» » "İnzar və hidayət" ayəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "İnzar və hidayət" ayəsi
    0
    Müəllif: Huseynci Medine | 4-10-2016, 10:00 | Baxılıb: 598

    "İnzar və hidayət" ayəsi

    Birinci ayədə İslam peyğəmbərinə (s) xitabən buyurulur:

    إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ

    "Sən yalnız qorxudansan. Hər qövmün və millətin də bir hidayət edəni vardır!"

    Fəxri-Razi bu ayənin təfsirində üç fikir söyləmişdir:

    1. "Münzir" (qorxudan) və "hadi" (rəhbər və hidayət edən) sözlərinin hər ikisi eyni mə’na daşıyır və ayənin mə’nası belədir: "Sən yalnız hər tayfanı qorxudan və hidayət edənsən!"

    2. İslam peyğəmbəri (s) qorxudan, Allah isə hidayət edəndir.

    3. İslam peyğəmbəri (s) qorxudan, imam Əli (ə) isə hidayət edəndir.

    İbn Abbas deyir: "Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: ( اَنا الْمُنْذِرُ ) "Mən qorxudanam!" Sonra isə əlini Əliyə (ə) tərəf uzadaraq buyurdu:

    اَنْتَ الْهادِىُ يا عَلىّ! بِكَ يَهْتَدِى الْمُهْتَدوُنَ مِنْ بَعْدِى!

    "Ya Əli! Sən (isə) hidayət edənsən. Məndən sonra doğru yolu tapanlar sənin vasitənlə hidayət olacaq."

    Bu üç baxışı digər təfsirçilər də qeyd etmişlər. Sünni təfsirçilərinin bə’ziləri isə bu ayənin 1-ci və 2-ci təfsirinin düzgün olduğunu sübut etməyə çalışmışlar. Çünki 3-cü təfsir onların təəssübkeş təfəkkür tərzinə uyğun deyil. Halbuki birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki hər iki vəsf İslam peyğəmbərinə (s) aid olsaydı, onda Allah-taala belə buyurardı: "İnnəma əntə munzirun və hadin li-kulli qovmin" – "Həqiqətən, sən yalnız hər millət və tayfanı qorxudan və hidayət edənsən!" Başqa sözlə, ərəb qrammatikasına əsasən, (“carr və məcrur” olan) "li-kulli qovmin" (hər tayfanı) ifadəsi "hadi" (hidayət edən) sözündən öncə qeyd edilə bilməz. Əgər öncə qeyd edilərsə, onda hər iki vəsfdən öncə gəlməli və belə deyilməlidir: "İnnəma əntə li-kulli qovmin munzirun və hadin" – "Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət edənisən!" Bir sözlə, "li-kulli qovmin" (hər tayfanı) ifadəsinin iki vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi üçün bir dəlil yoxdur; ya hər ikisindən öncə, ya da hər ikisindən sonra qeyd edilməlidir.

    İkinci təfsirdə də uyğunsuzluq var. Çünki Allah-taalanın hidayətçi olmasına heç bir şəkk-şübhə olmadığından onu qeyd etməyə ehtiyac qalmır. Bir də cümlənin zahiri mə’nası hər bir əsr və zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda "li-kulli qovmin hadin" (hər tayfanın bir hidayətçisi vardır) – ifadəsindən başa düşülən cəm hal Allaha münasib deyil.

    Beləliklə, yuxarıda qeyd olunan ayənin yeganə məqbul təfsiri budur ki, Peyğəmbəri-əkrəm (s) qorxudandır və hər dövrdə hər qövmün hidayətçisi var.

    Görəsən, bu hidayətçi məqamı hər dövr və tayfanın alimlərinə də şamildirmi? – Cavab mənfidir. Çünki hər dövrdə bir yox, çoxsaylı alimlər ola bilər. İslam peyğəmbəri (s) bir nəfər olduğu kimi, müsəlmanların hidayətçisi də hər dövrdə bir nəfər olmalıdır. Başqa sözlə, İslam peyğəmbəri (s) dinin tə’sisçisi olduğundan camaatı qorxudur, imam isə onları hidayət etməklə bu yolu davam etdirir.

    Qeyd olunanlar ayədən başa düşülən dəqiq nöqtələr idi. Bu zəmində şiə və sünnilərdən nəql olunan rəvayətlərə nəzər saldıqda isə məsələ daha da aydınlaşır.

    Sünnilərin ən məşhur təfsir kitablarından olan "Əd-durrul-mənsur"da Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsiri ilə əlaqədar müxtəlif rəvayətlər nəql edilmişdir:

    1. İbn Cərir, İbn Mərdəveyh, Əbu Nəim, Deyləmi, İbn Əsakir və İbn Nəccardan belə nəql olunur: "Sən yalnız qorxudansan. Hər qövmün və millətin bir hidayət edəni var!" ayəsi nazil olduqda İslam peyğəmbəri (s) əlini sinəsinə qoyub "Qorxudan mənəm!" buyurdu. Sonra Əliyə işarə ilə buyurdu: "Ya Əli! Hidayətçi (rəhbər) sənsən və məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olacaq."

    2. Əbu Bərzə Əsləmi bu ayə barəsində deyir ki, Peyğəmbəri-əkrəmin (s) əlini sinəsinə qoyduğu halda belə buyurduğunu eşitdim: "Həqiqətən, sən qorxudansan!" Sonra əlini Əlinin (ə) sinəsinə qoyub "Hər tayfanın bir hidayət edəni vardır!" deyə buyurdu."

    3. Yenə həmin kitabda bu ayənin təfsirində Abdullah ibn Əhməd, İbn Əbi Hatəm, Təbərani, Hakim, İbn Mərdəveyh və İbn Əsakirin imam Əlidən (ə) belə nəql etdikləri qeyd olunmuşdur: "Allahın Rəsulu (s) qorxudandır, mən isə hidayətçiyəm!"

    4. Başqa bir hədisdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql edir: "Mən qorxudanam, Əli isə hidayətçidir. Ya Əli! Doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olar."

    Bu hədis bir qrup məşhur sünni hafizlərinin (hədis əzbərçilərinin), o cümlədən, Hakimin "Müstədrək", Zəhəbinin "Təlxis", Fəxri-Razinin “Kəbir”, İbn Kəsirin “Təfsir”, İbn Səbbağ Malikinin "Füsusul-muhimmə", Gənci Şafeinin "Kifayətut-talib", Əllamə Təbərinin “Təfsir”, İbn Həyyan Əndəlusinin "Bəhrul-muhit", Nişapurinin “Təfsir”, Həməvininin "Fəraidus-səmteyn" və s. təfsir kitablarında nəql edilmişdir.

    5. "Həbibus-seyr" kitabının müəllifi Mirqiyasəddin belə yazır: "Müxtəlif mənbələrə görə, “Həqiqətən, sən yalnız qorxudansan və hər tayfanın bir hidayət edəni vardır” – ayəsi nazil olanda İslam peyğəmbəri (s) Əliyə (ə) buyurdu: "Ya Əli, mən qorxudanam, sən isə hidayət edənsən! Məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olarlar."

    6. Bu hədisi Həməvini Əbu Hüreyrədən, o da imam Əlidən (ə) nəql etmişdir.

    7. Bu hədis Hakimin "Müstədrək" kitabında Əbu Büreydə Əsləmidən geniş şəkildə belə nəql olunmuşdur:

    دَعا رَسوُلُ اللهِ (ص) بالطَّهوُرِ وَعِنْدَهُ عَلِىُّ ابْنُ اَبِى طالِبٍ فَاَخَذَ رَسوُلُ اللهِ (ص) بِيَدِ عَلِىٍّ بَعْدَ ما تَطَهَّرَ فَاَلْصَقَها بِصَدْرِهِ ثُمَّ قالَ: اِنَّما اَنْتَ مُنْذِر، وَيَعْنى نَفْسَهُ، ثُمَّ رَدَّها اِلى صَدْرِ عَلِىٍّ، ثّمَّ قالَ: وَلِكُلِّ قَوْمٍ هادٍ، ثُمَّ قالَ لَهُ اَنْتَ مَنارُ الْاَنامِ وَغايَةُ الْهُدى وَاَميرُ القُرّاءِ اَشْهَدُ عَلى ذالِكَ اِنَّكَ كَذالِكَ:

    "Bir dəfə Allahın Rəsulu (s) dəstəmaz almaq üçün su istədi. Əli ibn Əbi Talib də onun yanında idi. Dəstəmaz aldıqdan sonra Əlinin əlindən tutub, öz sinəsinə qoyaraq buyurdu: "Qorxudan sənsən! (Həzrət özünü nəzərdə tuturdu.) Sonra öz əlini Əlinin sinəsinə qoyub buyurdu: ”Hər tayfanın bir hidayət edəni vardır!” Sonra əlavə edərək buyurdu: "Sən camaatın işıqlı çırağı, hidayətə yönəldəni və Qur’an qarilərinin əmirisən. Mən şəhadət verirəm ki, doğrudan da, sən beləsən!"

    Peyğəmbəri-əkrəmin (s) bu hədisinin müxtəlif ifadələrlə bəyanı onun dəfələrlə təkrarlandığını göstərir. Qeyd etdiyimiz hədislərdə nəzərə çarpan ifadənin müxtəlifliyi buna yetərli sübutudur.

    Əhli-beyt məktəbi ardıcıllarından da bu zəmində müxtəlif hədislər nəql olunmuşdur. Biz onlardan birinə işarə etməklə kifayətlənirik:

    "Nurus-səqəleyn" kitabında bu məsələ ilə əlaqədar beş yüzə yaxın hədis nəql olunmuşdur. O cümlədən, imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql olunur: "Hər bir (mə’sum) imam öz zamanının hidayətçisidir." Başqa bir hədisdə belə buyurulur: "Hər bir imam öz zamanında yaşayan qövmlərin hidayətçisidir."

    Maraqlıdır ki, bə’zi təfsirçilər bu hədisləri nəzərdən qaçıraraq, bə’zi səhabələrin Peyğəmbəri-əkrəmə (s) istinadsız nəql etdikləri hədisləri dəlil göstərir, başqa mə’nalar bildirmişlər. O cümlədən, Mücahiddən belə nəql olunmuşdur: "Qorxudan”da məqsəd Məhəmməd (s), "hər tayfanın bir hidayət edəni vardır" ifadəsində məqsəd isə budur: "Hər qövmün bir peyğəmbəri var ki, onları Allaha doğru də’vət edir!" Bu təfsir olduqca əsassızdır.

    Səid ibn Cübeyrdən isə belə nəql olunmuşdur: "Məhəmməd (s) qorxudan, Allah isə hidayət edəndir." Halbuki ayənin zahirinə görə, hər tayfanın öz hidayət edəni var. Bir də ki, Allah-taala bütün tayfaların hidayətçisidir.

    Görəsən, şiələrə qarşı çıxmaq məqsədilə Allahın Rəsulundan "mütəzafir" şəkildə nəql olunan mö’təbər rəvayətlərə göz yumub, uyğunsuz təfsirlərə istinad etmək rəvadırmı?

     

    Kitabın adı: İmamət haqqın dili ilə

    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.