Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrət Peyğəmbərin (s) Əhli-beyti
“(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində heç bir şey istəmirəm. Lakin mənə yaxşılıq etmək istəyirsinizsə, onda yaxınlarıma (Əhli-beytimə) məhəbbət bəsləyin.”1
Allah-təala qeyd olunan bu ayədə bütün dünya müsəlmanlarına Həzrət Peyğəmbərin(s) yaxınlarına məhəbbət bəsləməyi vacib etmişdir. Sual oluna bilər ki, görəsən Həzrət Peyğəmbərin(s) yaxınları kimlərdən ibarətdir ki, Allah-təala onlara məhəbbət bəsləmyəi müsəlmanlara vacib edir?
Bu sualın cavabını Quran ayələri və Həzrət Peyğəmbərin(s) hədisləri ilə cavablandırmağımız daha gözəl olar.
Bir gün ənsarlardan bir neçəsi Həzrət Peyğəmbər(s)-in yanına gəlib dedilər: “Ya Rəsulallah, Sənin maddi-iqtisadi çətinliklərini həll etməyə hazırıq. Nə çətinliyin varsa, əmr et, biz o onları həll edək.”
Onlar bu sözü Peyğəmbərə(s) deyəndə Allah-təala Şura surəsinin 23-cü ayəsini nazil etdi.
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“De: Mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində heç bir şey istəmirəm. Lakin mənə yaxşılıq etmək istəyirsinizsə, onda yaxınlarıma (Əhli-beytimə) məhəbbət bəsləyin.”3
Əhməd ibn Hənbəl “Fəzilətüs-səhabə” adlı kitabında bu barədə belə bir rəvayət nəql etmişdir:
لَمّا نَزَلَتْ قُل لَّا أَسْأَلُكُمْ ...
قَالُوا يَا رَسُولُ اللهِ مَنْ قَرابَتُكَ؟ مَنْ هَؤُلاءِ الَّذِينَ وَجَبَتْ عَلَيْنا مَوَدَّتُهُمْ؟
قَالَ رَسُولُ اللهِ(ص): عَلِيٌ وَ فَاطِمَةُ وَ أَبْنَاهُمَا عَلَيْهِمُ السَّلامُ قَالَهَا ثَلاثًا
“Şura surəsinin 23-cü ayəsi nazil olanda, müsəlmanlar Həzrət Peyğəmbər(s)-in yanına gəlib dedilər: Ya Rəsulallah, sənin yaxınların kimlərdir ki, Allah-təala onlara məhəbbət bəsləməyi bizlərə vacib etdi? Peyğəmbər(s) onların cavabında üç dəfə bu sözü buyurdu: “Əli(ə), Fatimə(ə) və onlardan dünyaya gələn iki övlad (Həsən(ə) və Hüseyn(ə).”
Allah-tala bu şəxslərə məhəbbət bəsləməyi bütün müsəlmanlara vacib edib. Buna görə də hər bir müsəlman İmam Əliyə(ə), Həzrət Fatimeyi Zəhraya(sə), İmam Həsən(ə) və İmam Hüseynə(ə) məhəbbət bəsləyib onları sevməlidir.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |