Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Xurafatın tərifi və tarixçəsi
Ağıla söykənməyən əsassız əqidə və fikirlərə deyilir. Düzlüyü, xeyir və şər olması barədə məlumatımız yoxdur. Onları, rahat şəkildə yayılıb özünə yer tapdığına görə qəbul etmişik. Bəzi lüğət kitablarında xurafatçılıq «batil kəlam», «bihudə», «qarışıq» və «əfsanə» anlamını daşıyan söz kimi mənalanmışdır. Bəzi dini kitablarda yazılmış mətnlərdə xurafat haqqında belə yazılır: «Xurafə və ya xurafat, əql, məntiq və həqiqət ilə uyğunlaşmayan əsassız etiqadlardan ibarətdir. Məsələn, 13 rəqəminin uğursuzluğuna, qara rəngin bədniyabətliyinə, çalağan quşunun naləsinin fəlakət gətirəcəyinə və sairə inam bəsləmək.»
Xurafatın genişlənib yayılma tarixçəsi və qəbul olunması barədə olan məlumatları böyük filosof və təfsirçi ustad Əllamə Təbatəbainin (r) nəzərinə istinad edirik. Məşhur təfsir kitabı olan «Əl-Mizan»-da yazır: «Bəşər, qədim əsrlərdən tutmuş bu günədək xurafata inanmışdır. Bəziləri xurafatpərəstiliyin şərqlilərin xüsusiyyətindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafatpərəstliyə olan hərisliyinin şərqlilərdən daha artıq olduğunu deməsək də, əslində, bu xüsusiyyət şərqlilərdə olduğu qədər qərblilərdə də vardır.
Alimlər xurafi adət-ənənələri yox etmək və onu insanların qəlbindən silmək üçün çarələr düşünmüş və düşünməkdə də davam edirlər. Avamların tənbeh olub qəflət yuxusundan ayılması üçün necə də incə hiylələrə əl atmışlar! Amma bu həkimlərin müalicəsi təsirsiz qalıb; insanlar hələ də xurafatdan ayrılmayıblar. Bunun səbəbi, bir tərəfdən insanların öz nəzərlərinə təqlid etmələri və onun təsirlərindən heç vaxt yaxa qurtarmamaları, digər tərəfdən də nəfsani hisslərdən, emosiyalardan kənarda qalmamalarıdır...
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |