Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Әr-rauf
Әr-rauf (286)-daha çox mahribanlıq bildirir.
Bu zikri 287 dəfə demək ürəyin qəsavətini aparar.Hər kəs <<Ya həlimu,ya raufu ya mənnan>> deyib zalımın yanına getsə onu zəlil edər.Çoxlu <<ya rauf>> demək qorxunun aradan aparar.Bir həftə ərzində hər gün 287 dəfə deyilsə hacət yerinə yetər.Boğaz iltihabından qorunmaq üçün çoxlu <<ya raufu ya rahimu ya rabbi ya səyyidi>> demək lazımdır.İmam Rza (ə) buyurmuşdur:<<atamı yuxuda gördüm ki,mənə deyir:-Әgər çətinliyə düşsən çoxlu <<Ya raufu ya rahim>>de!>>
Әgər bir kəs bu ismi zalım bir şəxsin yanında çox zikr etsə o zalım həmən şəxsə qarşı mehriban olar və əgər onun yanında bir məzluma şəfaətçilik etsə,ondan qəbul edər.Bir məzlumu zalımın həbsindən nicat vermək üçün bu ismi on dəfə zikr etmək faydalıdır.
Bir şəxsi sözünə tabe olan qərar vermək istəsən cümə günü namazdan sonra bu ismi iki yüz dəfə suyun və ya şirninin üzərinə oxuyub həmin şəxsə versən mətləbinə çatarsan.
Şərh:Bu kəlmə Allahın isimlərindən olub "mehriban" mənasındadır və Quranda on bir dəfə zikr olunmuşdur.
"Rəfət" lütf və rəhmətin şiddətini bildirir."Allah öz bəndələrinə qarşı çox mehribandır."(Ali İmran,30)!
Təfsirçilərin bəziləri "rəfət" və "rəhmət" ifadələrini bir məna ilə izah etsələr də,onlardan bir dəstə bunların fərqli olduğunu bildirərək yazırlar ki,"rəfət"-zərərlərin dəf edilməsi zəminindəki məhəbbətdir və "rəhmət" isə mənafein cəlb edilməsi üçün olan məhəbbətdir.Buna görə də "rəfət" "rəhmət"dən əvvəl zikr olunur.
İmam Sadiq(ə) buyurmuşdur:"Qiyamət günündə Allahın rəhməti o qədər çox olacaq ki,hətta Şeytan da tamaha düşəcək."
Rəsulullahn(s) buyurmuşdur:Allahın rəhməti yüz hissədən ibarətdir.Allah-təala onun bir hissəsini mələklər,insanlar və heyvanlar arasında paylamışdır.Doxsan doqquz hissəsini isə Qiyamət gününə saxlamışdır".
Kitabın adı: Allahın 99 gözəl adları (şərhi ilə birlikdə)
Müəllif: Həbibullah Şərif Kaşani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |