Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Xurafatçılıq qərblilərdə daha çoxdur
Elə düşünməyin ki, bu xurafat və mövhumat, təkcə şərqlilərə mənsub olub Hind qitəsi kimi üçüncü dünya ölkələrinə aiddir. London və Parisin cah-cəlallı küçə və yollarında rəmmallar, falçılar, xüsusən noxud falında «ixtsasçı» qadınlar pul qazanmaqla məşğuldurlar. Onların yaxşı müştəriləri də var.
Son hesablamalara görə, amerikalıların yarısı xurafata uyan şəxslərdir. Etiqadlarına görə, əgər siz dostları ilə körpüdə xudafizləşərlərsə, artıq onları heç vaxt görə bilməzlər. Astroidi gördükləri zaman yubanmadan bir şey arzulayırlar ki, bütün arzuları həyata keçsin.
Fransalılar şiddətli şəkildə taleyəbaxmağa etiqad bəsləyirlər. İnternet vasitəsi ilə o gün haqqında verilmiş proqnozuna baxmasalar, yerlərindən heç bir yana tərpənməzlər. Səhər yeməyi zamanı qəzetin birinci səhifəsində oxuduqları, gündəlik tale proqnozlarıdır.
Dünyanın sənət və maddi inkişaf qütblərində Avropanın parlayan kilsələri arasında da cahil adət-ənənələr, fikirlər, mövhumatdan doğan əqidələr hay-haray salır!
Necə düşünürsünüz, görəsən, təslisi
qəbul etmək, təmid qüslü, günah və tövbənaməni alıb-satmaq orta əsrlərin düşüncə tərzinə daha yaxındır, yoxsa bütpərəstlik və şeytanı Allah qəbul etməyəmi?!
İncil kitabına əl uzadıb mənəvi əxlaqsızlığı ilahi peyğəmbərlərin (ə) adına yazmaq, keşişə günahların bağışlnması üçün pul vermək, qırx günlük orucu dəyişərək iki günlüyə çevirmək, həzrət İsanın (ə) ət-qanını yemək üçün təşkil olmuş uydurma mərasimdə iştirak etmək daha çox gülüncdür, yoxsa supərəstlik və inəyi Allah qəbul etmək?!
Buna görə də, Əllamə Təbatəbai (r) kimi böyük şəxslər, qərblilərin xurafatına öz nəzərlərini belə bildirirlər: Bəzi insanlar xurafatı şərqlilərin xüsusiyyətlərindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafata hərisliklərinin daha çox olduğunu deməsək, əslində xurafat nə qədər şərqlilərə mənsubdursa, bir o qədər də qərblilərə mənsubdur...»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |