» » Yapon sərkərdəsi Nobunaqa döyüşlərdə necə qalib gəlirdi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Yapon sərkərdəsi Nobunaqa döyüşlərdə necə qalib gəlirdi?
+5
Müəllif: Muxtar davamçisi | 2-01-2017, 12:00 | Baxılıb: 680

 

Yapon sərkərdəsi Nobunaqa döyüşlərdə necə qalib gəlirdi?


Nobunaqa adlı böyük yapon sərkərdəsi döyüşlərin birində say etibarı ilə özlərindən on dəfə çox olan ordu ilə qarşılaşır.O, döyüşdə qələbəyə inanırdı, lakin əsgərlərinin gözündə qorxu görürdü.Bu qorxu qəlblərində qələbə qazanacaqlarına şəkk yaratmışdı.Düşmən üzərinə hərəkət edən zaman yarı yolda müqəddəs bir məkanda dayandı və öz əsgərlərinə belə xitab etdi:
-Mən indi bu müqəddəs məkana daxil olub Allaha dua edəcəyəm, oradan gəldikdən sonra isə qəpik pulu göyə tullayacağam.Əgər şəkil olan tərəfi düşsə,biz qələbə qazanacağıq,yazı olan tərəfi düşsə,məğlubiyyətlə üzləşəcəyik.Biz taleyin əlindəyik.
Nobunaqa müqəddəs məkana daxil olur,bir müddət aramca dua edir.Bu ibadətgaha ordu böyük inam bəsləyirdi.Sərkərdə oradan çıxandan sonra pulu göyə tullayır.Pul şəkil olan tərəfi üstdə düşür.Əsgərlər bunu görən kimi böyük sevincə qərq olurlar.Şəkləri yəqinə çevrilir.Nobunaqanın əsgərləri döyüşə vəhşi bir şir kimi daxil olurlar və nəticədə qələbə əldə edirlər.Döyüşdən sonra Nobunaqanın xidmətçisi ona “həqiqətən də, taleyi heç nə dəyişə bilməz, müqəddəs məkanda bizə xəbər verildiyi kimi oldu” –deyir.
Nobunaqa gülərək “bəli, həqiqətən də, taleyi heç nə dəyişə bilməz”, -deyərək ona hər iki tərəfində şəkil olan pulu göstərir.
İnam və yəqin “arxadakı körpülərin yandırılması”, “geri dönüş yoxdur və ancaq irəli” düşüncəsini aşılayır.Şəkk-şübhə isə “alınmasa qayıdaram”, “çətin olsa,geriyə” anlamına gəlir.Müvəffəqiyyətə inam ən böyük motivasiyalardandır.İnsan üçün nə qədər güclü stimullar olsa da, uğura inamı olmadığı halda fəaliyyətə keçməyəcəkdir.Ayağı kəsik əlil üçün gəzmək hər nə qədər cazibədar görünsə də, bunun üçün kifayət qədər stimullara malik olsa da belə,bunlar onu hərəkətə və gəzmək üçün fəaliyyətə vadar etməyəcəkdir.Əlil bu işin onun üçün qeyri-mümkün olduğunu bilir, gəzə biləcəyinə yəqini yoxdur.İnam- gələcəyi hər iki tərəfə dəyişə bilən batini bir qüvvədir.Bu qüvvə haradan qaynaqlanmasından asılı olmayaraq insanı daim təravətli tutur, həyat çətinliklərindən alınmış yaraları tez bir zamanda sağaldır.
Bəzən dostlarımızı təşviq etmək üçün onların müvəffəq olacaqlarına şəkkimiz olsa da belə, “səndə mütləq alınacaq” kimi inam yaradıcı sözlərlə təşviq etməyimiz lazımdır.Mən öz həyatımda dəfələrlə uğur əldə edəcəyinə yəqinim olmadığı insanları bu cür müsbət və inam yaradıcı sözlərlə motivasiya etmişəm və həqiqətən də, nəticəsi möcüzəvi olub.Bircə şəkk yaradıcı söz kifayət ola bilərdi ki, həmin insan işindən əl çəksin.Fəqət etmək istədiyi işin inkişaf və tərəqqiyə səbəb olacağından onu irəliyə doğru səsləmiş,inam verərək, mütləq uğur əldə edəcəyini aşılamışam.Nəticə isə gözlənilməz və heyranedici olub.Şərqşünaslıq və teologiya sahəsində təhsil aldığım ilk illərdə ərəb ədəbiyyatının “nəhv” bölməsində “Əvamilin şərhi” kitabını bizə dərslik kimi qoymuşdular. ”Əvamilin şərhi” “nəhv” elmində oxuduğum ilk mühüm dərslik kitabı idi.Bu kitabı bir semestr ərzində bitirməli idik.Sinifdə, demək olar ki, bütün tələbələr məndən əvvəl klassik ərəb ədəbiyyatı sahəsində dərs almışdılar.O səbəbdən də müəllimin dediyi sözləri asanlıqla dərk edirdilər.Müəllim də əksər uşaqların səviyyəsini nəzərə aldığından dərsi sürətlə, kiçik izahlar və bir neçə dərsi birdən keçməklə deyirdi.İlk dərsdən ürəyim sıxılmağa başladı, müəyyən narahatçılıqlar keçirirdim.Fikirləşirdim ki, çətin olan fənnin belə bir sürətlə keçilməsi, mümkündür ki, mənim üçün ağır olsun və çatdıra bilməyim.Ancaq öz-özümə “sehirli sözləri” inamla təkrarlamağa başladım.Bu sözlər həyatımda mənə stimul verən, motivasiya edən hədəflərimlə bağlı idi.Günümün əksər hissəsini bu elmə ayırmağa başladım, gecə yarısından keçənə qədər dərs oxuyur, mövzu ilə əlaqədar əlavə ədəbiyyat mütaliə edirdim.İlk sınaq imtahanında ən yüksək qiymət, semestr imtahanında da iyirmi bal topladım.Bu bal şagirdə verilən ən yüksək təhsil balı idi.Sonrakı illərdə də “nəhv” elmində hər dəfə ən maksimum balı toplayırdım.Bir müddət sonra, təhsilə mənimlə bir başlayan və bu sahədə daha çox biliyə malik olan tələbələr təhsil yolunda məndən geri qalmağa başladılar.Bütün bunlar uğura olan inam olmadan mümkün deyildi.Müvəffəq olmaq üçün ilk olaraq özümdə müvəffəqiyyətimə güclü inam yaratdım.Sonra da müxtəlif stimulverici amillərlə bu yolda çətin elmi maneələri aşmağa başladım.Nəticə özünü çox gözlətmədi.

Kitabın adı: Arxadakı Körpüləri Yandırın
Müəllif: Rövşən Abdullaoğlu

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.