![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Allahın salamı və rəhməti üzərinizə olsun. Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) mübarək mövlud həftəsidir. Peyğəmbərimizin mövludunu əhli sünnə tarixi rəbiul əvvəlin 12 də, Şiə tarixi isə 17 si bilir. İslam ümməti arasında vəhdətə addım olaraq Şiə üləması bu bir həftəni vəhdət həftəsi adlandıraraq şiə və sünni qardaşlığına çalışmağın zərurilini bildirirlər və əhli sünnənin vicdanlı alimlərindən də çoxaları bunu təsdiqləyir. Bu səbəbdən bir həftə mövlud qeyd edilir. Başda İmam Zaman(ə.f) olmaqla, bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edir və bu münasibətlə Saytımızda bu həftəni " Mübarək Mövlud Həftəsi" elan edirik. Bu bayram İslam aləmi üçün ən əziz bayramlardan biridir. Bu əziz bayram, mövlud həftəsi münasibəti ilə bir daha bütün möminləri və başda Ağa Bəqiyyətullah İmam Zaman (ə.f) olmaqla sizləri təbrik edirik! Mövlud həftəniz ürək açıcı, xoş təsürat bağışlamaq arzusu ilə bayramınız mübarək!
** Mübarək Mövlud Xətai qələmində **
Təalallah, gəl ey gör kim, yerə nuri-Xuda gəldi,
Cəm'i- xətmi-ənbiya Muhəmməd Mustafa gəldi.
Sevindi cani-aşiqlər, açıldı bəxti-sadiqlər,
Оyandı ruhi-mö’minlər, səfa gəldi, səfa gəldi.
Zəminlərdə, zəmanlarda səlahül-xeyr məqdəmdir,
Fələklərdən, mələklərdən hezaran mərhəba gəldi.
İrişdi mürşidi-kamil, qamu əhli-aman оldu,
Sevindi ğazilər cümlə ki, Xətmi-ənbiya gəldi.
Həqqə məzhərdürür Adəm, sücud et, uyma şeytanə
Ki, Adəm dоnuna girmiş Xuda gəldi, Xuda gəldi.
Firiştə endi göglərdən, bəşarət əhli-ürfanə,
Xəvaricə əcəl yetdi, Yezidlərə bəla gəldi.
Zəlalət içrə zülmətdə itirmişdin çırağını,
Gözün aç, çıx bu zülmətdən ki, bir bədri-düca gəldi.
Əzazil adlı şeytanın, yetər, təqlidinə uyma,
Əlin dut, həq yоlun görsət, imami-rəhnüma gəldi.
Cəhanı sehr ilə Fir’оn özinə tabe etmişdi,
Оları yutmağa Musa əsası əjdəha gəldi.
Bahadır qazilər qоydu, başında taci-dövlət var,
Budur Mehdi zəman dövri, cəhan nuri-bəqa gəldi.
Gözü sadü dili taha, yanağı qaf vəl-Qur’an,
Qaşu nunü saçı vəl-Leyl, yüzi Şəmsüz-Züha gəldi.
İmami-Heydər оğluna dilü candan riza ver gəl
İmamım Cə’fəri Sadiq, Əli, Musa, Riza gəldi.
Xətayi xəstə şоl şahin cəmalın vəslini istər,
Rəvan ver can satun algil ki, elmi-can bəha gəldi.
https://www.youtube.com/watch?v=2ddtt2826no
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |