» » İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
    0
    Müəllif: Zəhra kənizi | 19-09-2016, 14:00 | Baxılıb: 3 211
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
     
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
     
    İmam Əli (ə) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Peyğəmbəri-Əkrəmin (ə) evində və o həzrətin təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: “Bir il Məkkədə aclıq oldu. Bu zaman Peyğəmbərin (s) əmisi (və imam Əlinin (ə) atası) Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Ailəsini çox çətinliklə dolandırırdı. Peyğəmbər (s) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək məqsədilə hərəmiz onun bir övladını götürüb öz evimizdə saxlayaq. Abbas, Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri, Peyğəmbər (s) isə Əlini (ə) götürüb evlərinə apardılar. Əli (ə) Peyğəmbəri-Əkrəm (s) peyğəmbər seçilənədək o həzrətin evində qaldı. Peyğəmbər (s) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (ə) onun peyğəmbərliyini təsdiq etdi” (“Əl-kamilu fit-tarix”, İbn Əsir, c.2, səh.58.)
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
    İmam Əli (ə) öz xilafəti dövründə söylədiyi “Qasiə” xütbəsində həmin illəri belə xatırlayır: “Siz (Peyğəmbərlər səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim o həzrətin yanında xüsusi mövqeyə sahib olmağımı yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm...” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
    Əgər Peyğəmbərin (s) özü ilə imam Əli (ə) arasındakı yaratdığı qardaşlıq rabitəsini olduğu kimi şərh vermək istəsək, onların qardaşlığını eynilə iki qardaşın həyatın bütün mərhələsində davamlı şəkildə birgə olmasının bir nümunəsi olaraq qəbul etməliyik. İmam Əli (ə) bu münasibəti bir çox cümlələr və gözəl təşbehlər qəlibində belə izah edir: “Mən anasının ardınca düşən uşaq kimi həmişə Peyğəmbərin (s) ardınca düşürdüm.”O həzrət başqa bir yerdə bu əsaslı və möhkəm bağlılığın nəticəsini belə izah edir: “Allaha və Rəsuluna qarşı bir an belə, müxalif çıxmadım.” (“Nəhcül-bəlağə”, xütbə 195.)
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
    Bu yaxın rabitə Peyğəmbərin (s) ucsuz-bucaqsız elm dəryasından o həzrətin kifayət qədər faydalanması üçün bir fürsət idi. O həzrət bu haqda belə buyurur: “Qarşıma çıxan hər məchul məsələni Peyğəmbərdən (s) soruşub cavabını əzbərlədim.” (“Nəhcül-bəlağə”, xütbə 208.)Təbii ki, əgər Peyğəmbər (s) elmin şəhəridirsə, imam Əli (ə) də onun qapısıdır. Çünki imam Əli (ə) bu elm dəryası ilə daim və birbaşa əlaqəsi olan yeganə şəxs idi. Peyğəmbər (s) bu rabitəni daha da genişləndirmək üçün onu özünə qardaş seçib buyurdu: “Əli məndəndir.” Cəbrail də dedi: “Mən də hər ikinizdənəm!” (“Həyatus-səhabə”, c.1. səh.559.)Bu sıx əlaqəni görən insanlar özləri ilə Peyğəmbər (s) arasında imam Əlini (ə) vasitə seçib öz suallarını onun vasitəsilə Peyğəmbərdən (s) soruşurdular. (“Təratibul-idariyyə”, Kətani, c.1, səh.58-59.)
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında 
    Əbu Səid Xudri bu rabitənin vəsfində yazır: “Əli (ə) Peyğəmbərlə (s) görüşmək üçün xüsusi vaxt ayırmışdı və ondan başqa, heç kim bu mövqeyə sahib deyildi.” (“Əl-müsənnəf”, Əbdürrəzzaq, c.10, səh.141.)Peyğəmbər (s) risalətini təbliğ etməyə məşğul olduğu müddətdə imam Əli (ə) o həzrətə fədakar köməkçi oldu. Peyğəmbərə (s) aşkar şəkildə təbliğ etməsini bildirən “inzar” (xəbərdarlıq) ayəsi nazil olduqda və o həzrət də yaxınlarını İslama dəvət etmək istədikdə, imam Əli (ə) Peyğəmbərin (s) sağ qolu olaraq bu yığıncağı təşkil etdi və özü də həmin birliyin içində olaraq öz vəfadarlığını bir daha sübuta yetirdi.Peyğəmbər (s) Qüreyş tayfası ilə rabitəsini kəsdiyi zaman iqtisadi mühasirəyə düşdükdə və “Əbu Talib” dərəsi adlı yerə sığındıqda, Peyğəmbər (s) və yanındakılara yemək tapmaq üçün ağır zəhmətlərə qatlaşıb çətin yolları qət edən kəslərdən biri də imam Əli (ə) idi. (“Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s.88.)İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
     Peyğəmbər (s) ilahi tapşırıqları çatdırmaq üçün Taif və Məkkənin digər məntəqələrinə getdikdə, o həzrətin tək qalmaması və qarşıya çıxa biləcək çətinliklərdə yardımçı olması üçün ona yoldaşlıq edən də imam Əli (ə) idi.Peyğəmbər (s) təbliğ və dəvətinə davam etdirdiyi təqdirdə, öz güclərini itirəcəklərindən təşvişə düşən müşriklər o həzrəti öldürmək üçün sui-qəsdə əl atdılar. Peyğəmbərin (s) fədakar dostu imam Əli (ə) o həzrətlə birlikdə bu sui-qəsdə mane olmaq üçün fədakarlıq tələb edən bir tədbir tökdü. İmam Əlinin (ə) Peyğəmbərə (s) o qədər məhəbbəti var idi ki, o həzrəti (s) təhlükədən qurtarmaq üçün özünü təhlükəyə atmağı cani-dildən qəbul etdi. Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman camaat arasında o həzrətə ən yaxın kəs imam Əli (ə) olduğundan, əmanətləri sahiblərinə qaytarmaq vəzifəsini öhdəsinə götürməklə bərabər, müşriklərin hədə-qorxusuna məruz qalan Peyğəmbər ailəsini də bir neçə gündən sonra Mədinəyə apardı. Peyğəmbər (s) isə qardaşı Əli (ə) ilə birlikdə Mədinəyə daxil olmaq üçün onlar gələnə qədər Yəsribin yaxınlığında gözləməli oldu.
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında 
    Həmin rabitə və bağlılıq imam Əlinin (ə) Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (ə) ilə evlənməsindən sonra, daha da möhkəmləndi. Bu mübarək evliliyin səmərəsi də, Peyğəmbərin (s) bütün vücudu ilə sevdiyi və onlara “öz övladım” deyə xitab etdiyi kəslər oldu. Buna sırf xanım Fatimə (ə) deyil, imam Əli (ə) də ortaq idi. Çünki Peyğəmbər özünü və imam Əlini (ə) bir ağacdan, başqalarını isə fərqli ağaclardan bilirdi.Ayişədən “Peyğəmbərin (s) yanında ən sevimli şəxs kim idi?” – deyə soruşduqda, belə dedi: “Kişilərdən Əli, qadınlardan isə Fatimə idi.” (“Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s.821.)İmam Əlinin (ə) evi Peyğəmbərin (s) evinə o qədər yaxın idi ki, Abdullah ibn Ömər bunu imam Əlinin (ə) Peyğəmbərlə (s) çox yaxın rabitəsinə bir şahid kimi göstərirdi. (“Ənsabul-əşraf”, Bilazəri, c.2, səh.180-181.)İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında 
    İmam Əlinin (ə) İslamın ilkin döyüşlərindəki iştirakı və rəşadəti haqda kifayət qədər söz açılmışdır. “Bədr”, “Ühüd”, “Xəndək” və sonralar baş verən “Hüneyn” döyüşü o həzrətin fədakarlıq və qəhrəmanlıq səhnələridir. “Bədr” döyüşündə müşriklərin öldürülənlərindən yarısı o həzrətin əli ilə öldürüldü. “Ühüd” döyüşündə bəzi müsəlmanlar meydandan qaçsalar da, imam Əli (ə) bir neçə nəfərlə Peyğəmbərin (s) yanında qalıb onu və İslamı qorudu. “Xəndək” döyüşündə Əmr ibn Əbdəvüdü öldürməklə cin və insanların ibadətinin savabını qazandı və döyüşlərin çoxunda İslam ordusunun bayraqdarı idi. (“Təqyidul-elm”, Xətib Bağdadi, c.7, səh.174.)Düşmənlərdən bəziləri imam Əlinin (ə) döyüşlərdə göstərdiyi igidlik haqda deyirdilər: “Əgər bizə hücum edən zümrə içərisində Əli (ə) də olsaydı, artıq biz bir-birimizə vəsiyyət edirdik!” (“Rəbiul-əbrar”, Zəməxşəri, c.3, səh.319.)İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
     
    Odur ki, dörd əhli-sünnə məzhəbindən birinin rəhbəri və əhli-sünnənin nəzərində elmi şəxsiyyət adını daşıyan Əhməd ibn Hənbəl imam Əli (ə) ilə digər xəlifələrin müqayisəsi haqda belə yazır: “Heç kim Əbu Talibin oğlu ilə müqayisə edilməyə layiq deyildir.”Məhəmməd ibn Mənsur Tusi yazır: “Bir gün Əhməd ibn Hənbəlin yanında idik. Bir şəxs ondan soruşdu: “Əlinin (ə) söylədiyi “Cənnətlə cəhənnəmi bölən mənəm!” – hədisi barədə nəzərin nədir?” Əhməd dedi: “Bunu inkar edirsənmi? Peyğəmbərin (s) Əli (ə) haqqında “Səni mömindən başqası sevməz və münafiqdən başqası da düşmən bilməz!” – buyruğunu biz nəql etməmişikmi?” Dedik: “Bəli!” Dedi: “Möminin yeri haradadır?” Dedik: “Cənnətdə.” Dedi: “Münafiqin necə?” Dedik: “Cəhənnəmdə.” Dedi: “Belə isə, Əli (ə) cənnətlə cəhənnəmi böləndir.”“ (“Təbəqatul-əbrar”, c.1, səh.320; “Məsum imamların ictimai-siyasi həyatı”ndan nəqlən, Ustad Rəsul Cəfəryan, “İmam Əlinin (ə) həyatı” bölümü.)Rza Şükürlü
    İmam Əli (ə) həmişə peyğəmbərin (s) yanında
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.