Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
Sənin qəlbin Peyğəmbərin (s) qəlbindən daha çox təmizdir?!
Yaşadığımız cəmiyyətdə insanlara nəzər salıb görürük ki, əksər insanlar danışarkən əsas insanın qəlbidir, qəlbin təmiz olsun – sözündən çox istifadə edirlər.
Maraqlısı budur ki, görəsən bu qəlb təmizliyi nədir?
Quranda bildirilən qəlb təmizliyi ilə cəmiyyətdə tez-tez işlədilən
“qəlbin təmiz olsun”
cümləsi arasında böyük fərq var.
İnsanın “qəlbim təmizdir, heç kimlə işim yoxdur, kiməsə pislik etmirəm, hərdən sədəqə də verirəm, Allahın yolundayam“ – deməsi özünü aldatmaqdan başqa bir şey deyil.
Düzdür ki, insan bəzən sədəqə verib ya heyvanlara yem verməklə və ya qonşularla deyib-gülməklə cəmiyyətdə yaxşı insan kimi tanına bilər, amma cəhənnəmdən xilas olmanın, Allah razılığını qazanmanın yolu heç də yaxşı insan kimi tanınmaq deyil.
Quranın təsvir etdiyi şəkildə mömin olmaqdır. Allah “Bəqərə” surəsi ayə 177-də buyurur:
"Yaxşı əməl heç də üzünü gün çıxana və gün batana çevirməkdən ibarət deyil, yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və Peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohuma, yetimlərə, yoxsullara, müsafir və dilənçilərə sərf edən, namaz qılıb zəkat verən kimsələrdir."
Görəsən, insan Allahın insan üçün nazil etdiyi Qurana riayət edirmi ki, deyir qəlbim təmizdir? Görəsən insanın dediyi “qəlbin təmiz olsun kəlməsi“ düzgündür, yoxsa Allahın nazil etdiyi ayə
Məgər insanı Allah yaratmayıbmı?!
Əgər qəlbdən söhbət gedirsə, o qəlbi yaradan Allah deyir ki, qəlblər Allahı zikr etməklə aram və təmiz olar, amma qəlbi dünya ilə məşğul olan insanın utanmadan qəlbim təmizdir deməsinə nə ad vermək olar?!
Sənin qəlbin Peyğəmbərimizin (s)qəlbindən daha çox təmizdir?!
Peyğəmbər (s) namazı bir an belə gec qılmayıb həmişə də namazı insanlara çatdıraraq vacib, vacib, vacib deyib...!
Sənə kim ixtiyar verir ki, Allahın əmrini yüngül sayıb qəlbim təmizdir deməklə vacibatı əməl etməyəsən?!
Nəticə çıxaraq!
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |