» » Yer üzündə salehlərin hökuməti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yer üzündə salehlərin hökuməti
    0
    Müəllif: Huseynci Medine | 12-03-2017, 13:00 | Baxılıb: 1 049

    Yer üzündə salehlərin hökuməti

    “Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurulur:

    وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

    “Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”

    Saleh bəndələrin (axirət) mükafatlarını ardıcıl sadalayan ayələrdə əslində, dünyəvi mükafatdan söz açılır. Bu elə bir mükafatdır ki, səadətin tə’mini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə “ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilməlidir. Bu da yalnız həzrət Mehdinin (ə) cahanşümul hökuməti ola bilər.

    Diqqət yetirmək lazımdır ki, “Biz bu və’di keçmiş peyğəmbərlərin kitablarında yazmışıq” ifadəsinə görə, bu yeni bir və’d deyil. Hər zaman və hər dində bu haqda mə’lumat verilmişdir. Ayədə qeyd olunan “Zəbur”da məqsəd çox ehtimal ki, Davud peyğəmbərin dua, minacat, raz-niyaz, moizə və öyüd-nəsihətlərdən ibarət “Zəbur” kitabıdır. Bu kitab “Əhdi-qədim”də (Tövratda) “Davudun məzamiri” adı ilə yad edilir. Maraqlıdır ki, zaman ötdükcə, “Əhdi-qədim” təhrifə mə’ruz qalsa da, “Davudun məzamiri”ndə bu böyük müjdəni müşahidə edirik. Bu kitabın 37-ci bölümünün (məzmurunun) 9-cu cümləsində belə deyilir: “...Çünki şər insanlara son qoyacaq, Allaha güvənənlər isə yer üzünün sahibləri, varisləri olacaqlar!” 11-ci cümlədə də belə yazılır: “Təvazökarlar yer üzünün varisləri olacaq, sağlamlıqdan ləzzət alacaqlar!” 27-ci cümlədə qeyd olunmuşdur: “Allaha yaxın olanlar yer üzünün varisləri olacaqlar. Onun lə’nət etdiyi şəxslərə isə son qoyulacaq!” 29-cu cümlə isə belədir: “Sadiqlər (sözündə və əməlində doğru olanlar) yer üzünə sahib və orada əbədi sakin olacaqlar!”

    Aydındır ki, buradakı “sadiqlər”, “Allaha təvəkkül edib güvənənlər”, “Allaha yaxın olanlar” və “təvazökarlar” kimi ifadələr Qur’ani-kərimdə qeyd olunan “saleh bəndələr”lə eynidir. Bəhs etdiyimiz ayədə qeyd olunan “Zikr”də məqsəd isə bir çox təfsirçilərin əqidəsinə görə Tövratdır. Necə ki, “Ənbiya” surəsinin 48-ci ayəsində buyurulur:

    وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ

    “Biz Musa və Haruna haqqı batildən ayıran, nur və pərhizkarlardan ötrü öyüd-nəsihət olan Tövratı vermişdik.”

    Beləliklə, imam Mehdinin (ə) zühur müjdəsi Tövratın digər fəsillərində, o cümlədən, Əş’iya peyğəmbərin kitabında da verilmişdir. Necə ki, bu kitabın 11-ci fəslində belə yazılır: “Həqiqətən, zalımlar üzərində ədalət hökm sürəcək və bu da yer üzünün yoxsulları üçün aydınlıq olacaqdır. Hər yerdə ədalət bərqərar olacaq, əhdə vəfa ediləcəkdir. Qurd qoyunun yanında yatacaq... Çünki yer üzü dənizlər su ilə dolduğu kimi, Allahın elmi ilə dolacaqdır!”

    Tövratın özündə də buna oxşar bə’zi ifadələr var. Məsələn, 13-cü fəslin 15-ci cümləsində belə deyilir: “Yer üzünü İbrahimin övladlarından birinə verəcəyik...” 18-ci fəslin 20-ci cümləsi belədir: “Mən ona (İsmayıla) bərəkət verdim, onun övladlarını çoxaldacağam, nəhayət, on iki sərvər gətirəcək və onun ümməti böyük olacaqdır!” “On iki sərvər gətirəcək” ifadəsi göstərir ki, on iki imam və rəhbərin hamısı onun övladlarıdır. 18-ci fəslin 18-ci cümləsində deyilir: “Dünyanın bütün qövmləri onun ətrafına toplaşacaq!”

    İmam Mehdinin (ə) qiyamı ilə əlaqədar bu ayədəki açıq-aydın ifadələrdən əlavə, rəvayətlərdə də bu haqda geniş söz açılmışdır. Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında bu ayənin təfsirində imam Baqirdən (s) belə bir hədis nəql edir: “Onlar (yer üzünə sahib olan saleh bəndələr) axirəz-zamanda Mehdinin dostlarıdır.”

    “Təfsiri-Qummi”də qeyd olunan bir hədisdə deyilir: “Bu ayədə məqsəd Mehdi (ə) və onun səhabələridir!”

    Ola bilər ki, Allahın saleh bəndələri yer üzünün hakimiyyətinin bir hissəsini öz ixtiyarlarına alsınlar. Necə ki Peyğəmbər dövründə və digər əsrlərdə belə hadisələr baş vermişdir. Lakin saleh bəndələrin bütün yer üzündəki hökuməti, yalnız həzrət Mehdinin (ə) zühuru zamanı olacaqdır. Bu haqda həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan çoxlu “mütəvatir” hədis vardır. Şeyx Mənsur Əli Nasif əhli-sünnənin məşhur “beş üsul”undan sayılan “Əttacul-cami lil-üsul” kitabında yazır: “Bütün keçmiş və müasir alimlər arasında məşhur nəzər budur ki, axirəz-zamanda Əhli-beytdən bir nəfər zühur edəcək. O, bütün İslam ölkələrinə hakim olacaq və bütün müsəlmanlar ona itaət edəcək. Həmin şəxs haqq-ədalətlə hökm sürəcək və dini qüdrətləndirəcəkdir!”

    Sonra yazır: “Mehdi haqqında deyilən hədisləri Peyğəmbərin (s) bir qrup yaxın səhabələri nəql etmiş, eləcə də Əbu Davud, Termizi, İbn Macə, Təbərani, Əbu Yə’la, Bəzzaz, Əhməd ibn Hənbəl və Hakim kimi böyük hədis alimləri öz əsərlərində qeydə almışdır.”

    Hətta bu hədislərə şübhə ilə yanaşan İbn Xəldun, onların bütün İslam alimləri arasındakı şöhrətini inkar edə bilməmişdir.

    Bu hədislərin “təvatür” həddində olduğunu nəql edən məşhur Misir alimi Məhəmməd Şəblənci “Nurul-əbsar” kitabında yazır: “Peyğəmbəri-əkrəmdən (s) bizə gəlib çatan “mütəvatir” hədislərə əsasən, Mehdi onun sülaləsindəndir və yer üzünü haqq-ədalətlə dolduracaqdır.”

    Bu ifadə bir çox kitablarda da vardır. Hətta məşhur əhli-sünnə alimi Şövkani imam Mehdinin (ə) zühuru, Dəccalın qiyamı və həzrət İsa-Məsihin (ə) gəlişi ilə əlaqədar yazdığı kitabda bu hədislərin “təvatür” həddində olduğunu izah etdikdən sonra yazır: “Deyilən mətləblər zərrə qədər imanı, arpa dənəsi qədər insafı olan kəslər üçün kifayətdir!”

    Biz isə məşhur İslam mənbələrində nəql olunan bu hədislərin bir neçəsini qeyd etməklə kifayətlənirik:

    1. Əhli-sünnənindördimamındanbiriolanƏhmədibnHənbəl “Müsnəd” kitabındaƏbuSəidXudridənPeyğəmbəri-əkrəmin (s) beləbuyurduğununəqletmişdir:

    لا تَقُومُ السّاعَةَ حَتّى تَمْتَلَاُ الْاَرْضَ ظُلْماً وَعُدْواناً، قالَ ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَمْلَاُها قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ عُدْواناً:

    “Yer üzü zülm və haqsızlıqla dolmayınca, qiyamət bərpa olmayacaq; bu zaman mənim itrətimdən (Əhli-beytimdən) bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”

    1. BuhədisiHafizƏbuDavudSəcistanidə “Sünən” kitabındaazacıqfərqlənəqletmişdir.
    2. MəşhurhədisalimiTermizi (ŞeyxMənsurƏliNasifininyazdığınagörə) səhihsənədləAbdullahdanPeyğəmbəri-əkrəmin (s) beləbuyurduğununəqletmişdir:

    لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ الْيَوْمََ حَتّى يَبْعَثَ رَجُلاً مِنِّى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَواطِئُ اِسْمُهُ اِسْمِى وَاِسْمُ اَبِيهِ اِسْمَ اَبِى يَمْلَاُ الاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراًً:

    Əgər dünyanın qurtarmasına bir gündən artıq qalmasa belə, Allah-taala həmin günü məndən, yaxud mənim Əhli-beytimdən olan bir kişinin zühur edəcəyi vaxta qədər uzadacaq. Onun adı mənim adım, atasının adı mənim atamın adı ilə eynidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır!”

    Hakim Həskani “Əl-müstədrək” kitabında bu hədisi azacıq fərqlə nəql etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər!” 

    1. ƏbuDavud “Sünən” kitabındabunuÜmmüSələmədənbelənəqledir: “MənPeyğəmbəri-əkrəmin (s) beləbuyurduğunueşitdim:

    اَلْمَهْدِىُّ مِنْ عِتْرَتِى مِنْ وُلْدِ فاطِمَةَ

    “Mehdi mənim sülaləmdən və Fatimənin övladlarındandır!”

    1. HakimNişapuri “Əl-müstədrək” kitabındaƏbuSəidXudridəndahaətraflıbirhədisdəPeyğəmbəri-əkrəmin (s) beləbuyurduğunuyazır:

    يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً:

    “Axirəz-zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara mə’ruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mö’min bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir- bərəkət bürüyər)!”

    Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, hərçənd, Buxari və Müslim onu nəql etməmişlər.”

    Müxtəlif ravilər tərəfindən nəql olunan bu hədislərin məşhur mənbələrdə qeyd olunması göstərir ki, axirəz-zamanda imam Mehdinin (ə) dünyaya hakim olacağı, yer üzünü haqq-ədalətlə dolduracağı və “həqiqətən, yer üzünə saleh bəndələr sahib olacaqlar” ayəsi qaçılmaz həqiqətdir.

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.