Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ
Eşq və aşiqlik dəryası
Əgər baxışınız bir aşiqin baxışı kimi olsa, hər şeyi aşiqanə görəcəksiniz
Böyük arif və şair Mövlananın “Fihi ma fih” kitabında şeir dili ilə gözəl bir eşq dastanı yazılıb. Dastan belədir:
Gənc bir aşiq öz məşuqəsini görmək eşqilə hər gecə dəryanın bu tərəfindən o biri sahilinə gedir, səhər açılana yaxın isə yenə dəryadan keçərək geri qayıdırdı. Dəryanın təlatüm və coşğun dalğaları onu bu işindən saxlaya bilmirdi. Dost-tanışları bu işə görə onu məzəmmət edirdilər. Lakin gənc aşiq onların sözünə fikir vermirdi. Öz məşuqsəini görmək onun üçün o qədər xoş idi ki, bütün əzab-əziyyət və çətinlikləri canına almışdı.
Bir gecə də gənc aşiq həmişəki gecələr kimi dəryadan keçərək məşuqəsinin görüşünə getdi.
Məşuqəsini görən kimi tam təəccüblə soruşdu: - Üzündəki bu xal nədir? O nə vaxtdan sənin üzündə bitib?
Məşuqəsi dedi: -Bu xal, anadangəlmə məndə vardır.
Təəccüb edirəm ki, sən indiyə kimi bunu görməmisən.
Gənc aşiq: - Xeyir, mən heç vaxt buna fikir verməmişəm və birinci dəfədir ki, bu xalı görürəm.
Bir az keçdikdən sonra gənc aşiq yenə təəccüblə soruşur: - Sənin üzünə nə gəlib?
Orada bir çapıq var.
Məşuqə: - Bu çapıq səninlə tanış olanda üzümdə var idi və uşaqlıq çağlarımın yadigarıdır.
Təəccüb edirəm ki, necə olub, sən indiyə kimi bunu görməmisən.
Gənc aşiq: - Xeyir, mən heç vaxt buna fikir verməmişəm və birinci dəfədir ki, bu yaranı görürəm.
Bir az keçdikdən sonra gənc aşiq yenə soruşur: - Sənin qabaq dişinə nə gəlib? Elə bil, sınıb!
Məşuqə: - Bu dişim uşaqlıq vaxtlarımdan sınıb. Tanışlığımızın ilk günündən də belə idim. Təəccüb edirəm ki, necə olub, bu neçə vaxtı sən bunu görməmisən.
Gənc aşiq yenə əvvəliki cavabını verir və indiyə kimi bunu görmədiyini deyir. O, getdikcə məşuqunda digər iradları da görür və bir-bir soruşurdu.
Bunların hamısı da ilk tanışlıq günlərində olmuş iradlar idi.
Ona görə də məşuqəsindən eyni cavablar eşidirdi.
Onlar həmin gecəni səhərə qədər bir yerdə keçirir və səhər açılanda gənc aşiq məşuqu ilə xüdahafizləşib qayıtmaq istəyir.
Məşuqə deyir: - Bu dəfə qayıtma!
Dəniz çox təlatümlü və tufanlıdır!
Gənc aşiq gülümsəyərək deyir: - Dərya bundan da tufanlı olub və mən gəlmişəm.
Bu təlatümlər mənə mane ola bilməz.
Məşuqə deyir: - Dəryanın tufanlarından qorxmayıb keçib gəldiyin vaxtlar aşiq idin və bu eşq sənin üçün hansısa hadisənin yaranacağına imkan vermirdi. Amma dünən axşam sən həvəsinə xatir gəldin.
Ona görə də məndə olan çirkinlik və iradları gördün.
Səndən xahiş edirəm ki, qayıtma, dənizdə boğularsan.
Gənc aşiq məşuqəsinin sözünü qəbul etmir, qayıtmaq üçün özünü həmişəki kimi dəryaya vurur və boğulur.
Mövlana bu dastandan sonra bir neçə səhifədə onu izah edərək deyir: Sizin bütün həyatınız bu dastan kimidir.
Sizin həyatınız, öz ətrafınıza necə baxmağınızdan asılıdır.
Əgər baxışınız bir aşiqin baxışı kimi olsa, hər şeyi aşiqanə görəcəksiniz.
Amma baxışınız mənfi olsa, hər şeyi mənfi görəcəksiniz və həyatda müsbət adamları tapa və görə bilməyəcəksiniz. Həyatınızda sizin üçün yaxşı və müsbət hadisələr baş verməyəcək.
Mənfi baxışınız yaxşı və gözəlliyi görməyə imkan verməyəcək.
Əgər aşiqanə baxışınız zehninizdən uzaq olsa, bütün pislikləri görəcəksiniz və gözəllikləri başa düşməyəcəksiniz. Amma baxışınız aşiqanə olsa, çirkinlikləri gözəlliyə çevirə bilərsiniz.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |