Әl-cəbbar
+5
Müəllif:
Elya | 16-03-2017, 16:00 | Baxılıb: 1 392
"Әl-cəbbar"
Әl-Cəbbar(206)- İmam Rza (ə) buyurmuşdur:<<Bu adın vasitəsilə hər bir məzlum zalımın zülmündən qorunar.Bu ad böyüklərin halına münasibdir ki,məmləkət onların vasitəsilə bərqərar olsun.Hər kəs padşahdan qorxsa bu adı onun bərabərində 12 dəfə oxusa şərdən amanda qalar.Hər kəs mülkünün daimi olmasını,düşmənə məğlub olmamasını istiyirsə hər sübh 206 dəfə oxumağa başlasın!Hər bir dərdə görə qırx gün oxumaq xeyirlidir>>.
Әl-cəbbar Allahın Әsməul-hüsnasında qırxıncı ism olub,bu mənadadır ki,heç kimin əli Onun əzəmət məqamına çatmaz və kəsdir ki,fəqirlərin fəqirliyi və zəiflərin zəifliyini aradan qaldırar və özünü qüdrətli bilənləri sındırar və məhv edər.
Әgər bir kəs gündə iyirmi bir dəfə bu ismi zikr etsə,sitəmkarların şərrindən amanda qalar!
Bu ismi çox zikr etmək hər bir dərdin dərmanıdır.Әgər bir şəxs bu ismi çox zikr etsə,ins və cinlərdən olan cəbbarlar onun qarşısında zəlil olarlar.Әgər gündə otuz bir dəfə bu ismi zikr etsələr ins və cinnin şərrindən amanda qalarlar.
Bu ismi iki yüz altı dəfə oxumaq böyük təsirə malikdir.
Bu ismin zikrini davam erdirmək səltənət və məmləkətin uzunömürlü olmasına səbəb olur.
Kitabın adı: Allahın 99 gözəl adları (şərhi ilə birlikdə)
Müəllif: Həbibullah Şərif Kaşani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.