Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məskən, paltar, dostla oturub-durmaq, ailə həyatı qurmaq,...(son)
Əbu Cəfər İmam Məhəmməd Baqir əleyhissalam buyurub: “Etimad etdiyim adamla bir məclisdə oturub söhbət etmək mənim üçün bir ilin əməlindən etibar-lıdır”. Əmirəl-möminin əleyhissalamdan rəvayət olunub: “Şəxsiyyətsiz adamla oturub-durmaqdan çəkin. Çünki şəxsiyyətsiz adam xeyrə tərəf aparmaz”.
Şeyx Səduq (r.h) deyib: “Şəxsiyyətsizin” mənası Haqqında gəlmiş rəvayətlər bir neçə surətdədir: “Şəxsiyyətsiz o kəsdir ki, özünün dediyi və başqasının onun haqqında dediyi sözlərə heç bir əhəmiyyət verməz”, “Şəxsiyyətsiz o adamdır ki, tənbur (tara oxşar musiqi aləti) çalar”, “Şəxsiyyətsiz o adamdır ki, ehsan onu sevindirməz və pislik onu naraht etməz”, “Şəxsiyyətsiz o adamdır ki, rəhbərlik iddiası edər, amma özü rəhbərliyə layiq olmaz”. Bütün bunlar şəxsiyyətsiz adamın sifətləridir. Hər kimdə bu sifətlərin bəzisi yaxud hamısı olsa belə bir adamla qaynayıb qarışmaqdan uzaqlaşmaq vacibdir. Bəli əgər günahkar və alçaq adamla oturub-durmaqdan məqsədin onu islah etmək və onu rəzil əxlaqlardan pak etmək olsa (onda pis adətləri kəsb etmədən və camaat arasında ittiham olunmadan) onda sənə onu islah etmək üçün lazımi qədər onunla oturub-durmaq vacibdir. Çünki kamil insan yalnız öz nəfsini tərbiyələndirib cəhənnəmin odundan özünü nicat verən adam deyildir. Əksinə kamil insan o kəsdir ki, başqasını da tərbiyələndirsin. Buna görə də “Əmr be məruf və nəhy əz münkər” ən mühüm vaciblərdən biri kimi qərar verilib. Əmr be məruf və nəhy əz münkər bütün vacib yetirməyə təkid edir. Çünki bu iki əməldə başqasını tərbiyələndirib onu günah etməkdən çəkindirib itaətə sövq etmək və onu cəhənnəmin odundan xilas etmək kimi xüsusiyyət vardır. Ey oğul! Əgər evlənmək istəsən (Allah taala sənə hər iki dünyada xeyir versin) evlənmək istədiyin qadının əsil-nəsəbini axtar. Çünki uşaq ondan doğulacaq. Çünki ona bətninin və südün uşağa təsiri var.
Oğul, sənə vacibdir ki, evlənmək istədiyin qadında şəri cəhətdən bəyənilmiş sifətlərin olmasını nəzərə alasan. Oğul, o qadının nəsəbinin ar gətirən səbəblərdən salamat, imanlı və təqvalı olduğuna yəqin edəndən sonra səy et onun gözəl olub olmadığına agah olasan ki, o qadınla evlənməklə başqa arvadlarda gözün olmasın. Çünki arvadın gözəl olması onunla ünsiyyətdə olmağa və ondan başqalarından göz yummağa səbəb olar. Qadınlarla onların mallarına və gözəlliklərinə görə evlənməyin qadağan olmasına dəlalət edən hədislərdən məqsəd onların dindar olub-olmadıqlarını nəzərə almadan bu iki xüsusiyyətə (gözəllik və mal-dövlət) riayət etməkdir. Əks təqdirdə əgər onların dindarlığı nəzərə alınsa heç şübhəsiz gözəl qadınla evlənmək çox yaxşıdır. Hər kim rəvayətlərə müraciət etsə buna agah olar. Həzrət İmam Rza əleyhissalamdan, babalarından rəvayət olunub: Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Xeyri gözəllərdə axtarın. Çünki onların işləri gözəl olmağa daha ləyaqətlidir”.
Həzrət İmam Museyi Kazim əleyhissalamdan rəvayət olunub: “Üç şey göz oxşayar” Yaşıllığa baxmaq, axar suya baxmaq və gözəl çöhrəyə baxmaq”.
Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət olunub: “Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Mənim ümmətimin ən yaxşı qadınları üzdə gözəl və məhriyələri az olan qadınlardır”.
Habelə əgər qadın saleh din və təqva sahibi olsa onda sənin onunla onun malına görə (əgər malı halal və malının haqqını (xüms və zəkat) ödəyən olsa) evlənməyinin heç bir qorxusu yoxdur. Hətta ey oğul, əgər sən kasıb olsan onda sənə vacibdir belə bir qadınla evlənəsən. Çünki onun malı onun övladlarına fayda verər və onların elm təhsilinə məşğul olmaları üçün kömək olar. Çünki elm təhsili üçün pulu olan qadın, yoxsuldan yaxşıdır. Lakin ey oğul, dindarlıq və nəcabət qeydi yadından çıxmasın.
Ey oğul! Heç vaxt təzəcə nemətə yetişmiş sərvətli qadınla evlənmə. Çünki o, malın möhtacıdır. Mümkündür sənə qarşı lovğalıq etsin və səni alçaltsın. Nəticə də möhnətə və bəlaya düçar olarsan. Buna görə də təzə var-dövlətə yetişmiş adamdan borc almaq məkruhdur.
Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: “Yalnız xeyir, bərəkət içində böyümüş adamlarla qaynayıb qarışın və müamilə edin”. 7-ci hədisin məzmunu da bu mənaya uyğundur. Həfs ibn Buxtəri deyir: Qəhrəman Həzrət İmam Cəfər Sadiq əleyhissalam üçün bir nəfərdən təam borc aldı. O adam borcu qaytarmaq üçün çox israr etdi. Həzrət İmam Cəfər Sadiq (əleyhissalam) ona dedi: Aya mən sənə deməmişəm ki, sonradan mal dövlətə yetişən adamdan mənim üçün borc alma? Ey oğul, arvadını, qızlarını və sənə məhrəm olan sair qadınları evdə saxla. Onların çölə çıxmağına mane ol, yalnız zəruri olan miqdarda çölə çıxmağa onlara icazə ver. Çünki qadının digər qadınlarla ünsiyyəti çoxalsa və evdən çölə çox çıxsa dinini və dünyasını xarab edər. Buna görə də rəvayət edilir ki, qadınların danışmaqda aciz olanlarını sükutla və övrətlərini evdə saxlamaqla hifz edin. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Arvadlar məqsədlərini başa salmaq üçün danışmağa acizdirlər və övrətdirlər. Övrətləri evdə saxlamaqla və acizləri sükutla hifz edin”.
Ey oğul, övladlarını (oğlanları və qızları) uşaqlıqdan şəri və əqli ədəblərlə tərbiyə et. Belə demə ki, “o, uşaqdır, Allah taalanın xitabı ona aid deyildir”. Çünki uşaq əgər uşaqlığın əvvəlindən tərbiyə olunmasa böyüyəndən sonra onu tərbiyələndirmək mümkün olmaz. Şair bu haqda çox gözəl deyib:
“Balaca uşağını böyüməmişdən qabaq tərbiyə etmək üçün vur. Demə ki, o, uşaqdır, hələ həddi buluğa yetişməyib. Bəzən sənin uşağı vurmamağın böyüyəndən sonra onun qan axıtmağına və vəhşi olmağına səbəb olar”.
Ey oğul! Övladına uşaqlıqdan dinin əsaslarını və aləmlərin rəbbinin hökmlərini təlim ver. Çünki uşaqlıqdan zehnə həkk olunan məlumat heç vaxt yaddan çıxmaz. Ona Kitabullahı xətm (Quranı) edəndən sonra “Kitabul-Həsəniyyə” və imamların möcüzələri haqqında bəhs edən kitabları təlim ver. Qoy onun qəlbi İmamların (əleyhimussalam) məhəbbəti ilə dolsun və onun şiəliyi ata babadan təqlid üzündən olmasın. Əksinə gərək dəlil və sübut üzündən olsun. Uşağı tərbiyələndirmək üçün sənə lazım olan ən əhəmiyyətli üsullardan biri budur ki, tənha evdən çıxmağa qoymayasan və küçədə uşaqlarla oynamağına mane olasan. Hətta imkan daxilində evdə onu uşaqlarla oynamağa qoymayasan. Çünki uşağın təbiəti sürətlə hər bir şeyi əldə etməkdədir. Mümkündür bəzən o pis adət sahibi olan uşaqla qaynayıb qarışsın. Nəticədə uşaq ondan o pis adəti sürətlə özünə götürəcək. Hətta əgər uşaq elm öyrənməyə başlayanda onu onun yaşıdları ilə (hətta ondan böyük olanlarla) ünsiyyətdə olmağa qoyma. Yalnız elm öyrənmək və elmi müzakirələr etmək üçün lazım olan miqdarda ona icazə ver. Gərək uşağın elm öyrəndiyi və müzakirə etdiyi yer elə bir yerdə olsun ki, orada uşağın çəkindiyi üçüncü bir adam olsun. Onunla da uşaq üçün fitnə və fəsadın yollarını öyrənməyə imkan olmasın. Mən bütün bunları özüm təcrübədən keçirəndən sonra sənə danışıram. Çünki mənim uşaqlıqda oturub-durduğum, bəhs etdiyim adam özü saleh və saleh adamın oğlu idi. Mən ondan heç bir pis şey öyrənmədim və yalnız məni siqaret çəkməyə öyrətdi. Mən yaşa dolandan sonra o vaxt peşiman oldum ki, peşimançılığımın faydası olmadı.
Mən siqaret çəkməyin zərərini və nə qədər bu zərərin çox olduğunu dərk edəndən sonra onu tərk etdim. Onu tərk etdiyimə gör mənə böyük ziyan dəydi. Ona görə də yenidən siqaret çəkməyə başladım. Çünki bəzən insanın təbiəti qidanı həzm etmək və bədəndəki artıq rütubəti (bəlğəmi) dəf etmək üçün siqaret çəkməyə adət edir. Siqareti tərk etməklə rütubət çoxalır və xəstəlik əmələ gəlir.
Ey oğul! Heç vaxt uşağı pula öyrəşdirmə. Uşağa pul vermə və onu xərcləməyi uşağa öyrətmə. Çünki bu işdə çox böyük bədbəxtliklər vardır ki, yalnız təcrübə edən adam onu bilir. Çünki əgər uşaq pulun faydasını başa düşsə uşaqlıqdan onun qəlbi pula bağlanar. O əlaqə onun qəlbindən çıxmaz. Nəticədə uşaq dünya malına və qızıla həris olar. Bundan əlavə bəzən uşaq pul tapa bilməz və onu ələ keçirmək üçün mümkün olan hər bir yola əl atar. Ona görə də böyük fəsadlara düçar olar.
Ey oğul! Uşağı yaxşı yeməyə və yaxşı geyinməyə adət verməkdən çəkin. Çünki əgər uşaq onlara adət etsə və digər tərəfdən də zəmanə onun adət etdiyi şeylərdə ona yar olmasa həyatı daralıb qaralacaq. Amma əgər əksinə olsa uşaq ortabab və aşağı dərəcəli şeylərə adət etsə onda yaxşı şeylər onun əlinə keçsə şad olacaq.
Ey oğul! Sənə lazım olan ən əhəmiyyətli şeylərdən biri övladlarını həddi-buluğ dövranının əvvəllərində evləndirməkdir. Oğul bunu etməklə onların dinini və şərəfini hifz etmiş olarsan. Oğul, kasıblıq səni bundan qorxutmasın. Oğul, əgər mənim sənə əmr etdiyim bu işi əncam verməsən onda mənə aqq olarsan və əgər mənimlə müxalifət etsən onda ruhum səndən razı olmaz. Oğul, əgər kasıb olsan imkanın daxilində oğlunu kasıb bir qızla evləndir ona qənaət etsin, bununla da Allah taala sənin yaxud onun işini qaydasına salsın. Sənə vəsiyyətimdən sözümün xülasəsi budur ki, dünya və axirət işlərində daim ağlını işlət. İşin aqibətini nəzərə alaraq şərən və əqlən üstün olan işi əncam ver. Allah taala səni bəyəndiyi işlərdə müvəffəq etsin. Sənin gələcək işlərini keçmişindən yaxşı qərar versin.
Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin və lənətullahi əla ədaihim ila yəvmid-din (Məhəmməd və onun pak Əhli-beytinə Allahın salavat-salamı, onların düşmənlərinə isə qiyamət gününə qədər Allahın lənəti olsun!)
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |