Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrət Peyğəmbərin(s) yaxınlarının yəni əhli-beytinin kimlərdən ibarət olduğunu Ali-İmran surəsinin 61-ci ayəsi bir daha sübut edir.
Tarix və təfsir alimləri islam tarixində baş vermiş məşhur bir hadisəni nəql edirlər:
Nəcran xristianlarından ibarət olan bir heyət Həzrət Peyğəmbərin(s) yanına gəlib o Həzrətin İsa(ə) peyğəmbərin haqqında onunla mübahisə etmək istədilər. Nəcran xristianlarının heyəti üç nəfərdən ibarət idi. Onlardan biri Əbdül-məsih ləqəbi ilə tanınmış Aqib, heyətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkincisi onların yığıncaqlarının rəisi Eyhəm, üçüncüsü isə Əbu Hatəm ibn Əlqəmə, onların dini rəhbəri və müəllimi hesab olunurdu.
Onlar iddia edirdilər ki, insan atasız dünyaya gələ bilməz. Buna görə də Həzrət İsa ya Allahdır, ya da Allahın oğludur.
Həzrət Peyğəmbər(s) buyurdu: Adəmi(ə) atasız-anasız torpaqdaq yaradan Allah İsanıda atasız yaratmağa qüdrəti var.
Allah-təala Ali-İmran surəsinin 59-cu ayəsini nazil etdi.
إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ
Allah-yanında İsanın məsəli də Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra “ol” dedi, o da oldu.
Həzrət Peyğəmbər(s) bu ayəni də onlar üçün oxudu lakin onlar Həzrət Peyğəmbərin sözlərini qəbul etmədilər və Həzrət Peyğəmbər(s) də onların sözlərini qəbul etmədi. Sonda iş mübahilə etməyə yetişdi. Mübahilə o əmələ deyilir ki, əgər iki dəstə bir-birinin sözlərini qəbul etməsəydi yığışıb bir-birinə nifrin edib lənətləyər və hansı tərəfin nifrini tərəf müqabilinin barəsində həyata keçsəydi, o da qalib hesab olunardı. Buna görə də onlar Həzrət Peyğəmbərin(s) və o Həzrət də onların sözlərini qəbul etmədiyi üçün bu mübahilə məsələsi qarşıya çıxdı. Elə oradaca Allah təala bu ayəni nazil etdi.
فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra səninlə mübahisə edənlərə de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”
Qeyd etmək lazımdır ki, mübahilə məsələsində ailə və uşaqları bu işə qatmazdılar. Lakin Həzrət Peyğəmbər(s) bu ayəni Nəcran xristianlarına oxudu. Onlar da razılaşdılar. Lakin sabaha qədər Peyğəmbərdən vaxt istədilər. Gedib öz keşişləri ilə Peyğəmbərlə etdiyi söhbətləri məsləhətləşdilər. Keşiş ağıllı adam idi. O dedi: Sabah görsəniz ki, Peyğəmbər hay küylə camaatı başına yığıb gətiribsə, onunla mübahilə etməyə dəyər. Yox əgər Peyğəmbər öz dediyi kimi ailəsi ilə gələrsə onda onunla mübahilə etməyin.
Hamı gözləyirdi ki, Həzrət Peyğəmbər(s) meydana kimlərlə birgə gələcək? Çünki, Allah-təala ayədə o Həzrətə oğlanlarını, qadınlarını və özlərini gətirməyi əmr etmişdir.
Gördülər ki, Həzrət Peyğəmbər(s) İmam Həsən və İmam Hüseynin(ə) əlindən tutub, onların arxasınca Həzrət Fatimə(sə) və İmam Əli(ə) meydana tərəf gəlirlər.
Nəcran keşişi bu mənzərəni gördükdə üzünü xristianlara tutub dedi: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz.
Buna görə də Həzrət Peyğəmbərə(s) dedilər: Biz qərarlaşdıq ki, səninlə mübahilə etməyək. Sən öz dinində qal, biz də öz dinimizdə.
Həzrət Peyğəmbər(s) buyurdu: Əgər mübahilə etmirsinizsə, onda İslamı qəbul edin. Xristianlar qəbul etmədilər. Həzrət Peyğəmbər(s) buyurdu: Elə isə sizinlə müharibə etməli olacağam.
Onlar dedilər: Bizim ərəblərlə müharibə etməyə qüdrətimiz yoxdur. Lakin sizinlə müqavilə bağlamağa razıyıq. Onlar bir neçə şərt əsasında müqavilə imzaladılar.
Həzrət Peyğəmbər(s) buyurdu: And olsun Allaha az qalmışdı ki, Nəcran əhlinə həlakət üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz heyvan (donuz və meymun) surətinə düşərdilər. Bu düzənlik onlar üçün odlu bir cəhənnəmə çevrilərdi və çox keçməzdi Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə həlak olardı. Bir il keçməzdi ki, xristianların hamısı həlak olardı.1
Təfsir alimləri bu ayənin təfsiri barədə çox təhqiqatlar aparmış və bu ayə barədə olunan suallara cavab vermişlər. O suallardan biri budur ki, nəyə görə Həzrət Peyğəmbər(s) xristianlarla mübahilə edərkən Əlini(ə), Fatiməni(s.ə), Həsən(ə) və Hüseyni(ə) meydana gətirmişdi?
Bu sualın bir neçə cavabı vardır. Əlbəttə bu cavabların bir-birinə qarşılıqlı bağlılığı vardır. Birinci cavab budur ki, Allah təala bu dörd nəfəri gətirməklə Həzrət Peyğəmbərə(s) ürək dirək verirdi.
İkinci cavab budur ki, Allah təala bütün insanlar sübut etdi ki, Bu beş nəfər Allahın ən sevimli bəndələridir və onların hörməti Allah yanında hamıdan üstündür. Əgər Allah yanında onlardan üstün və ya onlarla bərabər olan bir şəxs olsaydı, onda Peyğəmbər(s) onu da mübahilə üçün meydana gətirərdi. Həzrət Peyğəmbərə(s) iman gətirənlər çox idi. Onların arasında ağsaqqallar, cavanlar və qadınlar da var idi. Lakin bu beş nəfərin Allah yanında hörməti hamıdan çox olduğu üçün Allah təala məhz bunların gəlməsini əmr etmişdir.
Qeyd etmək lazımdır ki, mümkündür bir şəxs ağsaqqal olsun və camaat arasında hörməti böyük olsun, lakin elə cavanlar da vardır ki, onun hörməti Allah yanında həmin ağsaqqaldan üstündür. Bir sözlə desək Allahın insanı sevməsi saqqalın ağlığı və ya qaralığı ilə yox, onun təqvası, Allahı sevməsi və bəndəçiliyi ilə ölçülür.
Üçüncü cavab budur ki, Allah təala bütün insanlara sübüt etdi ki, İmam Həsən(ə) və İmam Hüseyn(ə) Peyğəmbərə(s) oğul hesab olunur. Çünki Allah təala ayədə [أَبنائنا] oğlanlarımızı sözünü buyurmuşdur. Buna görə də Peyğəmbər(s) Həsən və Hüseyni(ə) də mübahilə etmyə gətirmişdi.
Məmun həmişə elmi məclislər təşkil edib İmam Rzanı(ə) ora alimlərlə mübahisə etmək üçün dəvət edərdi. Onun bunu etməkdə məqsədi İmam Rzanı(ə) camaat arasında gözdən salmaq idi. Məmunun məqsədi bu idi ki, əgər alimlər İmam Rzanı(ə) cavabsız qoysaydılar İmam camaat arasında xar olardı, o da öz istədiyi məqsədə çatardı. Yox əgər İmam Rza alimlərə üstün gəlsəydi onda deyəcəkdilər ki, İmam Rza(ə) Məmunun müavini olduğu halda belə elimlidir, görəsən Məmun özü necə elmli olar?
Məmunun hər iki məqsədi İmam Rzaanı(ə) camaat arasında gözdən salmaq idi.
Bir gün də Məmun böyük bir elmi məclis qurub İmam Rzanı(ə) Xorasana dəvət etdi. O İmamla mübahisə etmək üçün ən bilikli alimləri məclisə dəvət etmişdi.
Məclisdə bir çox suallar müzakirə olunandan sonra alimlər İmam Rzadan(ə) soruşdu. Nəyə görə sizə Peyğəmbərin oğlanları deyirlər. Bu söz düzgün deyildir. Çünki Sən Musa ibn Cəfərin oğlusan. Sənin baban Cəfəri Sadiq Mühəmməd Baqirin, o da İmam Zeynül-abidinin oğlu, o da Hüseyn ibn Əlinin oğludur. Peyğəmbərin oğlu olmayıb. Nə üçün siz özünüzü Peyğəmbərin(ə) oğlanları adlandırırsınız.
İmam Rza(ə) buyurdu: Əgər siz Quran oxusaydınız bilərdiniz ki, Allah-təala İmam Həsən(ə) və İmam Hüseyni(ə) Peyğəmbərə(s) oğlan seçib. İmam Rza(ə) Ali-İmran surəsinin 61-ci ayəsini onlar üçün oxuduqdan sonra buyurdu: Allah-təala dünyada ən gözəl və sevdiyi bəndələrini mübahilə ayəsində bütün dünyaya elan etdi.
Bütün müsəlman alimləri firqəsindən asılı olmayaraq hamısı bu ayənin təfsirində Allahın İmam Həsən(ə) və İmam Hüseyni(ə) Peyğəmbərə(s) oğlan hesab etməsini yazmış və qəbul etmişlər.
Bu ayədə [نسائنا] qadınlarımızı sözü də işlənmişdir. Həzrət Peyğəmbərdə (s) ailəsində olan qadınlardan Allahın əmrinə əsasən yalnız qızı Həzrət Fatiməni(s.ə) gətirmişdi.
Sonra bu ayədə [انفسنا] özümüzü gətirək deyə əmr olunmuşdu. Sual ola bilinər ki, Həzrət Peyğəmbər(s) özü tək olduğu halda nəyə görə ayədəki bu söz cəm formasında nazil olmuşdu? Bu sualın cavabı budur ki, İmam Əli(ə) Peyğəmbərin(s) özü hesab olunduğu üçün onu meydana gətiirdi.
Həzrət Peyğəmbər(s) dəfələrlə bu hədisi buyurmuşdur və bu hədisi həm sünni alimləri həmdə şiə alimləri təsdiq etmişlər.
عَلِيٌّ مِنِّى كَنَفْسِى طاعَتُهُ طاعَتِى وَ مَعْصِيَتُهُ مَعْصِيَتِى
Əli mənə özüm kimidir, ona itaət edən mənə itaət etmiş, onunla düşmənçilik edən mənimlə düşmənçilik etmişdir.
Mübahilə ayəsinin əhli-beyt barəsində nazil olmasını və Allahın İmam Həsən və İmam Hüseyni Peyğəmbərə oğul seçməsini bütün şiə və sünni alimlərinin böyükləri öz kitablarında yazmışlar. Əhqaqül-həqq kitabının müəllifi Qazi Nurullah Şüştəri yazdığı bu kitabının 3-cü cildinin 46-cı səhifəsində bu ayənin Əhli-beyt barədə nazil olmasını qeyd etdikdən sonra bunu təsdiq edən altmış sünni aliminin mənbəkitablarının adlarını çəkir. Onlardan bir neçəsin qeyd edirəm.
Səhih Müslim c.7. səh120.
Əhməd ibn Hənbəl (Müsnəd) c.1. səh.185.
Təbəri –(Təfsiri) c.3. s. 192.
Haki Həskani (Müstədrək) c.3. səh.150
Hafiz Əbu Nəim (Dəlailün-nübüvvə) səh297
Vahid Nişaburi (Əsbabün-nüzul) səh.74
Fəxri Razi (Təfsir) c.8. s.85
İbn Əsir (Camiül-üsul) c.9. səh.470
Qazi Beyzavi (Təfsir) c.2 səh.22
Alusi (Ruhul-məani) c.3 səh. 167
Təntavi (təfsirində) c.2 s.120
Səhih Müslim kitabında belə bir rəvayət nəql olunmuşdur:
Bir gün Müaviyə Səd ibn Vəqqasa dedi: Sən həmişə Əbu Turabı (Əlini) söyərdin. Lakin son vaxtlar səni Əliyə söyüş göndərən görmürəm. Bunun səbəbi nədir?
Səd dedi: Mən Peyğəmbərdən(s) Əlinin barəsində üç hədis eşitmişəm. O hədisləri eşidəndən bəri daha Əlini söymürəm.
Müaviyə soruşdu: Peyğəmbərdən hansı hədisləri eşitmisən?
Səd dedi: O hədislərdən birini sənə deyirəm.
Allah-təala mübahilə ayəsini nazil etdikdən sonra. Həzrət Peyğəmbər(s) Əliniə(ə), Fatiməni(s.ə), Həsən(ə) və Hüseyni(ə) gətirdi. Onlar Peyğəmbərin kənarında dayanmışdılar. Heyğəmbər orada buyurdu: İlahi bunlar mənim Əhli-beytimdir.
Buna görə də mən bu hədisi eşidəndən sonra Əlini söymürəm.
Buna əsasən də qeyd olunan ayə və ayə barədə nəql olunan hədis və rəvayətlər həzrət Peyğəmbərin(s) əhli-beyti kimlərdən ibarət olduğu aydın şəkildə bəyan edir.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |