Dindən kənarlaşmaq – Xurafatçılığın başqa bir zərəri
Xurafatın, məntiqsiz və ağlın əleyhinə olan ayinlərin vüsət almasının başqa təsirlərindən biri də, camaatın dindən və onun maarifindən qaçmasıdır ki, bu da heç nə ilə bərpa olmayan böyük xəsarət və zərərdir. İnsanları dəstə-dəstə özünə çəkməli olan din, bəzən dindarları da təşvişə salıb özündən qaçırmışdır!
Dini maarif və əqidələr xəyallara, xurafi və su kimi axıcı, səthi dəlillərə söykənirsə, məlumdur ki, ondan qaçmaq lazımdır. Bunlara etiqad bəsləmək dinin zərəri ilə nəticələnəcək! Qurani-kərim mövhumatdan doğan dəlilsiz etiqadların müqabilndə qüdrətlə dayanır:
«Dedilər: «Yəhudi, ya xristiandan başqa heç kəs Cənnətə getməyəcək!» dedikləri zaman Quran buyurur: «Bu, sizin arzularınızdır. Əgər (bu dediklərinizdə) haqlısınızsa, dəlillərinizi gətirin!»
Yəni insanları özünə cəzb etmək üçün dinin hökmləri, əqidələri sübut və dəlillərə söykənərək, doğru mənbələr əsasında təbliğ olunub yayılmalıdır. İxtisasçılar deyirlər: «Dindən uzaqlaşmanın səbəblərindən biri də budur ki, bəzi dindarlar onu ağlasığmaz şəkildə göstərirlər. Yaxud da dini və onun hədəflərini əqli və məntiqli şəkildə müdafiə edə bilmirlər. Bunun nəticəsində, bəzi adamlar dinə cəzb olmayıb bir sıra ağılsız məsələlər üzündən dindən qaçırlar.»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdakani