» » “Təkvir” surəsində Qiyamət səhnələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Təkvir” surəsində Qiyamət səhnələri
    0
    Müəllif: Aşiqi Rüqəyya | 13-09-2016, 12:00 | Baxılıb: 851
    “Təkvir” surəsində Qiyamət səhnələri

    “Təkvir” surəsində Qiyamət səhnələri

    Sual: Qurani-kərimin “Təkvir” surəsinin 1-9-cu ayələrində Qiyamətin qopması necə təsvir olunur?
    Ətraflı cavab:“Təkvir” surəsinin 1-9-cu ayələrində Qiyamətin başlamasının səkkiz əlaməti bəyan olunur. İlk olaraq buyurur:
    اِذَا الشَّمْسُ کُوِّرَتْ
    “Günəş sarınacağı zaman.”
    Günəş hal-hazırda həddindən artıq isti və yandırıcı bir kürə olduğunu bilirik. Belə ki, onun bütün maddəsi sıxılmış qaz formasındadır, hər tərəfində hündürlüyü 1000 km-dən çox olan yandırıcı alov şölələri ucalır. Yer kürəsi bu nəhəng şölələrin birinə tuş gəlsə bir an içində yanıb qaza çevrilər.
    Lakin dünyanın sonuna yaxın, Qiyamət ərəfəsində onun hərarəti azalacaq, alov şölələri və işığı sönəcək, həcmi kiçiləcəkdir. Təkvirin mənası da budur.
    Daha sonra əlavə edir:
    وَ اِذَا النُّجُومُ انْکَدَرَتْ
    “Ulduzlar solub töküləcəyi zaman”
    “İnkidar” məsdərindən alınan “inkədərət” feli, süqut etmək və dağınıq olmaq mənasındadır. Sözün kökü “küdurət” olduğu təqdirdə isə solğunluq və qaranlıq mənasında işlənir. Hər iki mənanı ayədə cəmləşdirmək mümkündür. Belə ki, Qiyamət əsnasında həm ulduzlar solub öz nurlarını itirəcəklər, həm də səpələnib süqut edəcəklər. Bununla yuxarı aləmin nəzmi pozulacaq. Necə ki, “İnfitar” surəsinin 2-ci ayəsində buyurur:
    وَ اِذَا الْکَواکِبُ انْتَثَرَتْ
    “Ulduzlar dağılıb səpələndiyi zaman.”
    Həmçinin “Mursəlat” surəsinin 8-ci ayəsində buyurur:
    فَاِذَا النُّجُومُ طُمِسَتْ
    “Ulduzlar məhv və qaranlıq olacağı zaman”
    Qiyamət gününün üçüncü əlaməti haqqında Quran buyurur:
    وَ اِذَا الْجِبالُ سُیِّرَتْ
    “Dağlar hərəkətə gətiriləcəyi zaman.”
    Qiyamət günü başlamazdan öncə dağlar müxtəlif mərhələdən keçməlidirlər. Öncə hərəkətə gələcəklər. Son mərhələdə toza çevrilib səpələnəcəklər.
    Quran Qiyamətin dördüncü əlaməti haqqında buyurur:
    وَ اِذَا الْعِشارُ عُطِّلَتْ
    “Boğaz dəvələr (ən dəyərli mal-dövlət hesab edilən əmlaklar) başlı – başına buraxılıb sahibsiz qalacağı zaman.”
    “İşar” sözü “əşra” isminin cəm formasıdır. Sözün mənası əslində doğum ərəfəsində olan on aylıq hamilə dişi dəvə deməkdir. Yəni, tezliklə ondan yeni bir dəvə dünyaya gələcək. O, çoxlu süd verəcək.
    Bu ayələr nazil olanda belə dəvələr ərəblərin ən qiymətli mülkü sayılırdı.
    “Uttilət” sözü isə “tətil” sözündən götürülmüş, mənası sahibsiz, çobansız başlı-başına buraxmaqdır. Həmin gün qorxu və dəhşət o qədər şiddətlidir ki, insanlar ən dəyərli şeylərini unudacaqlar.
    Sonrakı ayədə beşinci əlamətə toxunaraq buyurur:
    وَ اِذَا الْوُحُوشُ حُشِرَتْ
    “Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı zaman.”
    Vəhşi heyvanlar, adətən, bir-birlərindən uzaqda yaşayırdılar. Bir-birlərindən qorxub qaçırdılar. Lakin Qiyamət əsnasında baş verən dəhşətli hadisələrin yaratdığı qorxu onları bir yerə toplayır. Onlar hər şeyi unudaraq, bir yerə toplaşmaqla sanki qorxunun şiddətini azaltmaq istəyirlər.
    Başqa sözlə desək, dəhşətli hadisələr vəhşi heyvanların xüsusiyyətlərini onlardan ala bilirsə, insanlarla nə edəcək?
    Sonra altıncı əlamətdən söz açır:
    وَ اِذَا الْبِحارُ سُجِّرَتْ
    “Dənizlərin dolacağı və qaynayacağı zaman.”
    “Succirət” sözü “təscir” məsdərindən alınmış, atəşi həyəcanlandırmaq (şölələndirmək) mənasında işlənir.
    Quranın bu ifadəsi keçmiş təfsir alimlərini təəccübləndirsə də, indiki halda bizim üçün təəccüblü deyil. Çünki suyun iki komponentdən, oksigen və hidrogendən təşkil olunduğunu bilirik. Onların ikisi də od üçün ən lazımlı komponentlərdəndir. Qiyamət günü də dənizlərin yüksək təzyiq altına düşərək hissələrə ayrılıb bütöv bir atəşə çevrilməsi də istisna deyil.
    Bəzi alimlər bu sözü “dolmaq” mənasına da təfsir etmişlər. Alovla dolu təndirə də “müsəccər” deyilir. Qiyamət öncəsi baş verən zəlzələlər və dağların dağılması, dəryaların aşıb-daşmasına səbəb ola bilər. Digər tərəfdən göy cisimlərinin dənizlərə tökülməklə onları daşdırması, dalğalar təlatümə gəlib quruya axaraq hər şeyi qərq etməsi ehtimalı vardır.
    Daha sonra yeddinci əlamət bəyan olunur:
    وَ اِذَا النُّفُوسُ زُوِّجَتْ
    “Hər kəsin öz mislinə qovuşacağı zaman.”
    Möminlər möminlərə, günahkarlar günahkarlara, əshabul-yəmin əshabul-yəminə, əshabul-şimal əshabul-şimala, hamının qarışıq halda yaşadığı bu dünyanın əksinə olaraq qovuşacaqlar. Bu dünyada bəzən mömin müşrikin qonşusu, bəzən də saleh bəndənin həyat yoldaşı saleh olmayandır. Amma Qiyamət, hər kəsin sırası məlum olan gündür. Burada sıralar tamamilə bir-birindən ayrıdır.
    Bu ayənin izahında digər ehtimallar da vardır. O cümlədən:
    Ruhlar bədənlərə qayıdırlar və ya cənnətdəkilər hurilərə cəhənnəmdəkilər isə şeytanlara qovuşurlar. Yaxud da hər insan ölümün ondan ayırdığı dostunun yanına gedəcək. Həmçinin, insan öz əməllərinə yetişəcək.
    Lakin birinci təfsir onların hamısından daha uyğun görünür. “Vaqiə” surəsinin 7-11-ci ayələri bu təfsiri təsdiq edir:
    وَ کُنْتُمْ اَزْواجاً ثَلاثَهً * فَاَصْحابُ الْمَیْمَنَهِ ما اَصْحابُ الْمَیْمَنَهِ * وَ اَصْحابُ الْمَشْیَمَهِ ما اَصْحابُ الْمَشْیَمَهِ * وَ السّابِقُونَ السّابِقُونَ * اُولیِکَ الْمُقَرَّبُونَ
    “Siz üç zümrəyə ayrılacaqsınız: Sağ tərəf sahibləri. Kimdir o sağ tərəf sahibləri? Nə xoşbəxtdir onlar! Sol təfər sahibləri? Nə bədbəxtdir onlar! (İkinci dəstə) sol tərəf (şər və bədbəxtlik) əhli! Nə qədər bədbəxtlik əhli? (Üçüncü dəstə, imanda, əməldə) öncül qabaqcıllar! Onlar (Allahın dərgahına, lütfünə) yaxın olanlardır.”
    Həqiqətdə, bu ayə Qiyamət günü müqəddiməsi olan altı nəhəng hadisədən söz açdıqdan sonra həmin günün ilk hadisəsindən, yəni hər kəsin öz yaxınına qovuşacağından xəbər verir.
    Sonra qiyamətin yeddinci əlamətindən söz açır:
    وَ اِذَا الْمَوْوُدَهُ سُیِلَتْ
    “Diri ikən torpağa gömülmüş qızlar barəsində soruşulacağı zaman.”
    بِاَیِّ ذَنْب قُتِلَتْ
    “Hansı günaha görə öldürüldülər?”
    “Məvudə” sözü “vəd” kökündən götürülmüşdür, diri-diri torpaq altında dəfn olunan qız mənasında işlənir.
    Bəzi alimlərin nəzərincə sözün kökünün mənası “ağırlıq”dır. Qızları torpaq altında dəfn etdiklərinə və torpağı üstlərinə tökdüklərinə görə onlar haqqında bu ifadə işlənir.
    Bəzi hədislərdə bu ayənin təfsiri geniş verilmişdir. Belə ki, hər bir qohumluq əlaqələrinə son qoymaq və yaxud Əhli-beytə (ə) məhəbbəti kəsmək də ayənin mənasına daxil olur.
    İmam Baqirdən (ə) nəql olunan hədislərin birində qeyd edilir ki, bu ayənin təfsiri ondan soruşulduqda belə buyurdu:
    مَنْ قُتِلَ فِى مَوَدَّتِنا
    “Ayənin məqsədi, bizim məhəbbətimiz uğrunda öldürülən şəxslərdir”.
    Digər hədisdə deyilir ki, bu sözün şahidi “qurba” ayəsidir:
    قُلْ لا اَسْیَلُکُمْ عَلَیْهِ اَجْراً اِلاَّ الْمَوَدَّهَ فِی الْقُرْبى
    “De: “Mən sizdən (peyğəmbərliyim qarşısında) Əhli-beytimə məhəbbətdən savayı heç bir mükafat istəmirəm. “
    Sözsüz ki, ayənin zahiri mənası birinci təfsirə uyğundur. Amma onun meyar və məfhumu belə bir geniş mənanı əhatə edə bilər. (“Nümunə təfsiri”, cild 26, səh. 180.)

    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.