"Nə olsun, qəlbim ki təmizdir!”...
* Tez-tez belə bir söz eşidirik: "Nə olsun, qəlbim ki təmizdir!”...
Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq "Qəlbləri təmizləyən ibadətdir!” deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!
* Cəmiyyətimizdə bəzən elə ifadələrə (məsələn, "Mən namaz qılan bir çox insandan daha yaxşıyam” və s.) ifadələrə rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr axmaqlığın son həddində namazın fərz olduğunu unudaraq deyilən acı kəlmələrdir...
* Əslində bu, bir az da bizdən qaynaqlanır. Minarəni oğurlayan onu gizlətməyə çalışdığı kimi biz də, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. "Qəlbim təmizdir” deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram.
* Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə təmiz ola bilər?! Həyat nə qəribədir?
Bu misal qeyd etdiyimiz problemə - "Mən yaxşıyam” deyənlərə çox mükəmməl bir cavabdır. Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar - dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa "göz çıxarar”. Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək.
*Bəli, bizim əxlaqımız Peyğəmbərin (s) əxlaqına bənzəməlidir. Çünki, onun əxlaqı Quran əxlaqı idi. Quranın göstərdiyi əxlaq isə Rəbbin istədiyi kimi olmaqdır:
"Ey nəfsim! Səni Yaradanın istədiyi kimi bir qul olmaq istəməzsənmi?”
Bəzi insanlardan "Namaz qılırsanmı?”, "Oruc tutursanmı?” – deyə soruşduğumuzda "Xeyr” cavabını verir və bunun müqabilində isə "Bizim qəlbimiz təmizdir, bizim heç kimin malında, namusumda gözümüz yoxdur” deyirlər.