** Mübarək Mövlud Hacı Mail qələmində **
Xəmrələnib Nur ilə, mayəsi Peyğəmbərin, Olmuş hüda məqsədi, qayəsi Peyğəmbərin.
Ondan alır afitab nurunu ta sübhü şam? Düşməz idi ol səbəb sayəsi Peyğəmbərin.
Qardaşı cəbril olub vasiteyi-əmr üçün, Körpəliyindən olub dayəsi Peyğəmbərin.
Ayeyi-"Quran" ona nazil olub vəhv ilə,Küfrdü, kim var, desə ayəsi Peyğəmbərin.
Xətmi-rasul olduğu bəllidir aləmlərə,Tək bu idi rütbəsi, payəsi Peyğəmbərin.
Həşr günü Mailin başına,ya Rəb, düşə,Zahirən o olmayan sayəsi Peyğəmbərin.