tam əksinə olaraq, Doktor Şəriəti dini, qatqılardan təmizləmək, ona əvvəlki həyatını qaytarmaq uğrunda mübarizə aparır. Şəriətinin nəzərincə İslamı durğunluqdan qurtarıb, onun zamanın tələblərinə cavab verəcək hökmlərini üzə çıxaracaq əsas iş “ictihad”, yəni İslama vaqif amillərin aktual hökmləridir.
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan