Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Maidə” surəsinin 54-cü ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
“Ey iman gətirənlər! Sizlərdən hər hansı biriniz öz dinindən qayıtsa, (Allaha heç bir zərər yetirmir). Allah gələcəkdə elə bir tayfa gətirəcək ki, həm Allah onları, həm də onlar Allahı sevirlər. Onlar mö’minlərin qarşısında təvazökar, kafirlərin qarşısında sərtdirlər. Allah yolunda cihad edir, məzəmmət edənlərin danlağından qorxmurlar. Bu Allah tərəfindən istədiyi (və layiq gördüyü) şəxsə əta olunan bir lütf və mərhəmətdir. Allahın elmi (lütf və mərhəməti) genişdir!”
Ayədən mə’lum olur ki, dini təzə qəbul edən müsəlmanların dindən çıxması İslama heç bir zərər yetirə bilməz. Allah-taala müqəddəs dininin müdafiəsini müəyyən xüsusiyyətlərə malik bir qrup mö’minə tapşırmışdır. Həm Allah onları sevir, həm də onlar Allahı sevirlər. Onlar mö’minlərə qarşı təvazökar olar, düşmənlər və kafirlər qarşısında möhkəm duraraq, həmişə Allah yolunda cihad edər, məzəmmət edənlərin məzəmmət və danlağından əsla qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil.
Şübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və genişdir. Lakin həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan rəvayətlərdən açıq-aydın başa düşülür ki, Əli (ə) bu ayənin ən kamil və bariz nümunəsidir.
Fəxri-Razi bu ayənin təfsirinə çatdıqda belə yazır: “Bə’zi mülahizələrə əsasən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.” Sonra özü bu müddəanın səhih olduğunu sübut etmək üçün iki dəlil göstərir; birincisi, Peyğəmbərin (s) Xeybər müharibəsində bayrağı Əliyə (ə) verib belə buyurduğunu nəql edir:
لاَدْفَعَنَّ الرّايَةَ غَداً اِلى رَجُلٍ يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ:
“Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbəri, həm də Allah və Peyğəmbər onu sevir.”
Sonra əlavə edir: “Bununla yuxarıdakı ayənin kimə aid olduğu başa düşülür. İkinci dəlil isə Əlinin (ə) haqqında nazil olan sonrakı ayədir. Orada buyurulur: “Həqiqətən, sizin vəliniz və rəhbəriniz Allah, Peyğəmbəri və namaz qılıb rüku halında zəkat verənlərdir...” Buna əsasən, öncəki ayənin də onun haqqında nazil olduğunu deməyimiz daha münasib olar!”
Fəxri-Razinin Peyğəmbəri-əkrəmin (s) Xeybər günü haqqında kəlamına istinadı İmam Əli (ə) haqda nəql olunan və o həzrətin ən böyük fəzilətlərindən sayılan məşhur bir hadisədən qaynaqlanır. Belə ki, İslam ordusunun bir neçə sərkərdəsinin Xeybər qalasını fəth edə bilmədiyini görən Peyğəmbəri-əkrəm (s) üzünü orduya tutub buyurdu:
لَاُعْطِيَنَّ الرّايَةَ غَداً رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ كَرّاراً غَيْرَ فَرّارٍ، لا يَرْجِعُ حَتّى يَفْتَحَ اللهُ عَلَى يَدِهِ:
“Allaha and olsun! Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. O, ardıcıl olaraq hücum edəcək, heç vaxt (meydandan) qaçmayacaq və Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib etdiyi halda, geri qayıdacaqdır.”
Sabahı gün sübh Həzrət (s) buyurdu: “Əli haradadır?” Dedilər: “Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Ona xəbər verin, gəlsin!” Əli (ə) gəldi. Peyğəmbər (s) onun gözünə üfürdü (yaxud ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) sözü gerçək çıxdı).
Bu hədisi Fəxri-Razidən başqa digər tarix və hədis alimləri də (azacıq fərqlə) öz əsərlərində nəql etmişlər. O cümlədən, Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə almışdır. Onların birincisi İbn Abbasdan nəql edilir: “Müsəlmanlardan bir qrupu onun yanında Əlini (ə) pislədikləri zaman qəzəblənib buyurdu: “Vay olsun bu camaatın halına ki, heç kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir şəxsin haqqında gör nə danışırlar?!” Sonra Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.”
İkinci hədisdə Sə’d ibn Əbi Vəqqasın oğlu Amirin belə dediyi nəql olunur: “Bir gün Müaviyə atam Sə’ddən soruşdu: “Nə üçün Əli ibn Əbi Talibi söymürsən?” Atam dedi: “Peyğəmbərin (s) onun haqqında buyurduğu üç fəzilət yadımda ikən onu söyməkdən çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızı tüklü dəvələrə sahib olmağımdan daha sevimli olardı.” Müaviyə soruşdu: “Onlar hansılardır?” Sə’d dedi: “Birincisi “kisa” (əba) hədisi, ikincisi “mənzilət” hədisi (Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, Əliyə (ə) buyurmuşdu: “Ya Əli! Mənimlə sənin nisbətin Musanın Harunla nisbəti kimidir!”), üçüncüsü isə Əlinin (ə) “Xeybər” müharibəsindəki şücaəti və Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allahı və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. Allah onun vasitəsilə Xeybər qalalarını fəth edəcək.” Sonra Peyğəmbər (s) Əlini (ə) çağırdı və öz ağız suyunu onun gözlərinə sürtdü. Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. Bu üç fəzilətə görə Əlini (ə) söyə bilmirəm. Bu zaman Müaviyə susub, bir söz demədi...”
Üçüncü hədisi isə Abdullah ibn Büreydədən, qeyd etdiyimiz Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaşı nəql etmişdir.
Sə’ləbi “Mənaqib” kitabında yazır: “Həqiqətən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.”
“Kənzül-ümmal” kitabında da bu hədis Sə’d ibn Əbi Vəqqasdan, eləcə də bir sıra əlavələrlə Amir ibn Sə’ddən nəql olunmuşdur.
Əhli-sünnə və Əhli-beyt məktəbinin ardıcıllarının məşhur kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aşkar edir ki, Sə’d ibn Əbi Vəqqasın dediyi kimi, onun misli yoxdur. Hətta bə’ziləri bu fəzilətlərdən yalnız birini özləri üçün böyük iftixar bilmişlər. Görəsən, İslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların varlığı onların Peyğəmbərin (s) canişinliyini göstərmirmi?!
Ardı var...
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |