» » » İmanı gücləndirmə amillərinin əlaqəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmanı gücləndirmə amillərinin əlaqəsi
    0
    Müəllif: Aşiqi Rüqəyya | 28-09-2016, 11:00 | Baxılıb: 1 118



    İmanı gücləndirmə amillərinin əlaqəsi

    Əvvəlki mövzuda sadalanmış halların bir–biri ilə əlaqəsi varmı? Düşmənlərin hücumları qarşısında yaranan böhran, “səkinə” halı və Qur`anı dinləmək arasında hansı bağlılıq var? Bu suallara cavab tapmaq üçün iman məfhumunu anlamaq lazım gəlir. İmanın nə olduğunu bilsək, onu gücləndirmə yollarını da tapa bilərik.
    Anladığı həqiqətə əməl etmək insanın fitri xüsusiyyətidir. İnsan zülmətə düşdükdə işıq axtarır, soyuq havada isti geyinir, istidə sərinləşdirici vasitələrdən istifadə edir. Ona görə də insanın öz dərk edib başa düşdüyü həqiqətə əməl etməsi təəccüblü deyil. Təəccüblü odur ki, insan bildiyinə əməl etməsin. Təəccüblü odur ki, insan Allahın varlığını bildiyi halda həya edib günahdan çəkinməsin. İnsan bilir ki, onun ibadət və itaətinə Allahın heç bir ehtiyacı yoxdur. Bütün ilahi göstərişlərin məhz özü üçün xeyirli olduğunu bilən insan yenə də itaətsizlik göstərir. Hamı gözəl anlayır ki, Allah yalnız insan üçün zərərli işləri qadağan edir. Amma yenə də zərərə gedirik.
    Bütün bu müşküllərin həlli üçün yeganə yol insanın öz imanına qarşı diqqətli olmasıdır. İmana göstərilən diqqət onun tə`sirini daha da gücləndirir. Deyilənlərə aydınlıq gətirmək üçün bir neçə misal çəkək:
    Xəstə insanın ağrıları, adətən, gecələr şiddətlənir. Əslində isə gündüzlər diqqəti müxtəlif işlərə cəlb olunan insan həmin ağrıları müəyyən qədər unudur. Demək, dəyişən ağrı yox, ağrıya yetirilən diqqətdir. Gecələr insanın diqqəti ətraf mühitdən kəsildiyindən bütün diqqət ağrılara yönəlir və o, bu ağrıları daha çox hiss edir.
    İnsanın sevinci də belədir. Diqqəti müxtəlif işlərə cəlb olunmuş insan sevinci də o qədər dərindən hiss etmir. İnsan bir ne`mətə nə qədər diqqət yetirərsə, bu ne`mətdən bir o qədər də sevinc duyar. Qorxu da belədir. İnsan qorxduğu şey haqqında nə qədər çox düşünərsə, bir o qədər də çox qorxar.
    Demək, insan Allah, onun sifətləri, elmi, hikməti, qüdrəti, mərhəməti haqqında nə qədər çox düşünərsə, imanı da bir o qədər güclənər. İnsanın diqqətini bu həqiqətlərə cəlb edən bütün şeylər imanı gücləndirir. Qur`an ayələri Allahın kəlamıdır. Ona görə də bu ayələri eşidən insan Allahı yada salır, Onun haqqında düşünür, nəticədə imanı artır. Sözə diqqət söz sahibinə diqqətdir. Allahın kəlamına diqqət Allaha diqqətdir. Əlbəttə, bu o zaman baş verir ki, insan özü üçün uyğun şəraiti yaratsın. İtaətsizliyə vərdiş vermiş insana Qur`an kəlamının heç bir tə`siri yoxdur. Kar insanla üzbəüz danışsan da səni eşitməz. Ona yalnız işarə ilə nə isə başa salmaq olar. Amma bu kar şəxs arxasını sənə çevirsə, nə qədər qışqırsan, atılıb–düşsən faydası yoxdur. Bəli, Qur`an ayələrinə arxa çevirib, onu eşitmək istəməyənlər də var. Belə insanlara ayələrin heç bir tə`siri yoxdur. Bəlkə də, bu ayələr həmin insanların əzabını ağırlaşdırır. “İsra” surəsinin 82-ci ayəsində buyurulur: “Biz Qur`anda mö`minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zülmkarların isə yalnız ziyanını artırır”. “Fatir” surəsinin 42-ci ayəsində oxuyuruq: “Var gücləri ilə Allaha and içdilər ki, əgər onlara bir xəbərdarlıq edən gəlsə, ümmətlərin içində ən doğru yolda olanlardan olacaqlar. Onlara xəbərdarlıq edən gəldikdə isə bu, onların ancaq nifrətlərini artırdı”. Onlar Qur`an ayələrini eşidərkən böyük bir xətərdən qaçırmış kimi qaçırlar. Onlar ayələri eşidərkən bu ayələrə istehza edirlər. “Muddəssir” surəsinin 31-ci ayəsində buyurulur: “Biz cəhənnəm gözətçilərini təkcə mələklərdən qərar vermişik. Onların sayını yalnız kafirlərin imtahana çəkilməsi üçün qərar verdik ki, özlərinə kitab verilənlər yəqin etsinlər, iman gətirənlərin imanı daha da çoxalsın, kitab verilənlər və mö`minlər şəkk-şübhəyə düşməsinlər, qəlblərində xəstəlik olan kafirlər desinlər ki, Allah bu məsəl ilə nə demək istəmişdir?” Gözətçi mələklərin sayının on doqquz nəfər olduğu bildirilir. Əvvəlki ilahi kitablarda da cəhənnəm mələkləri-nin sayı on doqquz nəfər göstərilmişdir. Həmin kitablardan xəbərdar olanlar Qur`anı oxuyarkən mələklərin sayından anlayırlar ki, Qur`an da Allah tərəfindən göndərilmiş kitablardandır. Nəticədə, Qur`an və peyğəmbərə iman artır. Amma bu söhbəti eşidən kafirlər və müşriklər istehza edərək deyirlər ki, onların sayını iyirmi etmək olmazdımı?!
    Demək, iman artırmaqdan ötrü qeyd olunan səbəblər hər bir insanın Allaha olan diqqətini artırır. Diqqət artdıqda isə insan Allahı daha çox dərk edir və Ona olan imanı artır. Bir daha qeyd edək ki, bu amillər yalnız Allah qarşısında təslim olanlar üçün tə`sirlidir. Unutmayaq ki, Allah ona tərəf bir addım atanlara on addım yaxınlaşmaqla cavab verir. “Xeyir iş görənə on qat artıq əvəz veriləcək.”
    Ümid edirik ki, imanın şərtlərinə əməl etməklə günbəgün Allaha daha çox yaxınlaşacağıq. Əlbəttə ki, Allahın yardımı ilə!

    Kitabın adı: Allaha doğru (əxlaq dərsləri)
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: Dərslər / Əxlaq
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.