![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Peyğəmbər və imamlar insanlara bildirmək istəyirlər ki, insan uçuruma tərəf getdiyini və əyri yolda olduğunu başa düşdükdə o yoldan qayıtmalıdır. Buna da tövbə deyilir. Bu müqəddəslərin insanların bədənlərinə təyin etdiyi birinci vəzifə tövbədən ibarətdir.
Tövbə insanın günahlardan əl çəkib, Allaha itaət etməsinə və əyri yoldan çəkinib düz yola qayıtmasına deyilir. Tövbənin bir mənası da insanın etdiyi günahlardan peşman olub bir daha həmin günaha qayıtmamasından ibarətdir.
Peyğəmbərlərin birinin dövründə bir nəfər günahlarından tövbə etmişdi. Lakin tövbəsinin qəbul olmasının əsər-əlamətini özündə hiss etmirdi. Çox ibadətlər elədikdən sonra yenə də tövbəsinin qəbul olmasının əsər-əlamətini özündə hiss etmədi. Peyğəmbərin yanına gəlib dedi: “Ya Rəsulallah, mən günahlarımdan tövbə etmişəm, lakin, özümdə tövbənin təsirini hiss etmirəm. Deyəsən, Allah mənim tövbəmi qəbul etməyib.”
Peyğəmbər Allahla söhbətlərinin birində dedi: “İlahi, əgər sən onun tövbəsini qəbul etmisənsə, ona bir vasitə ilə tövbəsinin qəbul olduğunu bildir.” Allah-təala buyurdu: “Ey Peyğəmbərim! Mən onun tövbəsini qəbul etməmişəm. Çünki o, ürəkdən tövbə etməyib və tutduğu günahlardan bir o qədər də peşman deyildir. Keçmişdə etdiyi günahlar onun yadına düşəndə xoşhal olur. Buna görə də Mən onun tövbəsini qəbul etməmişəm.”
Həqiqətən, tövbə odur ki, insan etdiyi günahlardan sözün əsl mənasında peşman olsun və bir daha həmin günahları etməsin.
Bəzilərinə deyəndə ki, tövbə et, deyir 40 yaşım olanda tövbə edərəm və yaxud hələ tezdir. Bəziləri də bu gün-sabaha salaraq tövbə etməyi gecikdirirlər. Əgər insan günah iş gördüyünü və pis əməllər etdiyini bilirsə, onda niyə görə tövbə etməyi 40 yaşına və ya bu gün-sabaha salır? Yox, əgər əməlləri yaxşıdırsa və günah etmirsə, onda niyə tövbə edir? Tövbəni 40-50 yaşına saxlamağın mənası nədir? İnsanın 40 və ya 50 yaşına qədər yaşamağa ümidi varmı ki, tövbə etməyi gecikdirir?
Məsum imamlardan rəvayət olunmuşdur ki, insan tövbə etmək istədikdə şeytan onun qəlbinə girib vəsvəsə edərək bu işi gecikdirir.
Peyğəmbər və imamların insanların cismlərinə təyin etdiyi ikinci vəzifə isə təqvadan ibarətdir.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |