» » İnsanın qiymətinin ölçüsü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İnsanın qiymətinin ölçüsü
    0
    Müəllif: Fatimə Nuri Xuda | 26-10-2016, 17:00 | Baxılıb: 434

     

     

    İnsanın qiymətinin ölçüsü

    Bu müqəddimdə bir neçə mətləb vardır ki, onları bir-bir əziz möminlərin nəzərinə çatdırıram. Birinci mətləb budur ki, insanın qiyməti nədədir? Biz haradan öyrənə bilərik ki, hansı insanın qiyməti başqa bir insanın qiymətindən çoxdur? İnsanların qiymətini ölçmək üçün bir mizan və meyar varmı?

    قال على(ع): قدر كل إمرئٍ ما يحسن

    Həzrət Əli(ə) buyurur: “Hər bir şəxsin qiyməti onun bilik və düşüncəsindən asılıdır.”

    Həzrət bu kəlamı buyurmaqla bizlərə öyrədir ki, insanın qiyməti onun elm və mərifəti ilə bərabərdir. Nəticədə belə alınır ki, hər kimin elm və mərifəti çoxdursa, deməli qiyməti də çoxdur.

    İkinci mətləb belədir ki, elmlərin içində hansı elm və mərifət daha üstün və daha fəzilətlidir?

    Bu sualın da cavabı aydındır ki, hansı elmin insanın səadətə və təkamülə çatmasında rolu çox olarsa, elmlərin içində həmin elmin və mərifətin qiyməti də çoxdur. Məsələn, tibb elmi ilə riyaziyyat elminə nəzər salaq. Bunların hansının qiyməti çox olduğunu biz haradan bilməliyik? Bunu bilmək üçün baxmaq lazımdır ki, insanın yaşayışında onun kamal, mərifət və səadətə çatmasında tibb elminin rolu çoxdur, yoxsa riyaziyyat elminin? Hansı elmin rolu və təsiri çox olsa həmin elmin qiyməti də başqa elmlərdən daha üstün və fəzilətlidir.

    Üçüncü mətləb budur ki, belə olduqda, yəni, hansı elmin insanın kamal və mərifətə çatmasında rolu çoxdursa, həmin elmin qiyməti də çox olduğu bir halda, Allaha mərifətli olmağın, yəni Allahı tanımağın qiyməti bütün elmlərin qiymətindən daha çox olmalıdır. Çünki insanın kamal və mərifətə çatmasında Allaha mərifət gətirməyin rolu bütün elmlərdən artıq və üstündür.

    قال على(ع): مَعْرِفَةُ الله اَعلَى الْمَعَارِف

    Həzrət Əli(ə) bu barədə belə buyurur: “Allaha mərifət gətirmək mütün mərifət və elmlərdən üstündür.”

    Allaha mərifət və Onu tanımaq insanın bütün elmlərini kamilləşdirir. Əgər bir insan Allahı tanımasa onun elmi hər nə qədər çox olsa da onun elmi belə bu varlığa nisbət yenə də azdır. Çünki, bu varlığın hamısını yaradan Allahdır. Əgər bir şəxs Allahı tanımasa, Onun məxluqunu hər nə qədər yaxşı tanısa da belə həmin şəxsin elm və mərifəti nöqsanlıdır. Deməli insan Allahı tanımaqla öz elmini bütün məxluqların barəsində kamilləşdirə bilər.

    قال على(ع): مَنْ عَرَفَ الله كَمُلَتْ مَعْرِفَتُهُ

    Həzrət Əli(ə) buyurur: “Hər kim Allahı tanısa elm və mərifəti kamilləşər.”

    Ola bilsin ki, bir şəxs dünyada olan elmləri çox gözəl bilsin. Əgər Allahı tanımasa onun bütün bildikləri yenə də nöqsanlıdır. İnsan yalnız Allahı tanımaqla öz elmini kamilləşdirə bilər. Əgər bir insan Allahı tanısa elmin ən gözəl nöqtəsindən başlamışdır.

    Bir gün bir şəxs Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya rəsuləllah, olarmı mənə elmin qəribəliklərindən danışasan? Həzrət Peyğəmbər(s) buyurdu: Sən elmin başının və əsasını harasından bilirsən ki, qəribəliklərindən də soruşursan? Həmin şəxs təəccüblə soruşdu: Elmin başı və əsası harasıdır? Həzrət buyurdu: Allahı olduğu kimi tanımaq elmin başıdır.

    Bu müqəddimədə dördüncü mətləb belədir. Əgər bir şəxsin ağlı sağlam olsa, xəstə olmasa, mümkün deyil ki, dünyanı, yaradılışı tanısın, amma Allahı tanımasın.

    قال على(ع): اَلْإِيمانُ وَ الْعِلْمُ اَخَوَان تُعَمَان وَ رَفِيقَان لَا يَفْتَرِقَان

    Həzrət Əli(ə) buyurur: “İmanla elm əkiz qardaşlardır. Onların hər ikisi ayrılmaz dostlardır.

    Bu hədis bizə bildirir ki, həqiqi elmi imansız təsəvvür etmək mümkün deyil. Elmin o zaman qiyməti olar ki, iman da onun yanında olsun. Gərək insanın öyrəndiyi elm həqiqətən də elm olsun. Bəzi insanlar müəyyən formul və düsturları öyrənməklə özlərini alim hesab edirlər. Riyaziyyatın düsturlarını və kimyəvi elementlərini öyrənməklə insan elm və mərifətli olmur. Bunlar insanın fikrində olan müəyyən formul və düsturlardır ki, hamı bunları bilir. Bu düsturlara elm demək olmaz. Həqiqi elm odur ki, insan dünyanı və yaradılışın barəsində biliyi olmaqla yanaşı yaradanı da tanısın. Mümkün deyil ki, insan hündür və gözəl binaları görsün, amma onları düzəldən mühəndislərin gözəllik və incəlikləri barədə düşünməsin. Mümkün deyil ki, insan gözəl bir maşını görsün, amma onu düzəldən şəxsin barəsində fikirləşməsin.

    Buna görə də Allah-təala Quranda alimlərin barəsində belə buyurur:

    إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء

    Həqiqətən Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybəi və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar.)

    Bu ayədən başa başa düşürük ki, Allahı yalnız Alimlər tanıyıb ibadət edirlər. Əgər bir şəxs Allahı tanımasa necə ibadət edə bilər? Bunun mənası belədir ki, Allaha ibadət etməyənlər nə qədər savadlı olsalar da belə alim deyillər. Dünyəvi və üxrəvi elmləri bilən insanlar o demək deyil ki, alimdirlər. Elə insanlar vardır ki, bir çox elmləri bilirlər. Bəzi insanlar da vardır ki, Quran və təfsir yazır və çox kitablar oxuyurlar. Lakin namaza gəldikdə isə avam bir adam onlardan gözəl namaz qılır.

    Elm o deyil ki, insan onu bilsin. Elm odur ki, insana hərəkət verib onu kamilləşdirsin. Alim o şəxsə deyilir ki, malik olduğu elm onda təsir qoysun. Çox bilmək şərt deyil. Əsas şərt odur ki, insan o elmə əməl etsin. Kompüterə nəzər salanda görürük ki, onun yaddaşına milyonlarla kitab və məlumatları yükləmək olur. Əgər çox elm öyrənməklə insan alim hesab olursa, onda kompüter hamıdan bilikli və elmlidir. Lakin kompüterə alim demək olmaz. Çünki alim üçün çox bilmək şərt deyil. Əsl alim odur ki, bildiyi elm onda təsirini göstərsin və ona hərəkət verib hidayət etsin. Buna görə də Allah-təala Quranda buyurur: “Həqiqətən Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybəi və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar.)”

    Elmi olan şəxslər hər nə qədər elmli olsalar da belə əgər Allahdan qorxmasalar (itaət etməsələr) elmlərinin onlara xeyri yoxdur. İndi əgər bir şəxs bu dünyanı bütün incəlikləri ilə çox gözəl şəkildə tanısa, lakin Allahı tanımasa, onun elmi o qədər qiymətsizdir ki, yox dərəcəsindədi. Amma əgər mərifətullahı öz elminin üstünə əlavə edərsə, yəni Allahı olduğu kimi tanıyarsa, onun elmi kamilləşər.

    İmam Hüseynin(ə) ərəfə duasında bu barədə Allahla gözəl və dəyərli bir münacatı vardır. O Həzrət Allahla münacat edərkən belə deyir:

    الهى ماذا وجد من فقدك و ما الذى فقد من وجدك

    İlahi, Səni tapan nəyi itirər? Səni itirən nəyi tapar?

    Həzrət bu münacatı ilə bildirir ki, Allahı tanıyan və Onunla yaxın münasibətdə olan şəxsin hər bir şeyi olar və heç vaxt möhtac qalmaz. Amma Allahla münasibəti soyuq olan insanın hər nəyi olsa da belə yenə də möhtacdır. Həzrətin bu sözü fikrimizə daha yaxın olsun deyə bir misalı əziz möminlərin nəzərinə çatdırıram. Məsələn, bir şəxs bir ölkənin şahı ilə yaxın dostdur. O ürəyi istədiyi vaxt həmin ölkəyə getmək istədikdə birbaşa şahın yanına gedir. Hamı bilir ki, bu şahın yaxın dostudur. Həmin ölkədə ürəyi hər nə istəsə onun üçün o saat təşkil edəcəklər. Oranın şahı ilə yaxın dost olduğundan o ölkədə ürəyi istədiyini tapa bilər. Amma başqa bir şəxs o ölkəyə daxil olur. Nəinki o ölkənin şahı ilə, heç vəziri ilə də tanışlığı yoxdur. Həmin şəxs o ölkədə hər istədiyinə nail ola bilməz.

    Odur ki, İmam Hüseyn(ə) buyurur: Allahı tanıyan şəxsin hər şeyi vardır. Allahı tanımaya-nın isə hər nəyi olsa da belə yenə möhtacdır.

    Hədislərdə vardır ki, əgər bir insan Allahı tanısa dünyanın özü və bütün qiymətli əşyaları həmin şəxsin ayağının altındakı tozundan da qiymətsizdir.

    قَالَ الصَّادِقُ(ع): لَوْ يَعْلَمُ النَّاس مَا فِى فَضْلِ مَعْرِفَةُ الله مَا مَدُّوا اَعْيُنَهُمْ اِلَى مَا وَتَّعَ اللهُ بِهِ الْأَعْدَاءَ مِنْ ظَهْرَة الْحَياة الدُّنْيَا وَ نَعِيمِهَا كَانَتْ دُنْيَاهُمْ اَقَّلَ عِنْدَهُمْ مِنْ مَا يَتَقُونَهُ بِأَرْجُلَهُم

    İmam Sadiq(ə) buyurur: “Əgər insanlar Allah mərifətinin fəzilətinin nə qədər çox olduğunu bilsəydilər, heç vaxt buna göz tikməzdilər ki, görüm Allah kimə nə verib. Onların dünyası həmin şəxslərin nəzərində ayağının altındakı torpaqdan da qiymətsizdir.”

    Bu hədis bizlərə öyrədir ki, hər kim Allahı həqiqətən olduğu kimi tanıyarsa, dünyanın özü və qiymətli əşyaları ilə birgə həmin şəxsin ayağının altının torpaqından da qiymətsizdir.

    Burada həzrət Əli(ə) gözəl cümləsi var. Həzrət buyurur: Əgər məndən soruşsalar, ya Əli istərdinmi uşaq olan vaxtlarında dünyanı dəyişib cənnətə gedəsən? Əgər mənə bu sualı versələr, belə cavab verərəm. Xeyr, mən istəyərəm ki, böyüyüm, Allahımı tanıyım, ondan sonra cənnətə gedim.

    Bu hədisi öz dilimizlə desək Həzrət buyurur ki, Mən uşaq deyiləm ki, mənim başımı şirniyyat və ya mer-meyvə ilə aldadasınlar. Mən istəyirəm ki, böyüyəm Allahı tanıyam, ondan sonra O, məni hara aparır aparsın. Ən əsası budur ki, mən Onu tanıyım, onun qarşısında səcdə edim və bu vasitə ilə öz izzət və kamalımı tapım, ondan sonra Allah məni hara aparır aparsın.

    Həzrət Əli(ə) Allahla münacat edərkən belə deyərdi: İlahi, əgər məni Cəhənnəmə atsan orada balası ölmüş ana kimi ağlayıb Cəhənnəmin əhlinə şikayət edib belə deyərəm. Mən Allahı sevirdim, amma O, məni bura atıb. İlahi, mən Sənə Cəhənnəmin qorxusundan ibadət etmirəm. Mənim qorxum budur ki, Səndən ayrı düşərəm. İlahi, mən Səndən heç vaxt ayrı düşmək istəmirəm. Mən Sənə Cənnətin nemətlərinə görə ibadət etmirəm. Əgər məni Cənnətə də aparsan Öz yanına apar.

    Həzrət Əli(ə) Allahla beləcə münacat edərdi. Çünki o Həzrət bilirdi ki, kimin qarşısında dayanıb. O, Allahı olduğu kimi tanıyırdı. Buna görə də heç vaxt Ondan ayrı düşməyini istəmirdi. Cənnətə də getsəydi belə Allahdan Onun yanınına getməsini diləyərdi.

    Tarixə nəzər salanda görürük ki, Fironun yoldaşı mömin bir qadın idi. O, Firona iman gətirmədi. Firon allahlıq iddiası edirdi. Amma yoldaşı onu qəbul etmirdi. Firon gördü ki, onun həyat yoldaşı evin içində əks-təbliğat aparsa, bütün işlər korlanacaq. Ona görə də əmr etdi ki, yoldaşını çarmıxa çəkib cəzalandırsınlar. O xanımın əllərinə və ayaqlarına mismar vurub çarmıxa çəkdilər. O, göyə baxıb gülürdü. Firon dedi: Belə bir vəziyyətdə adam gülərmi? Sən demə bu qadın dəli imiş. Mən nahaq yerə dəli bir insanı belə cəzalandırmışam. Onun həyat yoldaşı oradan dilləndi. Mən dəli olmamışam. Dəli sən özünsən. Mənim əl-ayağıma vurduğun mismarların ağrısını hiss etmirəm. Göydə mənə cənnətdəki məkanımı göstərirlər. Mən də ora baxıb gülürəm.

    Allah-təala Quranda onun barəsində bundan daha yüksək bir söz buyurur və onu bütün möminlərə misal çəkir.

    وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ

    رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ

    Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyanı) məsəl çəkir. O zaman o: “Ey Rəbbim! Mənim üçün öz yanında – Cənnətdə bir ev tik.

    Fironun həyat yoldaşı o halda Allahla münacat edərkən belə dedi ki, İlahi əgər mənə cənnətdə yer verirsənsə Öz yanında qərar ver.

    Allah-təala başqa bir ayədə təqvalı insanlara belə vədə verir.

    إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ

    Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, (heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın yanında olacaqlar!

    Bu ayədən də məlum olur ki, təqvalı insanlar, Allahı sevib Ona itaət edən insanlar cənnətdə olmaqla bərabər Allahın yanında, yəni Alahın rəhmət və mərhəmətinin olduğu bir yerdə olacaqlar ki, orada yalnız sədaqət və düzlük olacaq.

    Bu bəhsdə və bu müqəddimədə biz bildik ki, insanın qiyməti Allah qarşısında səcdə etməsindən asılıdır. Əgər insan Allaha səcdə edərsə və Onun qarşısında təslim olarsa qiymət tapacaq.

    Allah-təala Aşura günü bütün aləmə bir insaniyyət sərgisi nümayiş etmişdi. Dünyanın bir çox yerlərində böyük sərgilər təşkil olunur və insanları həmin sərgiyə baxmağa dəvət edirlər. Məsələn maşın sərgiləri qurulur. Dünyanın ən gözəl və mütərəqqi maşınlarını gətirib həmin sərgiyə baxmaq üçün qoyulur. Bütün camaat həvəslə gəlib həmin sərgiyə qoyulmuş maşınlara baxıb heyran qalırlar.

    Allah-təala Aşura günü Kərbəlada ən kamil və mütərəqqi insanı sərgiyə qoymuşdu. Göyün bütün pərdələrini kənara çəkib mələklərə həmin sərgiyə baxmağı əmr etdi. Allah-təala İmam Hüseyni(ə) o sərgiyə qoyaraq bütün aləmləri insaniyyət sərgisinə tamaşa etmək üçün dəvət etmişdi. Bir zaman mələklər insanın yaranmasına etiraz etmişdilər. Allah-təala mələklərə insanı yaradacağını xəbərini verdikdə mələklər dedilər: İlahi, insanı yaratma. O gəlib yer üzündə qan töküb fəsad törədəcək. Biz sənin şəninə təsbih deyib şükür edirik. Allah-təala onların cavabında buyurdu: Mən bildiyimi siz bilmirsiniz.

    Allah-təala Aşura günü İmam Hüseyni(ə) mələklərə göstərib buyurdu: Bir zaman siz insanın yaranmasını istəmirdiniz. Amma bu gün baxın mənim bəndəmə. Görün necə eşq və məhəbbətlə Mənə səcdə edir?

    Odur ki, Kərbəla hadisə deyil. Kərbəla insaniyyət sərgisidir! Kərbəla böyük bir məktəbdir! Kərbəlanın hər bir bölümü insanlar üçün böyük dərslərdir! Kərbəla Quranın təfsiri, Peyğəmbərin hədəfidir! Kərbəla insaniyyətin izzəti və şərəfidir! Kərbəla hadisə deyil. Kərbəla iki ərəbin müharibəsi deyil!

    İmam Hüseyn(ə) ömrünün son anlarında da belə mübarək üzünü isti qumların üzərinə qoyub böyük eşqlə Allahla münacat edirdi. O Həzrətin hər bir hərəkəti, danışığı hətta münacatı belə insaniyyətin ən yüksək dərsləridir. O Həzrət son anlarında Allahla münacat edərkən bütün mələklər, peyğəmbərlər, Həzrət Əli(ə), Həzrət Fatimə(s.ə) ona tamaşa edirdi.

    Ya Rəbb, tamame aleme imkan səninkidür.

    Zərrate kainat kəma-kan səninkidür.

    Əvvəldən afərineşə vabəstə hər nə var,

    Ayəndəvu güzəştəvu əlan səninkidür.

    Məndə səninkiyəm, Nəyim olsun nəyim mənim?

    Bir xeymələr ki, orda daldalanır əhli beyti şam,

    Od vursa düşmən, eyləsə talan səninkidür.

    Səs gəldi qeybidən, Mən özüm yarüvəm sənün,

    Bu qəmsəraye eşqidə qəmxarüvəm sənün.

    Qoymullar gər ziyarətüvə əhli-beytüvi,

    Ərvahi ənbiya ilə zəvvarüvəm sənün.

    Eşqün bir olsun at nəzərünnən Rüqəyyəni,

    Mən saxlaram o tifli nigəhdarüvəm sənün.

    İmam Hüseyn(ə) Kərbəlada imtahan verdi. Onun bu imtahanına tamaşa etmək üçün mələklər, peyğəmbərlər gəlmişdi.

    Şairlərdən biri İmam Hüseynin bu imtahanını çox gözəl şəkildə qələmə almışdı. Allah-təala bu şeri yazmağı ona inayət etmişdir.

    Gördü yarın düşübdü yaradən,

    Səs gəlib zati paki əladən

    Topraq üstən cəbinüvi qalxız!

    Rubəru bax bizə müsəlladən.

    Eşq meracını eylədün kamil.

    Kamə yetdün rümuzi isradən.

    Hüseyn! Qanlı mehrabi bilmə kəm rütbə,

    Qabə qovseynidən tədəlladən.

    Cəvabi ərniye Musayə lən demişik,

    Sənə lən yoxdur heç təmənnadən.

    Pərçəme eşqi sərbolənd etdin,

    Sədri irfandasan məzayadən.

    Xatəme eşqi kibriyaisən,

    Bul bəşər rədd olub əlifbadən.

    Qoyma topraq üstə vəchi gülnari,

    Ənbiya doymayıb təmaşadən.

    Beləliklə übudiyyətin, Allaha təslimin, səcdənin, ibadətin fatehi və birinci yeri tutan insanlardan biri İmam Hüseyndır(ə) ki, Allah-təala onu bütün aləmlərə nümunə göstərir.

     

    Kitabın adı: İmam Hüseyn (ə) məktəbi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.