İstəyirəm
Ya Rəbb, yenə mən dərdü-bəla istəyirəm,
Bəlalar içrə fəqət Kərbübəla istəyirəm.
Qanım axıb qarışa orda Hüseynin qanına,
Cəsədim dəfn olunub orda qala, istəyirəm.
Yanam eşqində Hüseynin O susuz yandığı tək,
Cismimi parçala, sal Sən bu hala istəyirəm.
Niyyətim qanıma batmaqdı mənim mövlam tək,
Dünyadan qurtularaq ruha cəla istəyirəm.
Eşq odu yandıra şam tək məni pərvanə kimi,
Ey Səməndər, yetəsən Sən vüsala istəyirəm.
Müəllif: Səməndər Qarabağlı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.